17 Iyul 2024 19:59
103
DÜNYA
A- A+

Silahlı qruplar Trablisi tərk edəcək

 

Liviyanın silahlı qrupları bir ay ərzində paytaxt Tripolini tərk edəcək.

Bu barədə Liviya Milli Birlik Hökumətinin (MBH) Daxili İşlər Nazirliyinin rəhbəri İmad Trabelsi bildirib: “Silahlı qruplar bir ay ərzində Trablisi tərk edərək kazarmalarına qayıdacaqlar. Qrup liderləri təhlükəsizlik planını və qüvvələrin paytaxtdan çıxarılmasını alqışlayıblar”.

DİN rəhbəri vurğulayıb ki, hökumət mart ayında toqquşmaların baş verdiyi Tunislə sərhəddəki Ras Jdir sərhəd-keçid məntəqəsinin təhlükəsizliyinin təmin edilməsi problemi ilə məşğul olduğu üçün geri çəkilməni ləngidib.

Qeyd edək ki, hazırda Liviyada bir-birini tanımayan iki hökumət var. Abdulhəmid Dbeybanın rəhbərlik etdiyi hökumət BMT tərəfindən dəstəklənir və o, Trablisdə fəaliyyət göstərir. Nümayəndələr Palatasının səlahiyyətlərinə malik olan ikinci hökumət isə Benqazidə yerləşir. Son bir neçə ildə ölkənin qərbindəki hakimiyyətlə şərqindəki hakimiyyət arasında qarşıdurma olub və bu qarşıdurmalarda silahlı qruplar da iştirak edib.

“Azərbaycan

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video