16 Avqust 2024 17:11
100
CƏMİYYƏT
A- A+

Qəbələdə məntəqə seçki komissiyalarının üzvləri üçün treninqlər başa çatıb

 

Sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərə hazırlıqla əlaqədar 116 saylı Qəbələ seçki dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün səsvermə günü prosedurları ilə bağlı maarifləndirici treninqlər başa çatıb.

Dairə seçki komissiyasının sədri Zülfüqar Cəfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, avqustun 12-də başlayan və beş gün davam edən treninqlərə dairənin tərkibində olan 59 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə 354 nəfər cəlb olunub. Məşğələləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təşkil olunan təlim kursunda iştirak etmiş Aqil Kərimov və Xalidə Rəsulova aparıblar.

Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilmiş xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü prosesləri və müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması, yekun protokolun doldurulması və digər məsələlər barədə metodiki məlumatlar verilib. Diqqətə çatdırılıb ki, seçkilərin şəffaf keçirilməsi məntəqə seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsindən çox asılıdır. Ona görə də komissiya üzvləri öz peşəkarlıq səviyyəsini, bilik və bacarıqlarını daha da artırmalı, seçki günü üzərilərinə düşən vəzifələri dəqiq bilməli və layiqincə yerinə yetirməlidirlər.

Dairə seçki komissiyası sədrinin məlumatına görə, bu dairə üzrə Milli Məclisə yeganə mandat uğrunda 10 namizəd mübarizə aparır. Onlardan ikisi müxtəlif siyasi partiyaları təmsil edir. Səkkiz nəfərin namizədliyi isə öz təşəbbüsləri ilə irəli sürülüb. Dairə üzrə indiyədək 650 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib. Seçicilərin ümumi sayı 54 mindən yuxarıdır. Onlardan 788 nəfəri 80-100 yaş arasındadır. 550 gənc isə bu seçkilərdə ilk dəfə səs verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video