Bu gün Xalq artisti Muxtar Maniyevin 90 illik yubileyi qeyd edilir
Onun milli kinomuzun inkişafında xidmətləri misilsizdir. Xalq artisti Muxtar Maniyev öz istedadı, sənətə bağlılığı, sevgisi və fədakarlığı ilə Azərbaycan kinosunun bənzərsiz və əvəz-edilməz sənətkarlarından biridir.
O, 1935-ci il aprelin 4-də Bakıda dünyaya gəlib. Muxtar Maniyev Bakıdakı 199 saylı məktəbdə təhsil almağa başlayıb. Orta məktəbi bitirdikdən sonra sənədlərini Neft-Kimya İnstitutuna verib. Qəbul imtahanlarından uğurla keçib, tələbə adını qazanıb. Mühəndis ixtisasına yiyələnib. Diplomunu aldıqdan sonra qəlbinin səsini dinləyib. Aktyorluq sənətinin sehrinə düşən Muxtar Maniyev başqa bir təhsil ocağına üz tutub. Azərbaycan Dövlət İncəsənət İnstitutuna daxil olub.
Kino aləminə 1959-cu ildə çəkilən "Onu bağışlamaq olarmı?" filmində milis serjantı rolu ilə qədəm qoyub. Bir gün "Koroğlu" filminə çəkilişlərinə hazırlaşan kinorejissor Hüseyn Seyidzadə onun təhsil aldığı instituta aktyor axtarışı ilə gəlib. Birinci kurs tələbəsi olan Muxtar Maniyev ilk baxışdan kinorejissorun diqqətini cəlb edib. Onun 1960-cı ildə ekranlaşdırılan qəhrəmanlıq dastanında dəmirçi oğlu Polad roluna çəkilməsi belə olub. O zaman tənqidçilərin Muxtar Maniyevin ifası barədə müsbət sözlər söyləmələri kinorejissorun seçiminin uğurlu olduğunu təsdiq edib.
Bundan sonra o, bir-birinin ardınca filmlərə dəvət olunub. Kinosevərlər Muxtar Maniyevi "İnsan məskən salır"da Məcid, "Bizim Cəbiş müəllim"də Nəcəfov, "Qərib cinlər diyarında" Akşad, "Bəxt üzüyü"ndə Zırpı, "Ölsəm…bağışla"da Seyidrza, "Bəyin oğurlanması"nda Qonaq, "Bakıda küləklər əsir"də Kərim, "Nəsimi"də Miranşah, "Sizi dünyalar qədər sevirdim"də Məmməd, "Babək"də İbn Muaz, "Qara gölün cəngavərləri"ndə Qoçu, "O qızı tapın"da Hacıbala, "Qızıl uçurum"da Xəlil, "Qorxma, mən səninləyəm"də Məhbus, "Cin mikrorayonda"da Ramiz, "Yaramaz"da iş icraçısı, "Yarımçıq qalmış mahnı"da Xədicənin qardaşı, "Şahid qız"da Həsən və digər rollarda görüblər. Aktyor tanındıqca daha çox sevilib.
1960-cı illərdə görkəmli rejissor Adil İsgəndərov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik etdiyi dövrdə o, bu sənət ocağında çalışıb. Amma teatrda fəaliyyəti uzun sürməyib. Adil İsgəndərov "Azərbaycanfilm" kino-studiyasına direktor təyin edilib. Muxtar Maniyev də onun yanında işləməyə gedib.
O, eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının nəzdində açılmış, Adil İsgəndərovun rəhbərlik etdiyi aktyor kurslarında dərs deyib. Muxtar Maniyev gələcək həyat yoldaşı Nəsibə xanımla orada tanış olub. Həmin kursda Nəsibə xanım da aktyorluq dərsi alırdı. Tələbəsinə vurulub. Onunla ailə qurub. Üç oğlu olub. Muxtar Maniyev qayğıkeş, mehriban ailə başçısı olub.
Muxtar Maniyev Azərbaycan kino sənətinin ən məhsuldar aktyorlarından biri kimi tanınıb. O, ümumilikdə 157 filmdə rol alıb. Yalnız bədii filmlərdə deyil, "Mozalan" satirik kinojurnalında da bir sıra maraqlı rollara ekran ömrü verib.
Çəkildiyi filmlərin sayı çox olsa da, istedadlı kinoaktyorun sənət yolu enişsiz-yoxuşsuz, rəvan keçməyib. O, satirik rolları da, dramatik rolları da eyni ustalıqla yaradıb. Kinorejissorlar ona bir-birindən fərqlənən, müxtəlif səpkili rollar həvalə ediblər. Ancaq… Kino fəaliyyəti barədə Muxtar Maniyev belə deyib: "Mən fağır uşaq olmuşam, çəkilib bir kənarda dayanmışam, lazım olanda çağırıblar, gedib çəkilmişəm. Belə deyim də: əlimyandıda yada düşmüşəm".
