17 Avqust 2024 00:06
129
SİYASƏT
A- A+

Səsvermənin Azərbaycanın bütün suveren ərazilərində keçirilməsi əlamətdar hadisədir

 

"Növbədənkənar parlament seçkilərinin əsas xüsusiyyətlərindən biri odur ki, səsvermə prosesi ərazilərin işğaldan azad olmasından sonra keçirilir və suveren Azərbaycanın bütün ərazilərini əhatə edir".

Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Rusiya Federasiyasının Siyasi Tədqiqatlar İnsitutunun direktor müavini, politoloq Darya Grevtsova bildirib.

Ekspert qeyd edib ki, seçkilərin Azərbaycanın bütün suveren ərazisində keçirilməsi çox əlamətdar hadisədir: "Yeni parlamentdə bütün bölgələrdən deputatlar təmsil olunacaq. Bu cür tam təmsilçilik dövlətə ölkənin inkişafı ilə bağlı baxışını parlamentlə razılaşdırmağa və onun siyasətində zəruri prioritetləri müəyyən etməyə kömək edəcək. Seçkilərin yüksək səviyyədə, yaxşı təşkil olunmuş və Azərbaycan qanunvericiliyi çərçivəsində keçiriləcəyinə şübhəm yoxdur. Seçkilərdə müxtəlif partiyalar təmsil olunur, yerli və beynəlxalq müşahidəçilər isə seçki prosedurunun legitimliyini və şəffaflığını qiymətləndirəcək", - deyə Darya Grevtsova fikrini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video