01 Sentyabr 2024 16:21
92
SİYASƏT
A- A+

Könüllü müşahidəçi: İndiyə kimi heç bir qayda pozuntusu ilə rastlaşmamışıq

 

Milli Məclisə növbədənkənar seçkilər öz axarı ilə davam edir. İndiyə kimi heç bir qayda pozuntusu ilə rastlaşmamışıq.

Bunu AZƏRTAC-a müsahibəsində könüllü müşahidəçi Laçın Rüstəmova deyib. Öz təşəbbüsü ilə könüllü müşahidəçi kimi seçkilərə qatılan L.Rüstəmova səsvermə prosesinin qayda-qanunlara uyğun keçirildiyini diqqətə çatdırıb: “Vətəndaşlar heç bir maneə olmadan namizədlərinə səs vermək üçün məntəqələrə gəlirlər. Seçki çox obyektiv keçir. Hələ ki heç bir qanun pozuntusu ilə rastlaşmamışıq. Müxtəlif ölkələrdən gələn xarici müşahidəçilərə də lazımi məlumatları veririk. Hər biri də məmnun halda gedir”.

35 saylı Xətai üçüncü seçki dairəsinin Heydər Əliyev adına liseydə yerləşən 4 saylı seçki məntəqəsinin sədri Arzu Quliyeva isə bildirib ki, məntəqədə 1212 nəfər qeydiyyatdadır. Ən yaşlı seçici 1938-ci ildəndir. Saat 15:00-dək 300-ə qədər seçici öz hüququndan istifadə edib.

35 saylı Xətai üçüncü seçki dairəsinin Heydər Əliyev adına liseydə yerləşən 3 saylı seçki məntəqəsinin sədri Xanımsoltan Qurbanova məntəqədə 1114 seçicinin qeydiyyatda olduğunu, saat 15:00-a kimi 300-ə yaxın seçicinin səsvermədə iştirak etdiyini bildirib. Onun sözlərinə görə, 80 yaşdan yuxarı vətəndaşlar səs vermək üçün daşınan seçki qutusu üçün müraciət etməyiblər.

“Azərbaycanın gələcəyi naminə bütün seçiciləri Milli Məclisin yeddinci çağırış deputatlarının seçilməsi prosesində fəal iştirak etməyə dəvət edirik. Birlikdə uğurlu gələcəyə doğru birgə addımlayaq”, - deyə məntəqə sədri fikirlərinə yekun vurub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video