01 Dekabr 2024 08:40
1131
İQTİSADİYYAT
A- A+
SES ən sərfəli alternativ enerji mənbəyidir

SES ən sərfəli alternativ enerji mənbəyidir


Təkcə işğaldan azad olunmuş ərazilərimizdə 30-dan çox su-elektrik stansiyası istifadəyə verilib


Hazırda bərpaolunan enerjinin ən çox günəş və külək kimi mənbələrindən bəhs olunsa da, bu enerjinin bir sıra digər növləri də var. Hidroenerjinin potensialı xüsusilə böyükdür. Ölkəmizdə bu enerji növünün inkişafı üçün perspektivlər kimi, təcrübə və ənənə də mövcuddur.

Azərbaycanda alternativ enerji mənbələrinin daha geniş istifadəsi məhz Mingəçevir Su-Elektrik Stansiyasının (SES) tikintisi ilə başlamışdır. Kür çayı üzərində qurulan Mingəçevir SES 1954-cü ildə istifadəyə verilmişdir. Üç il sonra isə həmin su qovşağı qurğuları kompleksinə daxil olan Varvara SES istismara buraxılmışdır. 1970-ci ildə Araz, 1976-cı ildə Tərtər, 1982-ci ildə Şəmkir SES-ləri tikilmiş və fəaliyyətə başlamışdır.

Bu gün ölkəmizdə enerji sisteminin ümumi qoyuluş gücünün 14,6 faizi su-elektrik stansiyalarının payına düşür. Hazırkı enerji keçidi dövrü isə bərpaolunan enerji stansiyalarının, o cümlədən SES-lərin sayının artırılmasını tələb edir. 

Məlum olduğu kimi, yerli su ehtiyatlarımızın 25 faizə qədəri Qarabağda və Şərqi Zəngəzurda formalaşır. Bu da həmin iqtisadi rayonlarda su-elektrik stansiyalarının tikilməsi və işləməsi üçün geniş imkan yaradır. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin bir neçə ay əvvəl imzaladığı "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya"nın təsdiq edilməsi haqqında" sərəncamında da həmin məsələ öz əksini tapıb. Sənəddə deyilir: "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatları potensialından istifadə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından "ağıllı su" sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcəkdir. 28 su-elektrik stansiyasının tikintisi başa çatdırılacaq, yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su-elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaqdır". 

44 günlük Vətən müharibəsində qazanılan Qələbədən sonra görülən işlər deməyə imkan verir ki, bu sahədə də qarşıya qoyulan vəzifələr yerinə yetiriləcək. Belə ki, Prezident İlham Əliyevin "yaşıl enerji" zonası elan etdiyi Qarabağ və Şərqi Zəngəzurda indiyədək ümumi gücü 270 MVt olan 32 su-elektrik stansiyası istismara verilib və 492 milyon kilovat-saat sıfır emissiyalı elektrik enerjisi istehsal edilib. Bununla da 110 milyon kubmetr təbii qaza qənaət olunub, 200 min ton karbon emissiyasının atmosferə atılmasının qarşısı alınıb.

Dövlət başçısının bu enerji obyektlərinin əksəriyyətinin açılışında iştirak etməsi onların önəminə bir daha diqqət çəkir. Sözügedən ərazilərin təkcə iki bölgəsində fəaliyyətə başlayan stansiyaların adlarını xatırlayaq. 2022-ci il iyunun 26-da 4,4 meqavat gücündə "Kəlbəcər-1" Kiçik Su-Elektrik Stansiyası (KSES) yenidən qurulduqdan sonra bu rayonda ilk istehsal obyekti olaraq istismara verildi. "Kəlbəcər-1"dən başqa, rayonda 5 yerdə yenidən qurulan 8,33 meqavat gücündə "Çıraq-1", 3,6 meqavat gücündə "Çıraq-2", 6,33 meqavat gücündə "Qamışlı", 5,3 meqavat gücündə "Soyuqbulaq" və 3,4 meqavat gücündə "Meydan" kiçik su-elektrik stansiyalarının Prezident İlham Əliyevin iştirakı ilə işə salınması gerçəkləşdi. Qeyd edək ki, sözügedən bu 6 KSES-də 70 milyon kilovat-saatdan çox ekoloji cəhətdən təmiz "yaşıl enerji" istehsal edilib.

