09 Oktyabr 2026 15:42
1811
Səfərlər
A- A+
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB

Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib YENİLƏNİB


Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov: Sözü Azərbaycan Respublikasının hörmətli Prezidenti, Zati-aliləri, cənab İlham Heydər oğlu Əliyevə vermək istəyirəm. Buyurun.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Hörmətli Sərdar Qurbanquliyeviç.

Hörmətli sammit iştirakçıları.

İlk növbədə, Xəzər Ekoloji Sammitinin keçirilməsi təşəbbüsünə görə Türkmənistan Prezidentinə təşəkkürümü bildirirəm. Əminəm ki, sammit Xəzər dənizinin ekoloji problemlərinin həllində bizim qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsinə kömək edəcək.

Xəzər dənizi əsrlər boyu ölkələrimizi və xalqlarımızı birləşdirir. Bu gün Xəzərin iqtisadi və strateji əhəmiyyəti daha da artır. Xəzərdən mühüm nəqliyyat və enerji marşrutları keçir, iri beynəlxalq layihələr reallaşdırılır. Belə olan şəraitdə Xəzərin sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorunması prinsipial dərəcədə vacibdir. Bu, bütün Xəzəryanı dövlətlərin maraqlarına cavab verir və əməkdaşlığımızın daha da inkişafı üçün zəruri şərait yaradır.

Eyni zamanda, onun ekoloji vəziyyətinə xüsusi diqqət yetirilməlidir. Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlər üçün müştərək vəzifədir. Ötən illər ərzində ölkələrimiz tərəfindən geniş müqavilə-hüquqi baza yaradılıb. Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin iştirakçısıdır. 2018-ci ildə imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya tarixi əhəmiyyətə malikdir. Bu, Xəzəryanı beş dövlətin uzun illər apardıqları birgə işin nəticəsidir.

Aydındır ki, Xəzərin ən ciddi problemlərindən biri onun dayazlaşmasıdır. Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi artıq uzun illərdir davam edir. Təəssüf ki, bu proses son vaxtlar nəzərəçarpacaq dərəcədə sürətlənib və vəziyyət pisləşməkdə davam edir. Dəniz akvatoriyasının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur. Dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb. Hazırkı tendensiyaların davam edəcəyi təqdirdə nəticələr fəlakətli xarakter ala bilər. Dayazlaşma problemi yalnız ekoloji meyarla ölçülmür. Dəniz səviyyəsinin azalması ölkələrimizin maraqlarına birbaşa təsir göstərir, sahil rayonlarında insanların həyatına, iqtisadiyyata və nəqliyyata təsir edir. Sahil xəttinin geri çəkildiyini, ekosistemin dəyişdiyini, limanlar və digər sahilyanı infrastrukturun işində problemlərin yarandığını görürük. Xəzərin səviyyəsinin aşağı düşməsi səbəbindən təkcə dənizin Azərbaycan hissəsində təxminən 30 min hektar quru sahə əmələ gəlib.

Hələ 2022-ci ildə Aşqabadda keçirilən altıncı Xəzər Sammitində Xəzər dənizinin dayazlaşması kontekstində bunun səbəblərini müəyyən etmək və dəniz səviyyəsinin daha da aşağı düşməsinin qarşısını almaq üçün tədbirlər görmək məqsədilə xüsusi ekspert qrupları yaratmağı təklif etmişdim. Ötən illər bu təşəbbüsün aktuallığını təsdiqlədi. Problemin ümumi müzakirəsindən əməkdaşlıq və qərarların icrasına nəzarət üçün daimi fəaliyyət göstərən mexanizmin yaradılmasına keçməliyik. Hər şeydən əvvəl Xəzər dənizinin səviyyəsinin aşağı düşməsinə təsir edən amillərin bütün kompleksini müəyyənləşdirməliyik və vəziyyətin gələcək inkişafının obyektiv elmi qiymətləndirilməsinə malik olmalıyıq.

Aydındır ki, Xəzərin səviyyəsinin aşağı düşməsi yalnız iqlim dəyişmələri ilə bağlı deyil. Əsas səbəblərdən biri çay axınının azalması və təsərrüfat fəaliyyəti ilə bağlı antropogen amillərdir. Bununla yanaşı, baş verən dəyişikliklərin potensial uzunmüddətli nəticələrinin qiymətləndirilməsi və artıq bu gün qərarlar qəbul edilərkən onların nəzərə alınması bizim üçün vacibdir. Belə bir yanaşma zəruri tədbirləri vaxtında həyata keçirməyə və dəniz səviyyəsinin daha da aşağı düşməsinin nəticələrini minimuma endirməyə imkan verəcək. Hesab edirik ki, zəruri hüquqi baza, elmi potensial və qarşılıqlı fəaliyyət təcrübəsi konkret praktiki nəticələrə nail olmaq üçün güclü təməl yaradacaq. Xəzər bizim ümumi sərvətimizdir. Onun nadir ekosistemini qorumaq və gələcək nəsillərə ötürmək bizim ümumi məsuliyyətimizdir. Ümidvaram ki, bugünkü sammit bu yolda mühüm addım olacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

Prezident Sərdar Berdiməhəmmədov: Hörmətli İlham Heydər oğlu, çox sağ olun. Dərinməzmunlu çıxışınıza görə təşəkkür edirəm. Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşdırılması qardaş Azərbaycan kimi Türkmənistanın da daxili və xarici siyasətinin prioritetləri sırasındadır. Xəzərin ekoloji gündəliyinin bütün spektri üzrə tərəfdaşlarımızla əməkdaşlığı davam etdirməyə hazırıq.

Sizin konstruktiv çıxışınız üçün bir daha təşəkkür edirəm.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada yaşayan azərbaycanlı “Xalq yazıçısı” ədəbi mükafatının finalçısı olub  

10:52
05 Noyabr

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!