07 Noyabr 2025 23:52
368
SİYASƏT
A- A+
Türkiyəli professor: Qarabağ Zəfəri bir millətin öz tarixinə bağlılığının dastanıdır

Türkiyəli professor: Qarabağ Zəfəri bir millətin öz tarixinə bağlılığının dastanıdır


Türk dünyasının son yüz ildə qazandığı ən möhtəşəm qələbəsi olan Qarabağ Zəfərinin beşinci ildönümünü qeyd edirik. Bu Zəfər Azərbaycan tarixində təkcə hərbi uğur deyil, eyni zamanda yarım əsrə yaxın bir müddət ərzində xalqın içində yığılıb qalan ağrının, gözləntinin və ədalət axtarışının cavab tapdığı dönüm nöqtəsini təmsil edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin Uludağ Universitetinin professoru, iqtisadçı, türk dünyası üzrə mütəxəssis Mehmet Yüce ifadə edib.

O bildirib ki, Qarabağ Zəfəri Şuşanın daşlarına hopmuş duaların, Xocalının susmayan fəryadının, kəndindən qovulmuş yüz minlərin “bir gün qayıdacağıq” hayqırtısının bədənə bürünmüş halıdır. Döyüş meydanında qazanılan bu Zəfər əslində xalqın yaddaşına hopmuş Vətən sevgisi, səbir və sarsılmaz iradə ilə yoğrulmuş birlik ruhun təcəssümüdür. Buna görə də Qarabağ Zəfəri təkcə bir hərbi əməliyyatın deyil, bir millətin öz tarixinə bağlılığının dastanıdır.

Professor sözlərinə belə davam edib: “Strateji baxımdan Qarabağ Zəfəri Cənubi Qafqazın geosiyasi xəritəsini köklü şəkildə dəyişdirərək yeni bir regional reallıq və davamlı güc balansı formalaşdırdı. Azərbaycan 2020-ci ildə döyüş meydanında göstərdiyi hərbi bacarıqla dövlət potensialının yeni bir mərhələyə çatdığını sübut etdi. 2023-cü ildə cəmi 23 saat davam edən antiterror əməliyyatı ilə Azərbaycan Qarabağda konstitusion quruluşu tam bərpa edərək təxminən otuz illik faktiki bölünməyə son qoydu. Bu hadisə yalnız sərhədlərin deyil, həm də milli suverenliyin, kimliyin və dövlət qüdrətinin yenidən bərpası anlamına gəlir. Qarabağın yenidən qurulması və regionun ölkə iqtisadiyyatına inteqrasiyası Azərbaycanın inkişaf baxışında strateji sıçrayış nöqtəsinə çevrildi. Buna görə də Qarabağ artıq yalnız bir Zəfərin deyil, həm də yeni bir dövlətçilik mərhələsinin mərkəzi oldu”.

Bu Zəfərin Türk dünyası baxımından mənasının isə daha geniş çərçivədə qiymətləndirilməsinin vacibliyini vurğulayan Mehmet Yüce deyib: “2020-ci ildə Türkiyə ilə Azərbaycanın nümayiş etdirdiyi siyasi birlik yalnız iki ölkənin deyil, bütün Türk coğrafiyasının strateji özünəinamını artırdı. Türk Dövlətləri Təşkilatı çərçivəsində təhlükəsizlik, enerji və logistika sahələrində yeni inteqrasiya perspektivləri açdı. Zəngəzurun gələcəyi, Orta Dəhlizin güclənməsi və Türk dünyasının Avrasiya məkanındakı geosiyasi çəkisinin artması birbaşa bu Zəfərin yaratdığı geostrateji impulsdan qaynaqlanır. Qarabağın azadlığı Türk dünyasının “yenidən qovuşma və diriliş geosiyasəti”nin ən mühüm dayaqlarından birinə çevrildi”.

