17 Dekabr 2025 12:20
182
DÜNYA
A- A+
Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib  

Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib  


ABŞ Prezidenti Donald Tramp Burkina-Faso, Mali, Niger, Cənubi Sudan və Suriya vətəndaşlarını Birləşmiş Ştatlara girişi qadağan edilən ölkələrin siyahısına salıb.

AZƏRTAC xəbər verir ki, Ağ Ev, həmçinin Fələstinin hakimiyyət orqanları tərəfindən verilmiş sənədlərə sahib olan şəxslərin də ölkəyə girişini tam qadağan edib.

Bu addım səyahətçilər və immiqrantların ABŞ-a giriş standartlarını sərtləşdirmək üçün davam edən səylərin bir hissəsidir. Qərar Milli Qvardiyanın iki əsgərinin güllələnməsindən sonra verilib.

Eyni zamanda, qismən məhdudiyyətlərin tətbiq olunduğu ölkələr siyahısına daha on beş ölkə əlavə edilib. Bunlara Anqola, Antiqua və Barbuda, Benin, Kot-Divuar, Dominikan, Qabon, Qambiya, Malavi, Mavritaniya, Nigeriya, Seneqal, Tanzaniya, Tonqa, Zambiya və Zimbabve aiddir.

Donald Tramp administrasiyasının verdiyi açıqlamaya görə, vətəndaşlarının ölkəyə girişi qadağan edilmiş ölkələrin bir çoxunda “geniş yayılmış korrupsiya, saxta və ya etibarsız vəsiqələr və cinayət qeydləri” mövcuddur və bu vətəndaşlarının yoxlanılması prosesini çətinləşdirir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşüb, bir sıra tədbirlərdə iştirak edib YENİLƏNƏCƏK 

12:56
17 Dekabr

Bakıda Azərbaycan-Türkiyə hərbi əməkdaşlığına dair müzakirələr aparılıb  

12:37
17 Dekabr

Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd edən 4 Ermənistan vətəndaşı saxlanılıb  

12:30
17 Dekabr

ASK: Azərbaycanda kənd təsərrüfatı sahəsində 13 minə yaxın kommersiya təşkilatı fəaliyyət göstərir

12:29
17 Dekabr

“Diplomatiya Aləmi”nin xüsusi buraxılışında Azərbaycanın COP29 sədrliyinin qlobal iqlim diplomatiyasına töhfələri əks olunub  

12:29
17 Dekabr

Atıcı silahların və döyüş sursatlarının istehsalı artır - FOTO

12:27
17 Dekabr

Xüsusi İcra Məmurlarının Reyestrinin aparılması Qaydaları təsdiqlənib QƏRAR  

12:24
17 Dekabr

Nazir: Torpaq və su ehtiyatlarından səmərəli istifadə aqrar sektorun rəqabət qabiliyyətini artırır  

12:23
17 Dekabr

Tramp vətəndaşlarının ABŞ-a girişi qadağan edilən ölkələrin siyahısını genişləndirib  

12:20
17 Dekabr

İrandan 24 kiloqramdan artıq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:11
17 Dekabr

Azərbaycan Prezidentinin BƏƏ-yə işgüzar səfəri: Strateji tərəfdaşlıqda yeni mərhələ TƏHLİL 

11:43
17 Dekabr

Cozef Bayden: Əgər ABŞ dünya lideri olmasa, onun yerini Rusiya və ya Çin tutacaq  

11:10
17 Dekabr

SOCAR “ENOC Group” ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığı müzakirə edib  

11:08
17 Dekabr

Muxtar Babayev: COP29-un uğuru Azərbaycanın iqlim diplomatiyasına gətirdiyi vizyonla bağlıdır  

11:07
17 Dekabr

Naxçıvan Ali Məhkəməsinə sədr təyinatı ilə bağlı tədbir keçirilib  

10:39
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!