28 İyul 2024 08:33
1195
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "yaşıl  gündəliyi"ndə  külək enerjisinin öz yeri var

Azərbaycanın "yaşıl  gündəliyi"ndə  külək enerjisinin öz yeri var

 

COP29-a  hazırlaşırıq, əslində isə, Azərbaycanın "yaşıl gündəliyi" bu qlobal tədbirin ölkəmizdə keçirilməsinə qərar veriləndən xeyli əvvəl başlanıb. Dövlətimizin "yaşıl enerji" ilə bağlı xüsusi strategiyasında külək enerjisi istehsalı da önəmli yer tutur və bu, təsadüfi deyil.
Qlobal Külək Enerjisi Şurasının (Global Wind Energy Council - GWEC) hazırladığı hesabata görə, Azərbaycan ofşor zonalarda külək enerjisi potensialına görə dünyada Avstraliyadan sonra 2-ci ölkədir. Azərbaycandan sonra isə bu siyahıda Şri-Lanka və Türkiyənin adı yer alır. 

Külək enerjisi küləyi meydana gətirən hava axınının sahib olduğu hərəkət (kinetik) enerjisidir. Bu, alternativ (bərpaolunan) enerji mənbələrindən biri hesab olunur. Bu enerjinin bir hissəsi faydalı olan mexaniki və ya elektrik enerjisinə çevrilə bilər.
Qiymətləndirmələr göstərir ki, küləyin sürəti saniyədə 3-4 metr olduğu halda elektrik enerjisinin əldə edilməsi mümkündür. Bakıda küləyin orta sürəti saniyədə 11 metrdir. Bundan başqa, işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarında da küləkdən elektrik enerjisi alınması potensialı böyükdür. Kəlbəcər rayonunun dağlıq ərazilərində küləyin orta illik sürəti saniyədə 
7-8 metr təşkil edir. Deməli, külək enerjisindən istifadə imkanlarımız genişdir.
Keçən ilin oktyabr ayında Prezident İlham Əliyev "Qaradağ" Günəş-Elektrik Stansiyasının rəsmi açılış mərasimindəki çıxışında Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın "yaşıl enerji" zonası elan olunduğunu bir daha vurğulayıb. Dövlətimizin başçısı külək enerjisindən də danışaraq deyib: "Bizim təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib. Çünki külək həmişə, xüsusilə də təyyarə ilə enəndə bəzən müəyyən problemlərin mənbəyi olub. Lakin indi külək təbii sərvətdir. Bunu ola bilsin, 
10-20 il bundan əvvəl təsəvvürə gətirmək çətin olardı. Lakin indi bu belədir və xüsusilə Xəzər dənizində külək çox güclüdür. Hətta bu gün buradakı külək onu göstərir ki, bu potensial buradadır".
Azərbaycan bu sahədə də bir sıra tanınmış xarici şirkətklərlə tərəfdaşlıq edir. Bunlardan biri Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkətidir. Bu  şirkətlə  tikilməkdə olan "Xızı-Abşeron" Külək-Elektrik Stansiyası xüsusi əhəmiyyət kəsb edir. Stansiyanın təməli 2022-ci il yanvarın 13-də Xızı rayonunun ərazisində qoyuldu. Bu, ölkəmizdə xarici sərmayə cəlb edilməklə həyata keçirilən ilk sənaye həcmli bərpaolunan enerji layihəsidir. Eyni zamanda stansiya Azərbaycanda ən böyük külək enerji stansiyası olacaq. Müqayisə üçün qeyd edək ki, hazırda Xızı rayonunun ərazisində yerləşən 50 MVt gücündə "Yeni Yaşma" Külək-Elektrik Stansiyasında 
20 külək turbini var və onların hər birinin gücü 2,5 MVt-dır. Bu layihədə isə təxminən 37 külək turbini olacaq və hər biri 6,5 MVt gücündə planlaşdırılıb.
Layihənin investisiya dəyəri 300 milyon dollar həcmində qiymətləndirilir. "Xızı-Abşeron" stansiyasında ildə 1 milyard kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır ki, bu da təxminən 300 min evin elektrik enerjisi ilə təmin olunması deməkdir. Bu layihənin həyata keçirilməsi ilə ildə atmosferə atılan 400 min tondan artıq karbon qazı emissiyasının qarşısı alınacaq. Bu da təbii ki, ekoloji baxımdan əhəmiyyət daşıyır. Həmçinin ildə 200 milyon kubmetr qaza qənaət ediləcək. Beləliklə, layihə ekoloji faydaları ilə qlobal iqlim hədəflərinə yaxınlaşmağa kömək edəcək. 
Bu il iyunun əvvəlində keçirilən Bakı Enerji Həftəsi zamanı Azərbaycanın energetika naziri Pərviz Şahbazovun "ACWA Power" şirkətinin nümayəndələri ilə görüşündə bildirildi ki, stansiya  gələn il istismara veriləcək. Elə  həmin görüşdə "Xızı-Abşeron"un inşası ilə yanaşı, 200 MVt-lıq Batareya Enerji Saxlanc Sistemi (BESS) və 200 MVt-lıq quruda külək enerjisi layihələrinin ixrac imkanları çərçivəsində icrasına dair müzakirələr aparıldı. BESS layihəsi üzrə proseslərin sürətləndirilməsi razılaşdırıldı.
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən görüşlərdə "TotalEnergies" və "Saypem"  şirkətləri ilə də külək enerjisi sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olundu.
Bir neçə aydan sonra COP29-a toplaşan çoxsaylı qonaqlarımız Azərbaycanın təbiəti və iqlimi ilə yaxından tanış olacaqlar. Onlar Bakımızın küləyini də, bu təbiət hadisəsini sərvətə çevirdiyimizi də əyani görəcəklər. Təbii ki, bu sahədə yeni layihələrin ideyası yaranacaq, yeni başlanğıclara imza atılacaq.