O qeyd edib ki, Azərbaycan Zəfərdən sonrakı dövrdə intiqam, münaqişə deyil, inkişaf, regional inteqrasiya yönümlü bir siyasət yürütdü. Buna görə Azərbaycan həm müharibə, həm də sülh prosesinin aparıcı aktoru kimi regional düzənin və təhlükəsizliyin arxitekturasının formalaşmasında həlledici rol oynadı: “Müharibə boyunca göstərdiyi diqqət, mülki əhalinin hüquqlarına hörmət, döyüşləri Qarabağ ərazisindən kənara daşımaması ilə Azərbaycan ədalətli müharibə və davamlı sülh yolunu müəyyənləşdirən, həm Vətənin şərəfini qoruyan, həm də bölgəyə ümid bəxş edən bir iradənin adı oldu. Qarabağ Zəfərinin beşinci ilində ortaya çıxan mənzərə təkcə keçmişin ağrılarından xilas olmaq deyil, həm də Azərbaycanın öz taleyinin memarı kimi regional liderlik iddiasını möhkəmləndirdiyi yeni və tarixi bir dövrün başlanğıcıdır. Bu prosesdə Türkiyə–Azərbaycan qardaşlığı zamanın və coğrafiyanın hüdudlarını aşaraq regionun balansını müəyyənləşdirən və gələcəyin geosiyasətini formalaşdıran strateji bir gücə çevrildi”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ildə dünyada 67 jurnalist öldürülüb  

17:54
09 Dekabr

Mərkəzi Bankın sədri: Kapital bazarlarının inkişafı strateji prioritetə çevrilib  

17:52
09 Dekabr

“Politico” Avropanın ən nüfuzlu 28 liderinin reytinqində birinci yeri Trampa verib  

17:39
09 Dekabr

“Ford” Avropa bazarı üçün yeni strategiyasını açıqlayıb  

17:37
09 Dekabr

Serbiyanın sabiq Prezidenti XIII Qlobal Bakı Forumunun əsas prioritetlərindən danışıb  

17:36
09 Dekabr

SOCAR-ın dəstəyi ilə hazırlanmış “Qara qızılın sirri” adlı kitabın təqdimatı keçirilib  

17:34
09 Dekabr

Aİ-Ermənistan sənədi əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir  

17:30
09 Dekabr

Azərbaycan XİN-dən Aİ-Ermənistan Strateji Gündəliyinə kəskin etiraz  

17:29
09 Dekabr

XİN: Aİ–Ermənistan sənədində TRIPP layihəsinə bir dəfə də istinad edilməməsi ciddi narahatlıq doğurur  

17:28
09 Dekabr

Sosial xidmətlərlə bağlı İşçi qrupun növbəti iclası keçirilib

17:27
09 Dekabr

Azərbaycan XİN: Aİ–Ermənistan sənədi sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir  

17:23
09 Dekabr

Prezident İlham Əliyevin Slovakiyaya ilk rəsmi səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə böyük təkan verəcək - ŞƏRH  

17:22
09 Dekabr

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb  

17:20
09 Dekabr

Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olunub  

17:15
09 Dekabr

Boris Tadiç: Azərbaycan qarşılaşdığı çətinlikləri uğurla aradan qaldırır  

17:14
09 Dekabr

“Ayaks”ın baş məşqçisi: “Qarabağ” yaxşı komandadır  

17:03
09 Dekabr

Serbiyanın sabiq Prezidenti: Azərbaycanla strateji tərəfdaşlığımız möhkəm təməllər üzərində qurulub  

16:40
09 Dekabr

Ədliyyə Nazirliyi son 6 ildə Azərbaycana hansı ölkələrdən ekstradisiyalar həyata keçirib?  

16:39
09 Dekabr

Tədqiqatçı-alim: “Ağıllı” şəbəkə sistemi Azərbaycanın enerji ixracı imkanlarını artıracaq  

16:32
09 Dekabr

Bratislavada Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib YENİLƏNİB 

16:30
09 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNƏCƏK  

16:27
09 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!