16 Avqust 2024 19:30
149
Mədəniyyət
A- A+

Azərbaycanlı rəssamın Yusuf Dikeçi əks etdirən rəsmi Türkiyə mediasının böyük marağına səbəb olub

 

Azərbaycanlı rəssam Xətai Abdullayevin türkiyəli atıcı Yusuf Dikeçə həsr olunan rəsmi Türkiyə mediasının böyük marağına səbəb olub. Rəsmdə Yusuf Dikeçin “Paris-2024” Yay Olimpiya Oyunlarında bir əli cibində yarışaraq göstərdiyi performans əks olunub.

AZƏRTAC xəbər verir ki, başda Anadolu Agentliyi olmaqla Türkiyənin bir çox media qurumu həmvətənimizin çəkdiyi rəsm barədə xəbər hazırlayıb.

Türkiyə mediasına müsahibə verən Xətai Abdullayev Dikeçin rəsmində türk millətinin qürur duyduğu bütün idmançıları təmsil etdiyini bildirib.

“Rəsmin bir parçası olan hədəf lövhəsində Yusuf Dikeçin vurduğu nöqtəni çəkməyi unutduğumu düşünənlər olub. O hissəni Dikeçin atəş edərək vurması üçün boş saxladım. Çox sayda insan rəsmi almaq istədi. Mən isə bu tablonu Yusuf Dikeçə hədiyyə etmək istəyirəm. O, rəsmin ortasına atəş etdiyi zaman əsər tamamlanmış olacaq”, - deyə rəssam müsahibəsində bildirib.

Qeyd edək ki, həmvətənimiz Türkiyənin Ədirnə şəhərində yaşayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video