16 Avqust 2024 19:26
147
CƏMİYYƏT
A- A+

Rəsədxana: Avqustun 19-da bu ilin ilk Super Ayı müşahidə olunacaq

 

Avqustun 19-da saat 22:26-da 2024-cü ilin ilk Super Ayı müşahidə olunacaq. Bu, Mavi Super Aydır.

Elm və Təhsil Nazirliyinin Şamaxı Astrofizika Rəsədxanasından AZƏRTAC-a bildirilib ki, Ayın mavi çalarda görünməsi çox nadir hallarda vulkan püskürməsi zamanı yaranmış toz səbəbindən baş verə bilər. Hazırda isə populyar elmdə müxtəlif xalqların folkloru əsasında simvolik olaraq fəsli və aylıq Super Ay ifadə edilir.

Fəsli Mavi Super Ay çox nadir halda baş verir, fəsli dörd bədirlənmiş Aydan üçüncüsü Mavi Ay adlanır. Aylıq Mavi Ay isə bir təqvim ayındakı ikinci bədirlənmiş Aya deyirlər. Bu dəfə müşahidə olunacaq Super Ay fəsli Mavi Aydır.

Ayın orbiti tam dairəvi deyil, elliptik olduğundan, Yerlə Ay arasındakı məsafə daim dəyişir. Ay öz perigeyində bədirlənmiş Ay fazasına uyğun gələrsə, o zaman Super Ay müşahidə olunur.

Super Ay zamanı Ay 14 faiz böyük və 30 faiz parlaq görünür. Avqustun 19-da Ay saat 19:41-də doğacaq və səhər saatlarınadək görünəcək. Bu zaman Yerlə Ay arasındakı məsafə 361,969 kilometr olacaq.

İlin sonunadək sentyabrın 18-də, oktyabrın 17-də və noyabrın 15-də də Super Ay müşahidə ediləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video