28 Iyul 2024 09:00
123
İQTİSADİYYAT
A- A+

Əhali gəlirlərini əsasən nəyə xərcləyir?

 

Əhalinin sosial rifahını müəyyən edən onların əməkhaqqı və gəlirləridir. Əməkhaqqı və gəlirlərin artması vətəndaşa tələblərini daha yaxşı təmin etməyə imkan verir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,4 faiz artaraq 1003,3 manat təşkil etmişdir. Bu dövr ərzində əməkhaqqı neft-qaz sektorunda 3901,5 manat, qeyri-neft-qaz sektorunda isə 948,7 manat olmuşdur. Həmin dövrdə dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 945,2 manata, özəl müəssisələrdə isə 1066,1 manata çatmışdır. Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elm və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olmuşdur.

Əhalinin əldə etdiyi gəlirlər müxtəlif mənbələrdən formalaşır. Qeyd edək ki, ölkəmizdə gəlirlərin əldə edilməsində əməkhaqqı önəmli rol oynayır.

Cari ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz artaraq 39 milyard 881,2 milyon manat olmuş və hər nəfərə orta hesabla 3913,5 manat düşmüşdür.

Əməkhaqqının və gəlirlərin artması vətəndaşlara əldə etdikləri vəsaitin bir qismini bankda əmanət kimi saxlamağa imkan verir. Əldə edilən gəlirlərin banklarda əmanət kimi saxlanılması, həmçinin hər bir adama əlavə gəlir əldə etmək imkanı verir. Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 10,3 faiz artaraq cari ilin iyun ayının 1-nə milli valyuta ekvivalentində 13 milyard 678,7 milyon manat təşkil etmişdir. Həmin dövrdə əmanətlərin 65,3 faizi milli, 34,7 faizi xarici valyutada qoyulmuş, xarici valyutada qoyulmuş əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,7 faiz, milli valyutada olan əmanətlərin məbləği isə 16,2 faiz artmışdır.

Bu ilin birinci yarısında əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 445,7 manat və ya 2023-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 13,2 manat çox olmuşdur. Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 245,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 199,8 manatlıq qeyri-ərzaq malları almışdır.

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 55,2 faizi ərzaq məhsulları,  içkilər və tütün məmulatlarının, 12,9 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,7 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,3 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,2 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video