24 Avqust 2026 15:57
1437
Elm və texnika
A- A+
Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  

Azərbaycanlı alimlər dezinformasiyanın aşkarlanması üçün süni intellektə əsaslanan yeni üsul işləyiblər  


Azərbaycanlı alimlərin apardıqları tədqiqat nəticəsində dezinformasiyanın (saxta xəbərlərin) avtomatik aşkarlanması üçün istifadə olunan süni intellekt sistemlərinin mühüm məhdudiyyətləri müəyyən edilib. Araşdırmanın nəticələri nüfuzlu beynəlxalq elmi jurnalda dərc olunub.

AZƏRTAC xəbər verir ki, tədqiqat zamanı dezinformasiyanı aşkarlayan süni intellekt sistemlərinin etalon saxta mətnlər üzərində nümayiş etdirdiyi 98–99 faizlik dəqiqliyin real şəraitdə onların etibarlılığını tam əks etdirmədiyi müəyyən olunub. Məlum olub ki, bu sistemlər bir çox hallarda xəbərin doğru və ya yalan olmasını deyil, mətnin insan, yaxud generativ süni intellekt tərəfindən yazıldığını müəyyənləşdirən üslub xüsusiyyətlərinə əsaslanırlar.

Araşdırmaya əsasən, “ChatGPT”, “Claude” və digər generativ süni intellekt sistemləri məzmunu dəyişmədən yalnız mətnin yazı üslubunu yenidən formalaşdırdıqda, mövcud saxta xəbər aşkarlama sistemlərinin nəticələri əhəmiyyətli dərəcədə pisləşir. Bu isə həmin sistemlərin məzmunun semantik xüsusiyyətlərini deyil, əsasən üslub əlamətlərini öyrəndiyini göstərir.

Tədqiqatçılar bu problemi aradan qaldırmaq məqsədilə iki mərhələli üsluba nəzarət metodunu hazırlayıblar. Təcrübə çərçivəsində həm həqiqi, həm də saxta mətnlər “Claude”, “GPT-4o” və “Gemini” modellərinin parafraz zəncirlərindən keçirilərək vahid yazı üslubuna uyğunlaşdırılıb və bununla da üslub fərqlərinin qiymətləndirməyə təsiri aradan qaldırılıb.

Əldə olunan nəticələr əsasında müəlliflər dezinformasiyanın aşkarlanması sistemlərinin qiymətləndirilməsi zamanı üsluba nəzarət yanaşmasının yeni metodoloji standart kimi tətbiq edilməsini təklif edirlər. Onların qənaətinə görə, bu yanaşma gələcəkdə daha etibarlı və davamlı süni intellekt sistemlərinin hazırlanmasına töhfə verə bilər.

Tədqiqat Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, Azərbaycan Texniki Universitetinin Data Elmi və Süni İntellekt İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ramiz Alıquliyev və universitetin doktorantı Cəlal Mehdiyev tərəfindən həyata keçirilib.

Araşdırmanın nəticələri “Fərqli böyük dil modelləri vasitəsilə parafraz etməklə mətnin mənşəyinin gizlədilməsi: saxta xəbər aşkarlayan sistemlərin vahid yazı üslubu şəraitində qiymətləndirilməsi” (“Cross-LLM paraphrase laundering: a register-controlled evaluation of fake news detectors”) adlı məqalədə ümumiləşdirilərək impakt faktoru 6,5 olan və Q1 kvartilinə daxil edilən beynəlxalq AI (Artificial Intelligence) jurnalında dərc olunub.

Tədqiqat işi İnformasiya Texnologiyaları İnstitutu və AzTU tərəfindən həyata keçirilən birgə qrant layihəsi (Qrant №: AzTU-DQL-2025-M01/60182631) çərçivəsində yerinə yetirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Mühüm müzakirə: “Azərbaycanın dövlətçilik tarixində Qafqaz Albaniyası irsi” YENİLƏNİB

13:24
21 Sentyabr

Sabahın hava proqnozu açıqlanıb

13:19
21 Sentyabr

Sabah respublika üzrə pensiyalar tam ödənilərək yekunlaşdırılacaq

13:18
21 Sentyabr

Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının XI Konfransı keçirilib  

13:07
21 Sentyabr

Fərid Şəfiyev: Ermənilərin alban kilsəsinə olan marağı Azərbaycana qarşı ərazi iddialarından ibarətdir  

13:05
21 Sentyabr

Türkiyə 10 ildə Günəş və küləkdən 442,2 teravat-saat elektrik enerjisi istehsal edib

13:04
21 Sentyabr

ASAN könüllüləri IDEA ilə birlikdə “Yaşıl dağ” aksiyasını təşkil ediblər

13:00
21 Sentyabr

Prezidentin köməkçisi Anar Ələkbərov Masallıda şəhid anaları ilə görüşüb

12:59
21 Sentyabr

Növrəs Cəfərov: Qubadlı şəhərində ilk yaşayış kompleksinin tikintisi sürətlə davam edir

12:57
21 Sentyabr

Formula 1 Azərbaycan Qran-Prisinin tarixində iz qoyan 5 pilot

12:39
21 Sentyabr

Cəlilabadda fövqəladə halların xəbərdarlıq edilməsi mövzusunda müşavirə keçirilib  

12:37
21 Sentyabr

ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib

12:34
21 Sentyabr

Fransanın dövlət borcu rekord həddə çata bilər

12:26
21 Sentyabr

Azərbaycanda qızıl və gümüş istehsalının həcmi açıqlanıb – QRAFİK

11:51
21 Sentyabr

Si Cinpinin ABŞ-yə səfərinin tarixi açıqlanıb

11:50
21 Sentyabr

DSMF: Yanvar-avqust aylarında 1 milyon 100 min şəxsə müavinət və təqaüd ödənilib

11:49
21 Sentyabr

Havanın çirklənməsi hər il dünya iqtisadiyyatına 7,12 trilyon avro ziyan vurur

11:47
21 Sentyabr

Ötən iki gündə 76 cinayətin açılması təmin olunub

11:42
21 Sentyabr

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib – BİRGƏ MƏLUMAT

11:40
21 Sentyabr

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

11:38
21 Sentyabr

Şəhər günlərinin böyük siyasi-mənəvi əhəmiyyəti var  

11:03
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!