17 Fevral 2026 15:24
335
CƏMİYYƏT
A- A+
Torpağın bağrındakı “ölüm toxumları” təmizlənir - Ağdamdan reportaj 

Torpağın bağrındakı “ölüm toxumları” təmizlənir - Ağdamdan reportaj 


Fövqəladə Hallar Nazirliyi (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təyinatlı hərbi hissəsi işğaldan azad olunmuş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını əzmlə davam etdirir. Bu fədakar insanlar sanki hər addımda torpağın köksünə sancılmış "ölüm toxumlarını" bir-bir üzə çıxararaq, yurdun yaralı bağrına məlhəm qoyurlar.

Xüsusi Riskli Xilasetmə Xidməti bütün texniki imkanları ilə bu işə səfərbər olunub. Əməliyyatlar təyin olunmuş strateji istiqamətlər üzrə — kənd və qəsəbələrdə, içməli su hövzələrinin ətrafında, su kanalları boyunca böyük dəqiqliklə aparılır. İstehkamçıların zərərsizləşdirdiyi hər bir sursat vaxtilə barıt qoxuyan bu torpaqlara firavanlığın yenidən qayıtması üçün atılan önəmli bir addımdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mina təhlükəsi ilə mübarizə istiqamətində icra edilən fəaliyyətin gedişatı və ictimaiyyətin bu sahədə məlumatlandırılmasının artırılması məqsədilə Ağdam rayonuna mediatur təşkil edilib.

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Pirotexniki və İstehkam Şöbəsinin rəisi Ələkbər Ələkbərov jurnalistlərə müsahibəsində bildirib ki, minatəmizləmə əməliyyatına cəlb olunmuş şəxsi heyət Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində ən müasir texnika və avadanlıqlarla, o cümlədən “GCS-200” markalı kənardan idarəedilən müasir minatəmizləyən robotlarla təchiz olunub. Əməkdaşlar bu sahədə müvafiq kurslarda iştirak edərək akkreditasiyadan keçiblər. Bundan əlavə, minatəmizləmə əməliyyatında xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Şöbə rəisinin sözlərindən aydın olur ki, müasir texnoloji imkanlar və peşəkar kadr potensialının vəhdəti azad edilmiş ərazilərin təhlükəsizliyini ən yüksək səviyyədə təmin etməyə imkan verir. Bu kompleks yanaşma həm işin sürətini artırır, həm də insan amili üçün riskləri minimuma endirir. Əsas hədəf isə bəllidir: "Böyük Qayıdış" Proqramı çərçivəsində doğma yurduna dönəcək hər bir vətəndaşın addımını tam təhlükəsiz etmək.

Nazirliyin minatəmizləmə üzrə xüsusi təyinatlı alayının əməkdaşı Altay Alıyev ilə söhbət edirik. "Minatəmizləmə əməliyyatları apardığımız bu ərazi mina və partlamamış hərbi sursatlarla xeyli çirklənmiş ərazidir. Burada iş həm əllə, həm mexaniki minatəmizləmə vasitələri, həm də minaaxtaran itlər vasitəsilə həyata keçirilir”, - deyən həmsöhbətimiz əlavə edir: “Hazırda dayandığımız yer minaların toplanma məntəqəsidir. Gördüyünüz kimi, burada piyadaəleyhinə minalar və eyni zamanda, partlamamış sursatlar toplanıb. Əməliyyatlarımız sürətlə davam etdirilir və tam dəqiqliklə həyata keçirilir”.

Mütəxəssisin işarə etdiyi o minaların toplandığı sahəyə baxdıqca, hər bir tapıntının arxasında neçə-neçə xilas edilmiş insan ömrünün dayandığını hiss etməmək mümkün deyil. İstehkamçıların simasındakı ciddiyyət və hər hərəkətdəki peşəkarlıq bu təhlükəli sahədə səhvə yer olmadığını bir daha sübut edir.

