04 May 2024 18:24
387
CƏMİYYƏT
A- A+

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib  

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldova Respublikası Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakotla görüşüb.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı ombudsman qonağa insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyət barədə məlumat verib. O, təsisatın fəaliyyətində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verildiyini bildirib, xarici ölkələrin ombudsman və milli insan hüquqları təsisatları ilə, o cümlədən Moldova ombudsmanı ilə sıx əməkdaşlıq əlaqələrindən bəhs edib, hər iki ölkənin vətəndaşlarının hüquqlarının səmərəli müdafiəsi ilə bağlı birgə əməkdaşlıq fəaliyyətinin davam etdirildiyini deyib.

Müvəkkil İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistanın 30 illik işğalına son qoyulduğunu, azad edilmiş ərazilərdə bərpa-quruculuq layihələrinin, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı prosesinin həyata keçirildiyini qeyd edib. Lakin həmin ərazilərdə işğal dövründə basdırılmış minaların görülən işlərə maneə törətdiyi, eləcə də mülki şəxslərin həyat və sağlamlığına təhdid yaratdığı diqqətə çatdırılıb.

Ombudsman cari ildə ölkəmizin COP29-a ev sahibliyi edəcəyini bildirib, bu istiqamətdə mümkün əməkdaşlıq perspektivləri müzakirə olunub.

Moldova Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri Vitali Jakot öz növbəsində səmimi görüşə görə təşəkkürünü bildirib.

Görüşdə, həmçinin Azərbaycanla Moldova arasında insan hüquqları sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video