17 Iyul 2024 20:10
94
İDMAN
A- A+

Rəşad Sadıqov: “Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram”

 

Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. “Report” xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Şerif"lə (Moldova) Bakıda keçiriləcək oyun öncəsi "Dalğa Arena"da gerçəkləşən mətbuat konfransında deyib. O, bütün variantlara hazır olduqlarını söyləyib: "Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Amma hər gedişata hazır olmaq lazımdır. Nəzərə alaq ki, bir həftədən sonra oyunumuz var. İstərdim ki, hesab bizim xeyrimizə olsun".
42 yaşlı mütəxəssis yetirmələrinin oyunun məsuliyyətini dərk etdiklərini vurğulayıb:"Futbolçular sabahkı oyunun məsuliyyətini dərk edirlər. Doğma azarkeşlər qarşısında oynayacaqlar. Şükürlər olsun ki, mental hazırlıqla bağlı hər şey qaydadındadır".
R.Sadıqov komandanın lazımi dəstəyə malik olduğunu bildirib:"Azarkeşimizin az olduğunu deməzdim. Fikrimcə, say yox, keyfiyyət önəmlidir. Hamısı yanımızda olublar. Bilirəm ki, sabahkı oyunda da dəstəkləyəcəklər. Kimin imkanı varsa, stadiona gəlsin. Alınmırsa, televizor vasitəsilə baxsın".
Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə R.Sadıqovun rəhbərlik etdiyi komanda 1:0 hesablı qələbə qazanıb.

“Azərbaycan”
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video