01 Sentyabr 2024 10:36
71
SİYASƏT
A- A+

Türkiyəli deputat: Azərbaycanda yenilənən parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik


Müşahidəmizə əsasən, seçki prosesinin Azərbaycan qanunlarına uyğun həyata keçirildiyini deyə bilərəm.

“Seçki 2024” Müstəqil Media Mərkəzi xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 11 saylı seçki məntəqəsinə dəvət olunan TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini Ahmet Zenbilci seçki prosesi ilə bağlı danışarkən deyib.

Deputat prosesdəki müşahidələri ilə bağlı fikirlərini bildirib:

"Azərbaycanda yenilənən Milli Məclisin, parlamentin ölkəyə xeyirli, uğurlu olmasını diləyirik. Seçimin hər kəsə xeyirli olmasını diləyirəm. Müşahidəçi olaraq daha bir neçə bölgəyə gedəcəyik. Müşahidələrimizi aparacağıq və ertəsi gün rəsmi şəkildə təqdim edəcəyik. Atatürkü tarixi bir sözü var - Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir. Dost və qardaş ölkədə olmaqdan, Azərbaycan demokratiyasının dünyada sürətlə yüksəlməsindən dolayı son dərəcə xoşbəxtik və qürurluyuq. Dostluğumuz, qardaşlığımız daim olsun".

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video