"Azərenerji"nin məlumatına görə, rayonda bu il istismara verilməsi planlaşdırılan növbəti obyektlər 4,3 meqavat gücündə "Zar", 8,8 meqavat gücündə "Nadirxanlı", 8,6 meqavat gücündə "Aşağı Vəng" və 22,5 meqavat gücündə "Yuxarı Vəng" su-elektrik stansiyalarıdır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər rayonuna səfər çərçivəsində Tərtər çayı üzərində yerləşən "Azərenerji" ASC-nin 22,5 MVt gücündə "Yuxarı Vəng" Su-Elektrik Stansiyasının açılışında iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərin "yaşıl enerji" zonasına çevrilməsi istiqamətindəki strategiyaya uyğun olaraq Tərtər çayı üzərində yerləşən bu stansiya Vətən müharibəsində Qələbəmizdən sonra regionda yaradılan ən böyük "yaşıl enerji" mənbəyidir. Belə ki, təkcə bu SES-də istehsal edilən "yaşıl enerji" növbəti beş il ərzində rayonun elektrik enerjisi tələbatını tam ödəyə bilər.

"Yuxarı Vəng" SES-də il ərzində 66 milyon kilovat-saatadək "yaşıl enerji"nin istehsal olunması nəzərdə tutulur. Bu da 15 milyon kubmetr təbii qaza qənaət edilməsi, 27 min tondan çox karbon emissiyasının qarşısının alınması deməkdir.

Layihə çərçivəsində həyata keçirilən tikinti-quraşdırma işlərində ətraf mühit amilləri nəzərə alınıb. Belə ki, çay balıqlarının derivasiya borusuna daxil olmasının qarşısının alınması və onların çay ekosistemində saxlanılması üçün xüsusi hidrotexniki qurğular layihələndirilərək tikilib.

Zəngilan su-elektrik stansiyaları silsiləsi də dörd enerji obyektindən ibarətdir. Bunlar "Sarıqışlaq", "Şayıflı","Zəngilan" və "Cahangirbəyli" SES-lərdir. Prezident İlham Əliyev keçən il sentyabrın 28-də "Cahangirbəyli" Su-Elektrik Stansiyasının açılışında iştirak edib. Belə ki, hələ 2022-ci ilin payız aylarında "Azərenerji" ASC tərəfindən Oxçuçayın Zəngilan rayonunun ərazisindən keçən hissəsində dörd yerdə hər birinin gücü 10,5 meqavat, ümumi gücü 42 meqavat olan SES silsiləsinin tikintisinə başlanılmışdı.

Bu dörd stansiyanı su ilə təmin etmək üçün dəniz səviyyəsindən 600 metr yüksəklikdə baş suqəbuledici qurğu tikilib. Eni 450, uzunluğu 250 metr olan qurğunun su tutumu 400-450 min kubmetrə bərabərdir. Bu qurğunun yaradılması enerji istehsalından əlavə, kənd təsərrüfatı və ekoloji cəhətdən olduqca əhəmiyyətli hadisədir. Baş suqəbuledicinin tikilməsi 30 il müddətində çirklənən çay yatağının təmizlənməsinə, flora və faunanın dirçəlməsinə də yardım edəcək.

Baş suqəbuledicidən çayın suyunun 35 faizi məcrasında saxlanılmaqla 23 kilometr məsafədə qoşa derivasiya boruları çəkilib. Borudan çıxan su təkrar çaya buraxılır. "Cahangirbəyli" SES-in ətrafında 8 mindən çox ağac əkilib.

Bu il mayın 18-də dövlət başçısı "Zəngilan" və "Şayıflı" su-elektrik stansiyalarının açılışını edib. Hər birinin gücü 10,5 meqavat olmaqla ümumi gücü 21 meqavat olan "Zəngilan" və "Şayıflı" SES-lər üçün maşın zalları tikilmişdir. "Yaşıl enerji" zonası konsepsiyasına uyğun olaraq ekoloji cəhətdən təmiz enerji istehsal edən "Zəngilan" və "Şayıflı"da rəqəmsal qaydada məlumatların axını mərkəzə ötürülməklə yanaşı, məsafədən idarəetmə təmin olunmuşdur. Bunun üçün mikro SCADA sistemi yığılmış, 25 kilometr məsafədə yüksəkgərginlikli yeni elektrik verilişi xətləri və 24 damarlı optik kabel xətti çəkilmişdir.

Oktyabrın 3-də isə Prezidentimiz "Sarıqışlaq" Su-Elektrik Stansiyasının açılışında iştirak etdi. "Sarıqışlaq" SES-də tikilən maşın zalında çayda su azalarkən özünü avtomatik dayandıra bilən iki ekoturbin quraşdırılıb ki, bu turbinlər Oxçuçayın ekoloji axımından iki dəfə artıq suyun çayda saxlanılmasını təmin edir.

Stansiyada 110 kV-luq açıq paylayıcı qurğu tikilib. Bu qurğu nəinki "Sarıqışlaq" SES-də, eyni zamanda "Şayıflı" SES-də də istehsal olunan "yaşıl enerji"nin sistemə ötürülməsi funksiyasını icra edir. Burada həm yarımstansiya, həm də bütövlükdə su-elektrik stansiyası rəqəmsal avadanlıqlarla təchiz edilərək avtomatik idarəetmə sistemi ilə təmin olunub."Sarıqışlaq"da il ərzində 33 milyon kilovat-saatadək elektrik enerjisinin istehsal olunması, bununla da 7,4 milyon kubmetr qaza qənaət edilməsi və atmosferə atılan 13 min ton karbon qazının qarşısının alınması nəzərdə tutulur.

