16 Avqust 2024 22:31
108
CƏMİYYƏT
A- A+

Azərbaycan nümayəndə heyəti Həştərxanda keçirilən IX Xəzər Media Forumunda iştirak edib

 

Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Həştərxan şəhərində keçirilən IX Xəzər Media Forumunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.

Səfər çərçivəsində nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini, həmçinin Qardaşlıq bağında “Əbədi Şöhrət Məşəli” abidəsini ziyarət edərək önlərinə gül dəstələri düzüb.

“Mədəniyyətlərin dialoqu Xəzər regionunun inkişafının əsası kimi” mövzusunda baş tutan tədbirin əsas məqsədi Xəzəryanı ölkələr arasında vahid media mühiti yaratmaq, informasiyanın saxtalaşdırılmasının aradan qaldırılmasına kömək etmək və konstruktiv dialoq platformasını inkişaf etdirərək regionda mövcud olan müxtəlif mədəniyyətlər arasında qarşılıqlı anlaşma və əməkdaşlığı təşviq etməkdir.

IX Xəzər Media Forumu çərçivəsində keçirilən nümayəndə heyətləri rəhbərlərinin görüşündə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli çıxış edərək xalqlar arasında mədəni körpülərin yaradılmasında və media sahəsində gələcək əməkdaşlıq perspektivlərinin müzakirə edilməsində bu kimi platformaların vacib rol oynadığını vurğulayıb, eyni zamanda, rəqəmsal əsrdə dezinformasiyanın yayılmasında süni intellektin təsirindən bəhs edərək, ölkəmizin ev sahibliyi etdiyi “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun müvafiq sahədə mübarizənin effektiv üsullarını müzakirə etmək və beynəlxalq əməkdaşlığı gücləndirmək baxımından əhəmiyyətini diqqətə çatdırıb.

Qeyd edək ki, IX Xəzər Media Forumu öz işini növbəti gün plenar iclaslarla davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video