16 Avqust 2024 17:37
109
İDMAN
A- A+

Yunis Hüseynov: “Sabah” mərhələni keçməli idi


Belə diqqətin qarşılığı fərqli olmalı, mərhələ keçilməli idi. Bunu “Report”a açıqlamasında AFFA Elit-məşq layihəsinin rəhbəri Yunis Hüseynov “Zirə” və “Sabah” klublarının UEFA Konfrans Liqasının III təsnifat mərhələsindəki nəticələri haqqında danışarkən deyib.
Mütəxəssis “Sabah”ın II təsnifat mərhələsini bəxt sayəsində keçdiyini söyləyib: “Makkabi” (Hayfa, İsrail) ilə oyunda “Sabah”ın bəxti gətirdi. Düşünürəm ki, rəqib Azərbaycan komandasına yuxarıdan-aşağı baxırdı, əks halda öz evində 0:3 hesabı ilə məğlub olmazdı. Bakıdakı oyunda İsrail klubu daha çox qol vura bilərdi. Sonrakı mərhələdə hamımız inanırdıq ki, “Sabah” İrlandiya klubunu keçəcək. Komanda hər iki oyunda 10 nəfərlə qaldı. Beynəlxalq yarışlarda səhvlər bağışlanılmır. Çox ciddi və təmkinli olmalısan ki, komandanı pis vəziyyətdə qoymayasan. “Sabah”da rəhbərlik çox yaxşı işlər görür, hər bir şərait yaradır. İstənilən futbolçunu transfer edir. Ancaq bunun qarşılığı görünmür. Komanda xoş təsir bağışlamadı. İrlandiya klubuna məğlub olmaq acınacaqlı idi”.
O, komanda ilə düzgün iş görülmədiyini vurğulayıb: “Komanda ilə düzgün iş görülmədi. Məhz bu səbəbdən məğlub oldular. Düşünürəm ki, “Makkabi” ilə oyundan sonra komanda eyforiyaya qapılmışdı. Komanda nə səfərdə, nə də Bakıda düzgün oyun göstərdi. Qırmızı vərəqə olursa, deməli, buna səni rəqib məcbur edir. Lakin bu, o demək deyil ki, uduzmalısan. Əslində meydanda 10 nəfərlə qalan komanda daha təhlükəli və diqqətli olur. Çünki əks-hücumlardan istifadə edə bilər. Bu isə “Sabah”da alınmadı. Baxmayaraq ki, heyətdə sürətli futbolçular var”.
Y.Hüseynov “Zirə”nin oyununu da dəyərləndirib: “Zirə”ni növbəti mərhələyə daşıyan səbəb səfər matçının son dəqiqələrində vurduğu qol oldu. Həm rəqib, həm də “Zirə” qol imkanları yaxaladı, lakin istifadə edə bilmədilər. “Zirə” səfərdə sona yaxın qol vuranda artıq növbəti mərhələyə keçəcəyini düşünürdüm. Çünki belə qollar komandaya üstünlük, yaxşı motivasiya verir. Penaltilər seriyasına gəlincə, bu, heç də “lotereya” deyil. Futbolçu özünə inanır və 11 metrlik cərimə zərbəsindən fərqlənir. İnamsızlıq olsa, fərqlənə bilməyəcəksən. Yerli futbolçuların özlərinə inamı yox idi. Bir məsləhət verim, heç vaxt 11 metrlik cərimə zərbəsini yerlə vurmaq lazım deyil”.
O, Rəşad Sadıqovun komandasının pley-offdakı rəqibi haqda danışıb: “Qarşıdan “Omoniya” ilə oyun gəlir. Kipr komandası keçilməz rəqib deyil. Bizim klublara əksər vaxtlarda məğlub olublar. “Zirə” daha da toparlansa, rəqibinə həddindən artıq ciddi yanaşsa, istəyinə çata bilər”.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video