17 Avqust 2024 00:57
102
İQTİSADİYYAT, Turizm
A- A+

7 ayda Azərbaycana 1,5 milyon turist gəlib

 

Cari ilin yanvar-iyul aylarında Azərbaycana 182 ölkədən 1 milyon 502,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, gələnlərin 29,2 faizi Rusiya Federasiyası, 16,5 faizi Türkiyə, 9,3 faizi Hindistan, 8,3 faizi İran, 4,2 faizi Səudiyyə Ərəbistanı, 4,0 faizi Gürcüstan, 3,2 faizi Qazaxıstan, 2,7 faizi Pakistan, hər birindən 1,7 faiz olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri, 1,5 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Ukrayna və Küveyt, 1,2 faizi Türkmənistan, hər birindən 1,1 faiz olmaqla İsrail və Oman, 1,0 faizi Belarus, 10,7 faizi digər ölkələrin vətəndaşları olmuşdur.

Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı 2,5, Cənubi Koreyadan 2,3, Çindən 2,1, İspaniyadan  1,8, Qazaxıstandan  1,8, Qırğızıstandan 1,7, Filippindən 1,6, Pakistandan 1,5 dəfə artmışdır.

2023-cü ilin yanvar-iyul aylarına nisbətən körfəz ölkələrindən gələnlərin sayı 39,6 faiz artaraq 258,8, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0 faiz artaraq 57,1 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 20,5 faiz artaraq 576,1 min nəfər olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video