16 Avqust 2024 17:13
93
İQTİSADİYYAT
A- A+

AQTA ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edib

 

Son vaxtlar ictimai iaşə müəssisələrində, xüsusilə də ev şəraitində hazırlanan qida məhsullarının kütləvi tədbirlərdə, o cümlədən şənlik və yas mərasimlərində istehlak edilməsı nəticəsində zəhərlənmə hallarına rast gəlinir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan araşdırmalar zamanı bir sıra ictimai iaşə müəssisələrində keçirilən müxtəlif tədbirlərdə qida təhlükəsizliyi ilə bağlı tələblərin pozulması hallarına yol verildiyi aşkarlanır. Həmçinin araşdırmalar zamanı ictimai iaşə müəssisələrinin sahibləri tərəfindən həmin obyektlərin məclis sahiblərinə gündəlik əsaslarla icarəyə verilməsi halları müəyyən olunur. Təbii ki, belə hallar ictimai iaşə müəssisələrinin rəhbərlərini baş verən hadisələrlə bağlı məsuliyyətdən azad etmir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, bəzi hallarda icarəyə götürülmüş ictimai iaşə müəssisələrində verilən qidalar məclis sahibləri tərəfindən evdə heç bir gigiyenik tələblərə əməl olunmadan hazırlanaraq temperatur rejimi və sanitar-gigiyenik daşıma qaydaları gözlənilmədən həmin müəssisələrə gətirilərək qonaqlara təqdim edilir və həmin hallar kütləvi qida zəhərlənmələrinin baş verməsinə zəmin yaradır. Əksər hallarda ev şəraitində hazırlanan müxtəlif turşu, soyuq qəlyanaltı və salatlar, sərinləşdirici içkilər isə heç bir sağlamlıq sənədi olmadan digər yüksək riskli məhsullarla birlikdə kütləvi şəkildə istehlakçı süfrəsinə təqdim edilir.

Ona görə də milli adət-ənənələrə ehtiram və xüsusi həssaslıq göstərməklə yanaşı, həmin tədbir iştirakçılarının həyat və sağlamlığı nəzərə alınmalı, bu sahədə mövcud qanunvericiliyin tələb və qaydalarına əməl olunmasının həyati əhəmiyyəti diqqət mərkəzində saxlanılmalıdır.

Agentlik bir daha ictimai iaşə müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edərək onları bu cür qanunsuz fəaliyyətdən çəkinməyə çağırır. Bildirilir ki, kütləvi mərasimlərin keçirilməsi zamanı istehlaka təqdim olunan qida məhsulları mütləq şəkildə ictimai iaşə müəssisələrində mövcud norma və tələblərə uyğun şəkildə hazırlanmalı və istehlaka təqdim edilməlidir.

Həmin tələblərin gözlənilmədiyi və qanunsuz fəaliyyətlə bağlı hər hansı fakt aşkarlandığı təqdirdə mərasimin keçirildiyi ictimai iaşə müəssisəsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun şəkildə sərt tədbirlər görüləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video