19 Dekabr 2024 08:30
320
İQTİSADİYYAT
A- A+
"Şuşa", "Xankəndi", "Kəlbəcər", "Zəngilan"... dünya sularında üzür

"Şuşa", "Xankəndi", "Kəlbəcər", "Zəngilan"... dünya sularında üzür


Bu, müdrik Prezidentimiz İlham Əliyevin təşəbbüsü və tapşırığıdır - Azərbaycanın dünya sularında üzən gəmilərinin bir çoxu şəhər və rayonlarımızın, o cümlədən işğaldan azad olunmuş bölgələrimizin adını daşıyır. Elə götürək yola salmağa hazırlaşdığımız 2024-cü ilin yadigarları olan "Zəngilan" tankerini, "Xocalı" quru yükdaşıyan gəmisini. 

Keçən il isə xarici sularda Azərbaycan bayrağı altında üzən "Şuşa", "Qarabağ", "Zəngəzur" adlı üç "Aframax" tipli tanker istismara verilib. 2021-ci ildən üzməyə başlayan digər bir tankerimiz "Kəlbəcər" adlanır. Torpaqlarımız hələ işğalda olan zaman fəaliyyətə başlayan bir sıra gəmilərə də doğma yurd yerlərimizin adı verilmişdi. Məsələn, 10 ildən çoxdur "Şahdəniz" yatağında sualtı tikinti işləri aparan "Xankəndi" gəmisinə, yaxud artıq 5 ildir müxtəlif limanlara onlarla səfər etmiş "Laçın" tankerinə (Bəli, biz bu gəmilərə tarixi torpaqlarımızdakı yaşayış məkanlarının adını verərkən tezliklə oraya qayıdacağımıza böyük inam bəsləyirdik. Həm də dünyaya bir daha çatdırmaq istəyirdik ki, bu, bizim ata-baba torpağımızdır). Sözügedən gəmilərin əksəriyyətinin istismara verilməsində Prezident İlham Əliyevin iştirak etməsi onların önəminə diqqət çəkir.   

Bu il iyulun 2-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan "Zəngilan" tankeri istismara verildi. "Zəngilan"  zavodda inşa olunan sayca dördüncü milli tankerdir. Bundan əvvəl istismara verilən "Laçın" və "Kəlbəcər" tankerlərindən fərqli olaraq, "Akademik Xoşbəxt Yusifzadə" tankeri kimi, "Zəngilan" həm neft, həm də kimyəvi məhsullar daşıyır. Nadir dizaynı ilə seçilən və texniki göstəricilərinə görə geniş imkanlara malik tankerin konsepsiyası Odessa Dəniz Mühəndisliyi Bürosu ilə uğurlu əməkdaşlıq çərçivəsində hazırlanıb. Yeni nəsil tankerin uzunluğu 141 metr, eni 16,9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Saatda 10 knot sürətlə hərəkət edə bilən tanker 15 nəfərlik heyət tərəfindən idarə olunur. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir. Dedveyti (ümumi yükgötürmə qabiliyyəti) 7875 ton təşkil edən tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Gəminin texniki göstəriciləri, xüsusilə suya oturumu maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımağa imkan yaradır. Yeni nəsil "Zəngilan" tankeri də digər milli istehsalımız olan tankerlər kimi Xəzərdə və Xəzərdənkənar sularda istismar edilir.

Cari ilin mayında isə Çində "Xocalı" adlı "Handysize" tipli bir quru yük gəmisinin istismara verilməsi ilə gəmiçiliyimiz quru yük daşımalarında yeni seqmentə daxil olub. Bu gəminin ilk səfəri Cənubi Koreyanın "Bakpyung" limanından ABŞ-nin "Portland" limanına yerinə yetirilib. Gəmi təyinat limanına uğurla çatıb və yükboşaltma əməliyyatını icra edib. Onu da qeyd edək ki, bu səfərlə "Xocalı" müstəqil Azərbaycan bayrağı altında Amerika sularına daxil olan ilk gəmi kimi tarixə düşüb.

Keçən ilin sonunda ASCO və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən yaradılmış "SA Maritime AFEZCO" Birgə Müəssisəsinə məxsus "Aframax" tipli sayca üçüncü gəmidə Dövlət himninin sədaları altında üçrəngli Azərbaycan bayrağı qaldırıldı.

