02 İyun 2026 17:49
331
DÜNYA
A- A+
Süni intellekt sayəsində 80 illik tapmaca həll olundu  

Süni intellekt sayəsində 80 illik tapmaca həll olundu  


Süni intellekt (Sİ) riyaziyyat elmində seysmik dəyişikliyə səbəb olub: “OpenAI”ın hazırladığı model təxminən 80 ildir həllini gözləyən tarixi problemi heç bir insan müdaxiləsi olmadan, müstəqil şəkildə həll edib. Söhbət riyaziyyatın ən məşhur tapmacalarından biri olan “Vahid məsafə problemi”dən (“Unit Distance Problem”) gedir. “OpenAI”ın daxili Sİ modeli verilən tapşırıqdan sonra akademik səviyyədə sübut hazırlayaraq elmi ictimaiyyətdə böyük ajiotaj yaradıb. "Wall Street Journal"ın məlumatına görə, “OpenAI” bu tapıntıları mütəxəssis olmayan oxucular üçün 19 səhifəlik icmal hesabatı ilə birlikdə dərc edib. Hesabat nüfuzlu riyaziyyatçılar tərəfindən hazırlanıb.

Adətən sənaye populyarlığından uzaq duran və akademik ciddiliyi qoruyan tanınmış alimlər bu uğuru yüksək qiymətləndiriblər. “Fields” mükafatı laureatı, professor Timoti Qouers bildirib: “Süni intellekt çoxsaylı təcrübəli tədqiqatçıların onilliklər ərzində uğursuzluğa düçar olduğu nəticəni əldə edib. Bu, sadəcə gələcəyin proqnozu deyil, süni intellektin müstəqil şəkildə yaratdığı ilk real elmi kəşfdir”. Qouers əlavə edib ki, əgər bu məqaləni bir insan yazıb “Annals of Mathematics” jurnalına təqdim etsəydi, o, heç bir tərəddüd etmədən işin qəbulunu tövsiyə edərdi. Onun fikrincə, bəşəriyyət yeni bir dövrə qədəm qoyur və gələcəkdə insanların riyazi problemlərin həllində Sİ ilə rəqabət aparması getdikcə çətinləşəcək.

Bu tarixi problem ilk dəfə 1946-cı ildə XX əsrin ən məhsuldar riyaziyyatçısı sayılan Paul Erdos tərəfindən irəli sürülüb. Erdos çətinlik dərəcəsinə görə problemlərə pul mükafatları təyin edirdi. “Vahid məsafə problemi” onun ən çox əhəmiyyət verdiyi məsələlərdən idi və buna görə vəd etdiyi mükafatı sonradan 500 dollara qədər artırmışdı.Erdos tapmacaları iki kateqoriyaya bölürdü: tez həll olunan “zefir” tapmacaları və dərindən araşdırma tələb edən, yeni elmi budaqların yaranmasına səbəb olan “palıd qozası” tapmacaları. Alimlər yekdilliklə qəbul edirlər ki, bu problem məhz nəhəng bir “palıd qozası” idi.

Erdos 1946-cı ildə müəyyən nöqtələrin şəbəkə üzərində düzülüşünün konkret limit yaratdığını nümayiş etdirmiş və heç bir həndəsi düzülüşün bu səmərəliliyi keçə bilməyəcəyini iddia etmişdi (Erdos fərziyyəsi). Lakin “OpenAI”ın modeli bu nəzəri limitdən daha çox vahid məsafə cütü yaradan alternativ bir həndəsi düzülüş kəşf edib. Başqa sözlə, süni intellekt tarixi fərziyyəni təkzib edərək (counter-example) yeni bir həll təqdim edib. Ən heyrətamiz məqam isə budur: “OpenAI” bu problemi cəmi 32 saat ərzində və təxminən 1000 dollar xərcləyərək həll edib.


Ülkər XASPOLADOVA,

 “Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

15:44
03 İyun

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

15:42
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!