17 Avqust 2024 00:43
176
CƏMİYYƏT, COP29
A- A+

COP29 könüllüləri "Təkrar emal fəalları" adlı təmizlik aksiyası keçiriblər

 

COP29 könüllüləri Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən parklardan birində "Təkrar emal fəalları" adı altında növbəti təmizlik aksiyası keçiriblər. Aksiya zamanı könüllülər park ərazisini təmizləyərək toplanmış məişət tullantılarını təkrar emal üçün "Təmiz Şəhər" ASC-yə təhvil veriblər. Ekoloji aksiya çərçivəsində könüllülər parkda istirahət edən sakinlərlə ictimai təmizliyə riayət olunması və şəhər parklarının ekoloji durumunun sağlamlaşdırılmasının əhəmiyyəti barədə maarifləndirici söhbət aparıblar. Könüllülər həmçinin bu ilin noyabr ayında Bakıda keçiriləcək COP29 konfransı barədə sakinləri məlumatlandırıb, onları maraqlandıran sualları cavablandırıblar.

Ekoloji tədbir "Təmiz Şəhər" ASC-nin tullantılarının idarə edilməsi fəaliyyəti ilə tanışlıqla davam edib. Aksiya çərçivəsində toplanan 230 kilodan çox həcmdə müxtəlif növ bərk məişət tullantıları könüllülər tərəfindən Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavoduna növbəti təkrar emal üçün təhvil verilib. Müəssisəyə baş çəkən könüllülər tullantıların düzgün idarə edilməsi təcrübələri, müasir emal sistemləri və tendensiyalar haqqında faydalı məlumatlar əldə edib, tullantıların çeşidlənməsi, yerləşdirilməsi və zərərsizləşdirilməsi proseslərini əyani izləyə biliblər.

Qeyd edək ki, bu təşəbbüs COP29 könüllüləri tərəfindən iqlim dəyişmələri problemləri və onların həlli yolları, həmçinin bu istiqamətdə kollektiv və birgə fəaliyyətin rolu haqda ictimaiyyətin məlumatlılığının artırılmasına yönəlmiş davamlı fəaliyyətin bir hissəsidir.

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video