17 Avqust 2024 00:30
98
CƏMİYYƏT
A- A+

Azərbaycanda "yaşıl binalar" niyə tikilmir?

 

Dünyada artıq "yaşıl evlər" adlanan ekoloji binalar ortaya çıxıb. Belə binalar bu sektorda yeni bir istiqamət və bir sahə yaradıb. Bu müəyyən standartlarla təsdiqlənməlidir. Binanın "yaşıl" sayılması üçün aşağıdakı xüsusiyyətləri olmalıdır:

- Enerji, su və digər mənbələrdən səmərəli istifadə;

- Günəş enerjisi kimi bərpaolunan enerjidən istifadə;

- Çirklənmə və tullantıların azaldılması tədbirləri və təkrar istifadənin təmin edilməsi;

- Daxili hava keyfiyyəti yaxşı olmalıdır;

- Zəhərli olmayan, etik və davamlı materialların istifadəsi;

- Dizayn, tikinti və istismarda ətraf mühit nəzərə alınmaqla;

- Dizayn, tikinti və istismarda sakinlərin həyat keyfiyyətini nəzərə alaraq;

- Dəyişən mühitə uyğunlaşan bir dizayn.

Lakin bütün ölkələrin və bölgələrin fərqli iqlim şəraiti olduğuna görə "yaşıl binalar"ın hamısı eyni deyil.

Bəs ölkəmizdə tikilən hündürmərtəbəli binalarda "yaşıl enerji" tətbiq edilir?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov bildirib ki, bu texnologiyalar çox bahalıdır.

"Bu səbəbdən də çoxmənzilli binaların tikintisi ilə məşğul olan şirkətlər belə texnologiyaları tətbiq etmir. Tikinti normativlərimizdə də ekoloji bina anlayışı hələ ki, yoxdur. Hətta günəş panelləri binanın elektrik enerjisini ödəsə belə fərqi yoxdur. Lakin Bakıda "yaşıl enerji"nin tətbiqi üçün kifayət qədər şərait var", - o deyib.

Onun sözlərinə görə, son illər Avropada ekoloji binaların tikintisi artıb.

"Belə binaların qiyməti də bahadır. Lakin idarə olunması çox rahatdır. Həyət evlərində isə günəş panelləri tətbiq olunur. Bunun üçün heç bir xüsusi icazəyə ehtiyac yoxdur", - deyə ekspert qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video