Xatırladaq ki, "Sarıqışlaq" SES-in də daxil olduğu 4 SES-dən ibarət 42 meqavatlıq Zəngilan silsiləsi işğaldan azad edilən ərazilərdə yaradılan ən böyük silsilədir.

Prezident İlham Əliyevin regionun "yaşıl enerji" zonası barədə qəti mövqeyinin nəticəsi kimi ölkə enerjisistemi tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzur regionları mövcud su-elektrik stansiyaları hesabına ilin bütün fəsillərində xalis sıfır karbon emissiyalı bölgəyə çevrilib. Burada elektrik enerjisi tələbatı tam həcmdə "yaşıl enerji" hesabına həyata keçirilir. Ümumilikdə isə "Azərenerji" tərəfindən Qarabağda və Şərqi Zəngəzurda istismara verilən 270 meqavat gücündə 32 su-elektrik stansiyasında hava şəraitindən asılı olan digər alternativ enerji mənbələrindən fərqli şəkildə 24 saat fasiləsiz "yaşıl enerji" istehsal edilir.

"Yaşıl enerji"yə keçidin sürətləndirilməsi, atmosferə atılan karbon qazının miqdarının azaldılması, təbii qaza qənaət, ekoloji cəhətdən təmiz enerji istehsalı üçün bir çox ərazidəki kimi işğaldan azad olunmuş rayonlarda da kompleks işlər davam edir. Bu layihələrin hər biri BMT-nin iqlim dəyişmələri ilə mübarizə və "yaşıl enerji"yə keçidin sürətləndirilməsi baxımından əhəmiyyətlidir. Başqa sözlə, bunlar Azərbaycanın enerji sektoru ilə bağlı beynəlxalq səviyyədə qəbul edilən ekoloji standartlara uyğun icra edilir və ölkəmizin "yaşıl enerji "inkişafına sadiqliyini göstərir. Üstəlik, bu stansiyaların istər tikintisi, istərsə də fəaliyyəti zamanı yüzlərlə insanın, o cümlədən keçmiş məcburi köçkünlərin məşğulluq problemi həll olunur.


 Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:15
26 Dekabr

Təyyarə qəzasında həyatlarını itirənlərin xatirəsi İstanbulda da yad edilir  

14:11
26 Dekabr

Prezidentin Mətbuat Xidmətinin məlumatı  

14:06
26 Dekabr

Moskva sakinləri Azərbaycanın Rusiyadakı səfirliyinin binasının önünə gül dəstələri düzürlər  

14:00
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Heydər Əliyev Beynəlxalq Aeroportunda anılır VİDEO  

13:58
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Gəncədə də anılıb  

13:51
26 Dekabr

Aktauda baş verən qəzada vəfat edən sərnişinlərin və ekipaj üzvlərinin siyahısı açıqlanıb  

13:47
26 Dekabr

Azərbaycan və Qazaxıstanın Baş nazirləri arasında növbəti telefon danışığı olub  

13:40
26 Dekabr

Türkiyənin baş konsulu: Azərbaycana və Qazaxıstana istənilən köməyə hazırıq  

13:32
26 Dekabr

Təyyarə qəzasında həlak olan Anar Babayevin qardaşı: Onunla son danışığımızı həmişə xatırlayacam  

13:31
26 Dekabr

Baş konsul: Təyyarə qəzasında həlak olanların kimliyi müəyyənləşdirilir  

13:22
26 Dekabr

Sabah Azərbaycanın bəzi yerlərində fasilələrlə yağış yağacaq  

13:03
26 Dekabr

Azərbaycan Ordusunda Aktauda təyyarə qəzasında həlak olanların xatirəsi yad edilib  

12:49
26 Dekabr

Azərbaycanın Aktaudakı baş konsulluğunda anım tədbiri keçirilib

12:45
26 Dekabr

Rusiya FHN-ə məxsus “İl-76” Aktauda təyyarə qəzasında sağ qalan rusiyalıları Moskvaya çatdırıb  

12:40
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib

12:36
26 Dekabr

Samir Rzayev: Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir  

12:29
26 Dekabr

Qazaxıstanın Baş naziri təyyarə qəzası ilə əlaqədar Azərbaycan Astanadakı səfirliyində olub  

12:26
26 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Naxçıvanda anılıb  

12:22
26 Dekabr

Özbəkistanın xarici işlər naziri azərbaycanlı həmkarına başsağlığı verib  

12:09
26 Dekabr

Sükut dəqiqəsi  

12:01
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!