28 Iyul 2024 09:30
145
İQTİSADİYYAT
A- A+

Şəmkirin kartof sahələrində bol məhsul yetişdirilib

 

İndi kənd təsərrüfatında işlərin qızğın çağıdır. Belə bir vaxtda şəmkirlilər də gərgin əmək sərf edir, yetişdirdikləri bol məhsulu vaxtında yığıb başa çatdırmaq üçün əllərindən gələni əsirgəmirlər.  

Əsasən, kənd təsərrüfatı rayonu olan Şəmkirdə ən çox diqqət əhalinin ərzaq təminatında istifadə olunan məhsulların istehsalına yönəldilmişdir. Belə məhsullardan biri də kartofdur ki, keçən il olduğu kimi, bu il də fermerlər sahələrdə bol məhsul yetişdirmişlər. 

Ötən il kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider mövqeyində qərarlaşan Şəmkir rayonunda cari ildə 6598 hektar sahədə kartof əkilmişdir. Həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişmişdir. Artıq xeyli vaxtdır ki, məhsul yığımına başlanılmışdır. Son statistik məlumata görə, artıq  4416 hektar sahənin məhsulu toplanaraq anbarlara yığılmışdır.

Fermerlər tərəfindən ümumilikdə 122808,1 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilkindən bir qədər çoxdur. Orta məhsuldarlıq isə hər hektardan 278,1 sentner olmuşdur.

Sabir ƏLİYEV,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video