01 Sentyabr 2024 15:20
91
SİYASƏT
A- A+

TürkPA-nın müşahidəçisi: Seçkilər şəffaf təşkil olunub

 

Biz burada TürkPA-nı təmsil edirik. Səhər Bakıda məntəqələrin açılışını izlədik. Prosesin qaydalar çərçivəsində aparıldığını müşahidə etdik. Sonra da heyətimizlə birgə Qobustana və Şamaxıya gəldik.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Şamaxıda Milli Məclisə keçirilən növbədənkənar seçkiləri izləyən TürkPA-nın müşahidəçilər qrupunun üzvü Kılıç Filiz deyib.

88 saylı Şamaxı seçki dairəsinin 7 saylı məntəqəsində seçkiləri müşahidə edən K.Filiz bildirib ki, seçkilər demokratik şəraitdə keçirilir. “Hazırda Şamaxıda seçkiləri müşahidə edirik. Seçicilərin və məntəqə əməkdaşlarının səsvermə prosesindən, onun gedişatından məmnun olduqlarını gördük. Seçkilər şəffaf təşkil olunub. Ümumiyyətlə, Şamaxı önəmli bir şəhərdir. Burada “Türk şəhidliyi” abidəsini də ziyarət etdik. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Bu seçkilərin də Azərbaycan xalqına və dövlətinə, Türk dünyasına xeyirli, uğurlu olmasını arzulayıram”, - deyə o əlavə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video