24 Dekabr 2024 14:52
166
DÜNYA
A- A+
Səsdən 4 dəfə daha sürətli təyyarə mühərriki testdən keçirilib

Səsdən 4 dəfə daha sürətli təyyarə mühərriki testdən keçirilib


Çinin kosmik nəqliyyat şirkəti “Lingkong Tianxing Technology” sərnişin təyyarələrindən təxminən 2 dəfə daha yüksəklikdə işləyə bilən, dəfələrlə daha sürətli olan yeni mühərriki uğurla sınaqdan keçirib. “JinDou400” ramjet detonasiya mühərriki 19812 metr yüksəklikdə 5000 km/saat sürətlə uçması nəzərdə tutulan “Yunxing” səsdən sürətli sərnişin təyyarəsinin əsas hissəsi olacaq.

Ənənəvi ramjet mühərrikləri hava axınını mühərrikə daxil edib onu sıxışdırmaq üçün təyyarənin sürətinə güvənərək işləyir. Bu sıxılmış hava yanacaqla qarışdırılaraq yanır və itələmə qüvvəsi yaradır. Sadə quruluşa malik bu mühərrikdə turbin və kompressor kimi hərəkətli hissələr yoxdur. Lakin “JinDou400” sabit yanma əvəzinə partlayışlı (detonasiya) yanmanı istifadə edir. Yanma kamerasında idarə olunan partlayışlar yaradılır ki, bu da adi yanmadan daha güclü və effektivdir. Bunun sayəsində mühərrik daha az yanacaqla daha çox itələmə qüvvəsi yaradır və yüksək səmərəliliklə işləyir. Lakin bu, yalnız çox yüksək sürətlərdə mümkün olur.

Hesabatlara əsasən, mühərrikin uzunluğu 3 metr, diametri isə 30 santimetrdir. “JinDou400” bu ölçüdə bir mühərrik üçün çox diqqətçəkən olan 400 kqf itələmə qüvvəsi yarada bilir. Ramjet mühərrikləri ənənəvi turbojetlərdəki kompressor və turbin kimi hərəkətli hissələrə malik olmadığından daha kompakt, yüngül və səmərəli olmaqla yanaşı, daha aşağı xərclə istehsal edilə bilir. Onların çatışmazlığı isə aşağı sürətlərdə tamamilə qeyri-effektiv olmalarıdır. Buna görə də, səsdən aşağı uçuşlarda təyyarənin uça bilməsi üçün ramjetlər turbojetlərlə birlikdə istifadə edilir.


Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə

02:39
25 Dekabr

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:38
25 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında

02:38
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:37
25 Dekabr

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:35
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 

02:34
25 Dekabr

“Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 Dekabr

“Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”nin təsdiq edilməsi haqqında

02:32
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:31
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:30
25 Dekabr

Specific Procurement Notice Request for Bids Goods

02:28
25 Dekabr

Təkliflər üçün Dəvət Mallar

02:25
25 Dekabr

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!