01 Sentyabr 2024 12:52
87
SİYASƏT
A- A+

Türkiyə və ŞKTC mediası: Milli Məclisə seçkilər 30 ildə ilk dəfədir Azərbaycanın bütün ərazisində keçirilir

 

Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) aparıcı media orqanları Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkiləri geniş işıqlandırır.

AZƏRTAC xəbər verir ki, telekanalların reportajlarında və məqalələrdə yeddinci çağırış Milli Məclisə seçkilərin Azərbaycanın gələcəyində böyük əhəmiyyəti vurğulanır.

Qardaş ölkələrin kütləvi informasiya vasitələri diqqəti hazırkı seçkilərin fərqli xüsusiyyət daşıdığına çəkir. Qeyd olunur ki, parlament seçkiləri 30 ildə ilk dəfədir Azərbaycanın bütün suveren ərazisində təşkil olunur. Həmçinin vurğulanır ki, respublikanın erməni işğalından azad olunmuş ərazilərində, o cümlədən Şuşa və Xankəndində 42 mindən çox seçici səs verir.

Media orqanlarının materiallarında seçki məntəqələrinin və seçicilərin sayı barədə də məlumat verilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video