"Zəngəzur" adlanan bu gəminin dedveyti də ondan öncə istismara verilən "Şuşa" və "Qarabağ" "Aframax" tipli tankerlər kimi təxminən 115 min tondur. "ASCO Ship Management AFEZCO" tərəfindən idarə olunan "Aframax" tipli bu tanker də Xəzərdənkənar sularda istismar edilir. Qeyd edək ki, Prezident İlham Əliyevin dəstəyi ilə alınan həmin nəhəng gəmilər ölkəmiz üçün strateji əhəmiyyətə malik olmaqla, milli gəmiçiliyin yükdaşıma potensialının artırılmasına xidmət edir, neft sənayemizin beynəlxalq dəyər zəncirinə töhfə verir.

ASCO və SOCAR-ın Müşahidə Şurasının razılığı ilə paritet əsaslarla yaradılan "SA Maritime AFEZCO" Birgə Müəssisəsi tərəfindən alınan "Aframax" tipli daha bir  tanker "Qarabağ"dır. Bu gəmi keçən ilin iyun ayında istismara verilib. 

Xəzərdənkənar sularda Azərbaycan bayrağı altında üzən digər "Aframax" tipli tankerlər kimi, "Qarabağın" da dedveyti təxminən 115 min tondur. Gəmini Ələt Azad İqtisadi Zonasında qeydiyyatdan keçmiş ASCO-nun 100 faiz törəmə müəssisəsi olan "ASCO Ship Management AFEZCO" şirkəti idarə edir. Xatırladaq ki, "SA Maritime AFEZCO" Birgə Müəssisəsi tərəfindən bazar araşdırması nəticəsində ilkin olaraq üç "Aframax" tipli tankerin birincisi "Şuşa" gəmisidir. Bu gəmi isə keçən il iyunun 15-də - Qurtuluş Günündə istismara verilib.

Bütün bunlar ölkəmizin iqtisadi sahədə dinamik inkişafının daha bir təzahürüdür. Hazırda Azərbaycan dünyada gedən müxtəlif geosiyasi böhranlara baxmayaraq, öz iqtisadiyyatını bu böhranın yaratdığı mənfi meyillərdən maksimum dərəcədə qoruya bilir. O cümlədən dəniz nəqliyyatı sahəsində ciddi inkişaf templəri müşahidə edilir. Sona çatmaqda olan il ərzində sahədə baş verən mühüm hadisələr də bunu təsdiqləyir. 


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mixail Qusman Azərbaycanın qış kurortlarından bəhs edib

23:15
22 Dekabr

Hakkan Fidan: Türkiyə olaraq tarixin doğru tərəfində durmağımızın haqlı qüruru içindəyik  

21:12
22 Dekabr

Donald Tramp prodüseri Böyük Britaniyaya xüsusi elçi təyin edib

20:51
22 Dekabr

Heydər məscidində vəhdət namazı qılınıb

19:35
22 Dekabr

Prezident Kubokunun qalibləri mükafatlandırılıb

19:30
22 Dekabr

Gürcüstan Prezidenti Salome Zurabişvili həbs oluna bilər

19:01
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları İlahiyyat İnstitutunun fəaliyyəti ilə tanış olublar

18:43
22 Dekabr

Azərbaycan Din Xadimlərinin Forumunun iştirakçıları Fəxri xiyabanı ziyarət ediblər

18:17
22 Dekabr

Türkiyə XİN: Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq

18:03
22 Dekabr

Xaçmazlı şəhidlərin döyüş yolundan bəhs edən film təqdim olunub

17:48
22 Dekabr

Türkiyə hakimiyyəti qaçqınların Suriyaya qaytarılması prosedurunu sadələşdirib

15:12
22 Dekabr

Türkiyədə baş verən helikopter qəzasında dörd nəfər həlak olub 

15:10
22 Dekabr

Tələbə Psixoloqların IV Respublika Konfransı keçirilib

15:07
22 Dekabr

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

15:01
22 Dekabr

Çində dünyanın ən böyük buz və qar tematik sərgisi açılıb

14:59
22 Dekabr

Qubada Prezident Kubokuna start verilib

12:01
22 Dekabr

Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına hücum nəticəsində həlak olanların sayı 5-ə çatıb

11:52
22 Dekabr

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!