Qürurlu, ötkəm adam olub. Kimsəyə ağız açmağı, minnət etməyi sevməyib. Bəzən onu filmə təsdiq ediblər, sonra heç bir açıqlama vermədən çəkmək istəməyiblər. Muxtar Maniyevi baş rola təsdiq edib, ancaq ikinci dərəcəli rola çəkdikləri də az olmayıb. Sənətini çox sevən, kin-küdurət bilməyən aktyor heç nəyə əhəmiyyət vermədən yaradıcılıq yolunu davam etdirib, rolun böyük-kiçikliyinə baxmadan filmlərdə çəkilib. Beləcə, 40 ildən artıq sənət yolu keçərək milli kinomuzun inkişafında əvəzedilməz işlər görüb.
Müxtəlif xarakterli rolları ekranda uğurla canlandırıb. Onun qəhrəmanları arasında dürüstlər də, vicdanını itirməmişlər də, fırıldaqçılar da var. Aktyoru filmlərdə bəzən şux, zarafatcıl, bəzən çox ciddi, qaraqabaq görürük. Muxtar Maniyev kinorojissorların həvalə etdikləri hər bir rolu yüksək peşəkarlıqla, bənzərsiz aktyorluq ifası, məharəti ilə təqdim edib. Kino tənqidçiləri onun haqqında yazıblar ki, Muxtar Maniyevin konkret ampluası yoxdur. Bu fikrə böyük sənətkar müsahibələrindən birində belə münasibət bildirib: "Bu, aktyorun imkanlarının genişliyi deməkdir. Mən xoşbəxt adamam ki, heç vaxt özümü məhdudlaşdırmamışam. Filan rolda oynaya bilərəm, o birində yox deməmişəm. Qətiyyən! Hansı rol təklif olunubsa, oynamışam. Oynamaq istəyib, oynaya bilmədiyim rollar da olub…"
Azərbaycan kino sənətinə xidmətləri mükafatsız qalmayıb. O, 1982-ci ildə Əməkdar artist, 2000-ci ildə isə Xalq artisti adını alıb. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.
Cavanlığında idmanın müxtəlif növləri - üzgüçülüklə, boksla, güləşlə məşğul olan Muxtar Maniyev fiziki cəhətdən güclü olub. Ancaq ağır xəstəliklər ondan yan keçməyib. Uzun illər ürək-qan dövranının pozulması və şəkər xəstəliyindən əziyyət çəkib. Amansız xəstəliklərlə çarpışdığı illərdə ayrı düşdüyü çəkiliş meydanlarının xiffətini çəkib…
Görkəmli sənətkar 2016-cı il dekabrın 22-də, 81 yaşında dünyasını dəyişib. Vəsiyyətinə uyğun olaraq, Qala qəsəbəsində valideynlərinin yanında dəfn edilib.
Bənzərsiz aktyor filmlərdə yaratdığı bir-birindən maraqlı rolları ilə unudulmazdır…
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Dövlət komitəsinin sədri Zərdabda məscidlərin fəaliyyəti ilə tanış olub
Ersin Tatar: Şimali Kiprə dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm
ABŞ Prezidenti 75 ölkəyə tarif tətbiqini 90 günlük dayandırıb
Donald Tramp Çinə tətbiq etdiyi tarifi 125 faizə yüksəldib
Nazir: İsrail Azərbaycanla yol nəqliyyatı, o cümlədən dəmiryol nəqliyyatı sahəsində əməkdaşlıqda maraqlıdır
Moskva Rusiya XİN əməkdaşının Parisdə saxlanılmasını pisləyib
Azərbaycan Ordusunun mövqeləri Gorus istiqamətindən atəşə tutulub
Azərbaycan və Pakistan arasında sərmayələrin artırılması imkanları müzakirə edilib
Belçikada Azərbaycan-Ermənistan münasibətlərinə dair qərəzli qətnamə layihəsi ilə əlaqədar dinləmələr keçirilib
Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan
Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktaydan
Misirdə binanın uçması nəticəsində 6 nəfər həlak olub
Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin sədri Şeyxə Fatimə bint Mübarəkdən
Milli Məclisdə İranın parlament nümayəndə heyəti ilə görüş olub
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident işləri naziri Şeyx Mansur bin Zayed Al Nəhyandan
Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubayın Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyandan
AHİK yeni sosial layihəyə başlayır
Moskvada Azərbaycan-Rusiya ikitərəfli münasibətlərinin cari vəziyyəti nəzərdən keçirilib
Qatillərin axtarışı üçün alqoritm hazırlanır
Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti mediası Prezident İlham Əliyevin ADA Universitetindəki çıxışını geniş işıqlandırıb
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!