Flora SADIQLI,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyə Prezidenti: Ankara və Dəməşq Suriyada gərginliyin yenidən artmasına və xaosa izn verməyəcək  

15:32
15 Yanvar

Ukraynada hərbi vəziyyət və səfərbərliyin müddəti yenidən uzadılıb

14:53
15 Yanvar

İlon Maska qarşı məhkəmə iddiası

14:52
15 Yanvar

Avropa anbarlarında qaz ehtiyatları 65 faizdən aşağı düşüb

14:37
15 Yanvar

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

14:24
15 Yanvar

Türkiyə mediası Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində ilk hazır mənzilləri nümayiş etdirib  

14:23
15 Yanvar

Özbəkistan Azərbaycan üzərindən Avropaya tranzit marşrutlarını inkişaf etdirəcək  

14:22
15 Yanvar

Növbəti köç karvanı Xocalıya çatıb

14:13
15 Yanvar

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib YENİLƏNİB 

14:12
15 Yanvar

İstehlak bazarında qiymətlər açıqlanıb

14:10
15 Yanvar

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir  

14:09
15 Yanvar

Azərbaycana məxsus şəkər yükü daşıyan gəmi ABŞ-a çatıb

13:41
15 Yanvar

Azərbaycanda dini qurumlara maliyyə yardımı göstəriləcək SƏRƏNCAM

13:37
15 Yanvar

Ağ ev: Kubanın terrorizmi dəstəklədiyinə dair heç bir sübut yoxdur

13:33
15 Yanvar

Ballıca kəndinin sakini: Hər zaman ürəyimizdə bir ümid var idi ki, biz qayıdacağıq

13:32
15 Yanvar

Avropa Rusiyadan idxal olunan LNG-dən tədricən imtina edir

12:54
15 Yanvar

Şuşa, Xocalı və Ballıcaya növbəti köç yola düşüb

12:53
15 Yanvar

NATO üzvləri Ukraynaya yardım planlarını və alyansın missiyalarını müzakirə edəcəklər  

12:52
15 Yanvar

Ötən il Azərbaycandan Avropaya qaz satışı 9 faizdən çox artıb  

12:31
15 Yanvar

Cənubi Koreya, ABŞ və Yaponiya birgə hərbi təlimlər keçirib

12:31
15 Yanvar

Azərbaycan ombudsmanı beynəlxalq insan hüquqları təşkilatlarına açıq məktub ünvanlayıb

12:27
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!