Xüsusi Riskli Xidmətin əməkdaşı Şəmistan Əlizadə isə mexaniki minatəmizləmə vasitələrinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, “GCS 200” markalı məsafədən idarəolunan Mexaniki Minatəmizləmə vasitələri şəxsi heyətin təhlükəsizliyinin təmin etməklə yanaşı, işin sürətini və keyfiyyətini artıran əsas amillərdən biridir. “Mexaniki Minatəmizləmə vasitəsi əsas iki qoşqudan ibarətdir - “Fleyer” və “Tiller” qoşqusu. Hər iki qoşqu piyada və tankəleyhinə minaları zərərsizləşdirmək üçün nəzərdə tutulub. “Fleyer” qoşqusu bərk torpaq, çınqıllı, daşlı ərazilərdə, “Tiller” qoşqusu isə bitki örtüklərinin sıx olduğu ərazilərdə və yumşaq torpaqlı ərazilərdə işləmək üçün əlverişlidir. Onu da qeyd edim ki, Mexaniki Minatəmizləmə vasitəsi yerin relyefindən asılı olaraq saatda 750-1500 kvadratmetr ərazini təmizləmə gücündədir", - deyə o əlavə edib.

Texnikaların iş prosesini izlədikcə insan əməyi ilə müasir texnologiyanın vəhdətinin necə böyük nəticələr verdiyini aydın görmək olur. Hər bir addım, hər bir qoşqu zərbəsi torpağın altındakı təhlükəni yox etməklə bərabər, həm də quruculuq işlərinə gedən yolu açır.

Biz ərazini tərk edərkən minatəmizləmə qrupu hələ də iş başında idi. Ağdamdan ayrılarkən bir daha şahidi oluruq ki, işğaldan azad edilmiş torpaqlarda aparılan minatəmizləmə fəaliyyəti təkcə texniki proses deyil, həm də böyük fədakarlıq və gələcəyə inamın təzahürüdür. Əminik ki, vaxtilə "ölüm zonası" adlandırılan bu ərazilər istehkamçıların fasiləsiz zəhməti sayəsində tezliklə yenidən canlanacaq, quruculuq və bərpa işləri təhlükəsiz şəraitdə daha da sürətlənəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Hakan Fidan: Yaxın Şərqdə müharibənin daha da genişlənməsini istəmirik

23:10
07 Mart

Azərbaycan və Kot-d’İvuar XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr olub

23:08
07 Mart

Nazir: TDT son illər siyasi dialoq istiqamətində təsirli əməkdaşlıq platformasına çevrilib

23:07
07 Mart

Hakan Fidan: Azərbaycan və Ermənistan arasında davamlı sülh istiqamətində atılan addımları məmnuniyyətlə qarşılayırıq

23:06
07 Mart

XİN: ABŞ Dövlət Departamentinin İranın Azərbaycana dron hücumlarını pisləyən bəyanatını yüksək qiymətləndiririk

23:05
07 Mart

Azərbaycan və Özbəkistan XİN başçılarının görüşündə ölkəmizlə həmrəylik ifadə olunub

23:04
07 Mart

Naxçıvana qarşı həyata keçirilmiş dron hücumları pislənilib

23:03
07 Mart

Azərbaycan və Türkiyə XİN başçıları hər iki ölkəyə qarşı həyata keçirilmiş hücumları qətiyyətlə pisləyiblər

23:02
07 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım edilib

22:34
07 Mart

TDT-nin Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki son inkişaflarla bağlı birgə bəyanat yayıb

22:31
07 Mart

ABŞ İranın Azərbaycana dron hücumunu qətiyyətlə pisləyib

22:26
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

21:24
07 Mart

Livana qarşı hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 294 nəfərə çatıb

20:34
07 Mart

Türkiyə Prezidenti TDT ölkələrinin xarici işlər nazirləri ilə görüşüb

20:16
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:41
07 Mart

İranla müharibənin başlamasından bu yana 28 mindən çox amerikalı ABŞ-yə qayıdıb

19:14
07 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

19:12
07 Mart

Livana hava zərbələri nəticəsində 41 nəfər ölüb

19:10
07 Mart

Avstriyanın İrandakı səfiri: Sərhəddə göstərilən əla münasibətə görə Azərbaycana minnətdarıq

19:08
07 Mart

Müharibələrə və fəlakətlərə hazırlıq: Türkiyədə 16 yeni idarə rəhbəri təyin edilib

19:06
07 Mart

XİN: Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılması istiqamətində zəruri planlaşdırma işləri aparılır

17:59
07 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!