23 İyul 2026 08:30
249
Mədəniyyət
A- A+
Şəmkirdə alman mədəni irsinə böyük diqqət var

Şəmkirdə alman mədəni irsinə böyük diqqət var


Ölkəmizin qərb bölgəsində yerləşən qədim Şəmkir tarixən multikultural şəhər olub.  Burada  almanlar da uzun illər digər azsaylı xalqların nümayəndələri ilə dost və mehribanlıq şəraitində yaşamış, bir-birinin xeyrində, şərində yaxından iştirak etmişlər.  Bu gün də həmin dostluqdan söhbət düşəndə yaşlı  adamlar ürəklərində yaşatdıqları xatirələri həvəslə danışır, gənclərə bu dostluqdan bəhrələnməyi tovsiyə edirlər.

Tarixi məxəzlərdən məlumdur ki, 1817-ci ildə rus çarı I Aleksandrın razılığı ilə Almaniyanın Şvaben bölgəsindən lüteran-pietist dininə mənsub olan yüzlərlə ailə imperiyanın ərazisinə köçürülüb. 1819-cu ildə 500 vürtemberqli alman ailəsi Azərbaycanın Yelizavetpol quberniyasına yerləşdirilib. Azərbaycanda ilk alman koloniyasının Yelenendorfda (indi Göygöl rayonu), sonra isə ondan 40 kilometr aralıda ikinci alman koloniyasının - Annenfelddə (indi Şəmkir rayonu) əsası qoyulub. 

Odur ki, bu qədim məkanda tolerantlığın, xüsusən də alman mədəni irsini və almanların qədim ruhunu özündə yaşadan tikililər və xatirələr çoxdur. 1819-cu ildə almanlar  Annenfeld  (indi Şəmkir) şəhərində 4 küçə yaratmış, 400-ə qədər ev  və kilsə tikmiş, rus-alman dilində dördsinifli məktəb açmış, habelə istirahət-əyləncə mərkəzi salmışlar. 

Şəmkir Şəhər Bələdiyyəsinin sədri Vüqar Həsənov bildirdi ki, almanların  şəhərsalma mədəniyyəti Şəmkirin coğrafi mövqeyi ilə sıx bağlıdır. Hələ həmin dövr küçələrdə, evlərdə bu gün də istifadədə olan kanalizasiya sistemləri quraşdırılmışdır. Şəmkirdə küçələr boyunca taxta döşəməli, holland sobalı, şüşəbəndli və geniş zirzəmili, ən azı iki-üç otağı, həyətində yardımçı tikililəri olan mülki evlər eyni istiqamətdə yan-yana düzülmüşdür. Qırmızı kirəmit və ya dəmirlə örtülmüş evlər öz memarlıq simasında qotik üslubun əlamətlərini daşıyır. Bu şəhərin planlı şəkildə salınması, kanalizasiya və su kollektorlarının, su arxlarının, habelə küçələrdə ağacların, yaşıllıq zolaqlarının nizamlı salınması, park və musiqili əyləncə mərkəzinin yaradılması,  mərkəzdə məbədlərin və inzibati binaların yerləşdirilməsi şəhərsalmanın ilkin mərhələdən sistemli xarakter daşıdığını sübut edir. Çöl divarı və eyvanı taxtadan olan evlər şəhərə xüsusi gözəllik verir. 

Yaşlı nəslin təmsilçisi, uzun illər müəllim və məktəb direktoru işləmiş təcrübəli pedaqoq Tariyel Məmmədov deyir ki, almanlar yerli əhali ilə çox mehriban və səmimi olmuşlar. Azərbaycanlı ailələrin uşaqları alman uşaqları ilə birlikdə böyüdükləri üçün alman uşaqları Azərbaycan, azərbaycanlı uşaqlar isə alman dilini mükəmməl bilirdilər. Hətta alman ailələrindən qız alanlar da çox olmuşdur: "O zaman Süleyman ağa Bədirbəylinin hərbçi-zabit oğlu Abbas bəy bir məktəbdə oxuduğu almanəsilli Xristina Yakovlevna Verberlə ailə həyatı qurmuşdur. Belə ailələrin  nəvə-nəticələrinə dərs demişəm. Onlar bu gün  Şəmkirdə, Gəncədə, Bakıda və digər şəhərlərdə yaşayırlar". 

