17 Iyul 2024 20:03
102
SİYASƏT
A- A+

Prezident To Lam: Vyetnam Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əməkdaşlığı gücləndirmək istəyir

 

Vyetnam Asiya və Avropa arasında yerləşən və onları birləşdirən Türk Dövlətləri Təşkilatının üzvləri ilə əməkdaşlığı hər zaman yüksək qiymətləndirir, əlaqələri daha da gücləndirmək istəyir.

AZƏRTAC Vyetnam Xəbər Agentliyinə istinadla xəbər verir ki, bu sözləri Vyetnamın Prezidenti To Lam Azərbaycanın, Türkiyənin və Qazaxıstanın Hanoydakı səfirləri ilə görüş zamanı deyib. O, Vyetnamın Azərbaycan, Türkiyə və Qazaxıstan ilə ənənəvi dostluğunun, çoxşaxəli əməkdaşlığının mütəmadi görüşlər sayəsində bütün səviyyələrdə möhkəmləndiyini diqqətə çatdırıb, yüksək səviyyəli təmasların davam etdirilməsinin vacibliyini vurğulayıb.

Vyetnam və Türk dövlətlərinin BMT də daxil olmaqla, beynəlxalq və regional platformalarda səmərəli əlaqələndirmənin, qarşılıqlı dəstəyin davamlı olmasının əhəmiyyətini vurğulayan Prezident To Lam diqqətə çatdırıb ki, ölkəsinin Azərbaycan, Türkiyə və Qazaxıstanla iqtisadi-ticari tərəfdaşlığı davamlı inkişaf edir, ticarət dövriyyəsi artır. Bununla belə, Vyetnamın bu 3 ölkə ilə iqtisadi-ticari əlaqələri, xüsusən də nəqliyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət, idman, turizm sahələrində və regionlararası əməkdaşlığı mövcud potensialı əks etdirmir. O, Türk Dövlət Təşkilatlarından olan sahibkarlar üçün biznes və investisiya fəaliyyəti üçün Vyetnamda ən yaxşı imkanların yaradılacağını bildirib.

Bu il Vyetnamın sabiq Prezidenti Ho Şi Minin Azərbaycana səfərinin 65-ci ildönümü olduğunu diqqətə çatdıran Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə həmin səfərin iki xalq arasında dostluğun və tərəfdaşlığın, xüsusən də neft-qaz sahəsində əməkdaşlığın əsasını qoyduğunu, səfərdən sonra xeyli vyetnamlı gəncin ölkəmizdə sözügedən sahədə təhsil alaraq qabaqcıl mütəxəssislər kimi yetişdiklərini deyib. O, Azərbaycanın Hanoydakı səfirliyinin bu münasibətlə müxtəlif tədbirlər keçirməyi planlaşdırdığını bildirib.

Görüşdə Türkiyənin və Qazaxıstanın səfirləri Korhan Kemik və Kanat Tumiş ölkələrinin Vyetnamla əlaqələrindən danışıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video