16 Avqust 2024 17:25
142
DÜNYA
A- A+

Çində valideynlər 37 illik axtarışdan sonar övladlarını tapıblar


Çində 37 illik ayrılıqdan sonra kövrəldici  ailə birləşməsi baş tutub. “The South China Morning Post” yazır ki, valideynlər onilliklər boyu axtarışlardan sonra nəhayət ki, oğullarını tapıblar.
Hekayə 1986-cı ildə, cütlüyün daha bir oğlu doğulanda başlayıb. Ailənin kasıb olduğunu düşünən nənə daha bir uşaq böyütməyin çətin olacağını əsas gətirərək ertəsi gün körpəni başqa insanlara verib. Bir müddət sonra valideynlər uşağın Çjao soyadlı bir adama verildiyini öyrənərək  axtarışa başlayıblar.
Otuz il ərzində cütlük oğullarını axtarmaq üçün ölkəni gəzib. Bir müddət əvvəl müəyyən olunub ki, onların qan nümunələri Pan adlı bir adamın qanına uyğun gəlir. Polisin köməyi ilə kişi 37 il əvvəl doğulduğu Veynanda bioloji valideynləri ilə görüşüb.
Valideynlərin oğluna verdiyi ilk sual bu oldu: “Bu illəri necə yaşadın, oğlum?”
Sosial şəbəkə istifadəçiləri ailəni ayıran nənənin əməlini pisləyib. "Onun hərəkətlərini başa düşmək çətindir" deyə şərhçilər yazır.
Bu hekayə cəmiyyətdə geniş rezonans doğurub, valideyn sevgisinin və itirilmiş uşaqla qovuşmaq istəyinin nə qədər güclü olduğunun bariz nümunəsi olub. 


“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video