16 Avqust 2024 13:09
189
İQTİSADİYYAT
A- A+

Sumqayıt Kimya Sənaye Parkında “IVECO” markalı yük avtomobillərinin istehsalı müəssisəsi fəaliyyətə başlayacaq

 

Bu il Sumqayıt Kimya Sənaye Parkında 2 müəssisənin (“Kartaş Kimya” MMC-nin tikinti kimyəviləri zavodunun, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinin) fəaliyyətə başlaması nəzərdə tutulur.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar avqustun 16-da İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin təşkilatçılığı ilə Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinə mediatur təşkil edilib.

“Az-Tex-Import” MMC-nin təsisçisi Samir İbadullayev media mənsublarına müəssisənin tikintisi istiqamətində görülmüş işlər, qarşıda duran hədəflər barədə məlumat verib.

Bildirilib ki, “Az-Tex-Import” MMC-nin “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük avtomobillərinin istehsalı müəssisəsinin tikintisi yekunlaşmaq üzrədir.

Yaxın aylarda müəssisədə avadanlıqların quraşdırılması işlərinə başlanılacaq. Doxsan nəfərin daimi işlə təmin ediləcəyi müəssisənin investisiya dəyəri 19,2 milyon manatdır, layihə üzrə indiyədək görülən işlərə 6 milyon manatdan çox sərmayə qoyulub.

İl ərzində 100 ədəd avtomobilin istehsal olunacağı müəssisənin məhsulları daxili bazarda satılmaqla yanaşı, Rusiya, Gürcüstan, Türkmənistan və İrana ixrac ediləcək.

“Az-Tex-Import” MMC-yə 2022-ci ilin mayında Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib, müəssisənin bu ilin sonunda fəaliyyətə başlaması planlaşdırılır.

Tədbir çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyinin şöbə müdiri Kamran Rəhimli ölkədə fəaliyyət göstərən ümumi sənaye zonalarının, həmçinin Sumqayıt Kimya Sənaye Parkının fəaliyyətindən danışıb.

Bildirilib ki, 2013-cü ildən etibarən sənaye zonaları üzrə ümumi investisiya həcmi 7,8 milyard manat olan 151 sahibkarlıq subyektinə rezident statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10 min 500-dən çox daimi iş yeri yaradılıb. Sənaye zonaları istehsalın genişləndirilməsi, idxalın əvəz edilməsi və yeni ixrac imkanlarının yaradılması baxımından əlverişli mexanizmdir. Belə ki, 2015-ci ildən 2024-cü ilin birinci yarısı da daxil olmaqla sənaye zonalarında 13,5 milyard manatlıq məhsul satışı həyata keçirilib, bunun da 4,35 milyard manatlıq hissəsi ixrac edilib. Həmçinin 2024-cü ilin birinci yarısında sənaye zonalarında 1,4 milyard manatlıq satış həyata keçirilib, bunun da 476,6 milyonluq hissəsi ixracın payına düşür.

Bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,1 faiz, ixracında isə 26,9 faiz təşkil edib.

Diqqətə çatdırılıb ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 6,2 milyard manat olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Parkda hazırda 24 müəssisə fəaliyyət göstərir, bu il daha 2 müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Yeni fəaliyyətə başlayacaq müəssisələr tərəfindən Sənaye Parkına ümumilikdə 40 milyon manata yaxın investisiya qoyulmaqla 300-dən artıq əlavə iş yeri yaradılacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video