"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 7, maddə 431 (Cild I) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət gənclər siyasətinin həyata keçirilməsi ilə bağlı Tədbirlər Planı"nın IV bölməsinin 1-ci hissəsinin "Tədbirin adı" sütununda "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin.
2. "Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 fevral tarixli 220 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 2, maddə 84 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
2.1. adından "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.2. 1-ci hissədən "və 2015/2016-cı tədris ilindən başlayaraq magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.3. 3-cü hissədən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyası" sözləri çıxarılsın;
2.4. 4-cü hissə üzrə:
2.4.1. 4.1-ci bənddən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın;
2.4.2. 4.2-ci bənddən ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə" sözləri çıxarılsın;
2.4.3. 4.4-cü bənddən "və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasına" və ", magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasının" sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 12, maddə 1585 (Cild I) ilə təsdiq edilmiş "Bakı Xoreoqrafiya Akademiyasının Nizamnaməsi"nin 4-cü hissəsində aşağıdakı dəyişikliklər edilsin:
3.1. 4.19.1-ci yarımbənddə "istehsalat təcrübəsi" sözləri "ixtisas üzrə təcrübə" sözləri ilə əvəz edilsin;
3.2. 4.19.2-ci yarımbənddə "istehsalat" sözü "ixtisas üzrə" sözləri ilə əvəz edilsin;
3.3. 4.20-ci bənddə "istehsalat təcrübəsi müdiri" sözləri "ixtisas üzrə təcrübə rəhbəri" sözləri ilə əvəz edilsin;
3.4. 4.23.5-ci yarımbənddə "istehsalat" sözü "səhnə və ixtisas üzrə" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 665 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
4.1. 1-ci hissədən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə" sözləri çıxarılsın;
4.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi"nin 2.1.2-ci yarımbəndindən ", Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə" sözləri çıxarılsın.
5. "Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 14 sentyabr tarixli 1722 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 9, maddə 821 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
5.1. adından "və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın;
5.2. 1-ci hissədən "və Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinə" sözləri çıxarılsın.
6. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 2, maddə 291 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
6.1. adından, preambuladan, 1-ci, 2-ci və 4-cü hissələrdən ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın;
6.2. 1.2-ci bəndin birinci abzasından "və Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın.
7. "Orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı xərclərinin ödənilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 may tarixli 1155 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 876 (Cild I) 1-ci hissəsindən ", Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın.
8. "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 13 yanvar tarixli 3718 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 1, maddə 111 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:
8.1. adından (birinci halda) və 1-ci hissədən ", həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində" sözləri çıxarılsın;
8.2. 1.2-ci bəndin birinci abzasından "və Azərbaycan Milli Elmlər Akademiyasında" sözləri çıxarılsın.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 aprel 2024-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub
04 May
Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu gö...
04 May
Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib ...
04 May
Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib ...
04 May
AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb
04 May
DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib ...
04 May
Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə ...
04 May
SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar...
04 May
Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb...
04 May
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub...
04 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!