24 Avqust 2026 15:30
183
DÜNYA
A- A+
Süni intellekt təbii fəlakətlərə qarşı mübarizədə yeni “qalxan”a çevrilir

Süni intellekt təbii fəlakətlərə qarşı mübarizədə yeni “qalxan”a çevrilir


Təbii fəlakətin nə vaxt və harada baş verəcəyini dəqiq bilmək mümkün deyil. Lakin texnologiyanın inkişafı riskləri daha əvvəl görməyə, onları qiymətləndirməyə və mümkün zərəri azaltmağa imkan verə bilər. İndi bu imkanların genişləndirilməsində süni intellektə də rol ayrılır.

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdə dayanıqlı infrastrukturun formalaşdırılması və iqlimə uyğunlaşma strategiyalarının hazırlanmasında süni intellektdən istifadəyə yönəlmiş yeni texniki yardım layihəsinə başlayır. “Dayanıqlı infrastruktur və uyğunlaşma strategiyaları üçün süni intellekt” adlanan layihənin ümumi dəyəri 800 min dollardır. Layihənin maliyyələşdirilməsi AİB-nin Texniki Yardım Xüsusi Fondu hesabına həyata keçiriləcək. Hazırda layihə təklif mərhələsindədir və onun təsdiq tarixi hələ müəyyən edilməyib.

Regional xarakter daşıyan təşəbbüs Azərbaycanın da daxil olduğu geniş coğrafiyanı əhatə edir. Layihədə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Ermənistan, Gürcüstan, Çin, Hindistan və digər Asiya-Sakit okean ölkələrinin iştirakı nəzərdə tutulur. Əsas istiqamətlərdən biri təbii fəlakət risklərinin daha dəqiq müəyyənləşdirilməsi və qiymətləndirilməsidir. Süni intellektdən istifadə etməklə risklərin təhlili, mümkün təhlükələrin əvvəlcədən müəyyən edilməsi və onların təsirlərinin azaldılması üzrə imkanların gücləndirilməsi planlaşdırılır.

Bu yanaşma xüsusilə iqlim dəyişikliklərinin yaratdığı risklərin artdığı bir vaxtda diqqət çəkir. Çünki daşqın, sel, sürüşmə, quraqlıq və digər təbii hadisələrin vurduğu zərərin yalnız infrastrukturla məhdudlaşmadığı, sosial baxımdan daha həssas qruplara da ciddi təsir etdiyi nəzərə alınır. AİB-nin qiymətləndirməsinə görə, layihə iştirakçı ölkələrin təbii fəlakətlərlə bağlı riskləri müəyyənləşdirmək, qiymətləndirmək və azaltmaq imkanlarının gücləndirilməsinə kömək edə bilər. Bununla da təbii fəlakətlərin, xüsusilə aztəminatlı və həssas əhali qruplarına təsirinin azaldılmasına dolayı töhfə verilməsi gözlənilir.

Beləliklə, süni intellekt bu layihədə yalnız rəqəmsal texnologiya kimi deyil, gələcək risklərə daha hazırlıqlı olmaq üçün bir alət kimi nəzərdən keçirilir. Azərbaycanın da daxil olduğu regional təşəbbüsün əsas ideyası isə sadədir: fəlakətin qarşısını almaq həmişə mümkün olmasa da, onun gələcəyini daha əvvəl görmək və nəticələrini azaltmaq mümkündür.

Züleyxa ƏLİYEVA,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan və Özbəkistan: ikitərəfli münasibətlərdən müttəfiqliyə və əbədi dostluğa

15:59
24 Avqust

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

15:57
24 Avqust

Humanoid robot 100 metr məsafədə yeni rekord əldə edib

15:57
24 Avqust

Metroda bir qapı daha açıldı: M1-də sərnişinlər daha az gözləyəcək

15:52
24 Avqust

Sülh və TRIPP: Ermənistan üçün yeni iqtisadi imkanların qapısı açıla bilər

15:45
24 Avqust

Gizli qapı tutacaqları səbəbindən milyonlarla Tesla geri çağırılır

15:37
24 Avqust

Uşaqların ekran vaxtı niyə məhdudlaşdırılmalıdır?

15:35
24 Avqust

Transatlantik kölə ticarətinin təsirləri müzakirə olunub

15:33
24 Avqust

Çin Yaxın Şərqdəki neft böhranının təsirlərini necə azaldıb?

15:31
24 Avqust

Süni intellekt təbii fəlakətlərə qarşı mübarizədə yeni “qalxan”a çevrilir

15:30
24 Avqust

Xaricdə universitet, gözlənilməz xərc: Tələbənin yol çantasına nə qoyulmalıdır?

15:28
24 Avqust

Ötən həftə zərərsizləşdirilən minaların sayı açıqlanıb

15:26
24 Avqust

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin sentyabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

15:24
24 Avqust

“Euronews” Prezident İlham Əliyevin Özbəkistana dövlət səfərindən yazıb

15:18
24 Avqust

Zəfər yolu ilə 

15:01
24 Avqust

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri əlaqələrin inkişafına böyük təkan verəcək

14:39
24 Avqust

Özbək rektor: İkitərəfli münasibətlərdəki yeni mərhələ təhsil sahəsində əməkdaşlığın keyfiyyətini yüksəldir  

14:34
24 Avqust

Azərbaycan-Özbəkistan münasibətləri iqtisadi və institusional tərəfdaşlığa çevrilir

13:57
24 Avqust

Keyfiyyətcə yeni mərhələyə yüksələn münasibətlər

13:45
24 Avqust

Laçın Beynəlxalq Film Festivalı başlayıb

13:25
24 Avqust

Sabahın hava proqnozu açıqlanıb

12:51
24 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!