Almanlar Şəmkirdə üzümçülük, maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Ötən əsrin sonlarınadək fəaliyyətdə olan məşhur Şəmkir Konyak Zavodunu, Lenin qəsəbəsi (indi Çinarlı), Təzəkənd və İrmaşlı kəndlərindəki şərab zavodlarını da onlar tikmişlər. Almanlar Yasamal dağlarının döşündəki meşəliklərdə bulaqlardan Şəmkirin özünə, eləcə də adıçəkilən kəndlərə su çəkmiş, bölgədə ilk su- elektrik stansiyası inşa etmişlər ki, bununla da regionda sənaye inkişaf etməyə başlamışdır. Onlar bu ərazidə yaşadıqları müddət ərzində yerli əhali ilə mehriban ünsiyyət qurmuşlar. Öz dini inanclarını qoruyub saxlayan almanlar qəsəbədə kilsə də inşa etmişlər. Hazırda xalq arasında bura Lüteran kilsəsi kimi tanınır. Şəmkirə yolu düşənlər bu gün həmin kilsəyə böyük maraqla tamaşa edirlər. 

Almanların məskunlaşdıqları ərazilərdən biri də rayon mərkəzindən 15 kilometr cənubda yerləşən indiki Çinarlı qəsəbəsi, əvvəlki Georqsfeld məntəqəsidir. Məntəqə 1888-ci ildə yaradılıb, iki ildən sonra burada 5 hektar ərazisi olan mənzərəli park salınıb. Onun ərazisində rəqs meydançası, insanların istirahət vaxtının təşkili üçün mədəniyyət evi fəaliyyət göstərib,  Lüteran kilsəsi tikilib və kəndin yaxınlığında şərab istehsalı zavodu inşa edilib. O zamanlardan salınan park indi də sakinlərin istirahət yeridir. Burada nəhəng sərv və şam ağacları ilə yanaşı, çətirformalı palmalar, nadir hind qozu zövqləri oxşayır, habelə paradoksal olsa da, bambuk ağacına rast gəlinir.

Tarixi məlumatlara görə, rayon mərkəzindən təxminən 12 kilometr məsafədə yerləşən İrmaşlı kəndinin (Aygenfeld kəndi) təməlini də 1906-cı ildə almanlar qoymuşlar. 1940-cı ilin siyahıyaalınmasına görə, bu kənddə 246 nəfər alman yaşayıb. Kəndin o dövr üçün inkişaf etmiş infrastrukturu olub: kilsə, uşaq bağçası, məktəb, klub, park, ambulatoriya, şərab zavodu... Almanlardan qalma tikililər sırasında böyük zirzəmili bir neçə yaşayış evi, park, yerli folklor evinin yerləşdiyi bina, bələdiyyə və kitabxananın yerləşdiyi kilsə hələ də kəndin alman mədəni irsini özündə yaşadır.

Alman evlərinin tiklişindən və memarlıq xüsusiyyətlərindən ehtimal edilir ki, burada yaşamış almanların həyat şəraiti yaxşı olmuşdur. Odur ki, indiki İrmaşlının azərbaycanlı əhalisi dağ İrmaşlıdan (indi Daşbulaq) buraya köçmüşlər. Ona görə də kənddə azərbaycanlı və alman məhəllələri mövcud olub. 

Şəmkirdə alman mədəni irsinə böyük hörmət və diqqət var. Hazırda Şəmkir Tarix-Diyarşünaslıq Muzeyində bu ərazidə yaşamış alman icmasının həyat tərzini əks etdirən maraqlı eksponatlar ziyarətçilərə təqdim olunur. Almanların məişəti, gündəlik yaşam üslubu, mədəni dəyərləri və estetik zövqü muzeyin ekspozisiyasında xüsusi yer tutur. 

Bu irsin ən diqqətçəkən nümunələrindən biri almanlara məxsus şamdandır. Üzərində qoç başının fiquru olan sözügedən şamdan təkcə işıq mənbəyi deyil, eyni zamanda alman ailələrinin evdaxili mədəniyyətini, səliqə və zərifliyini əks etdirən nadir tarixi nümunədir.

Şəmkirdə yaşamış alman icması bölgənin sosial-iqtisadi və mədəni inkişafında mühüm rol oynamış, bu torpaqlarda öz izlərini qoymuşdur. Muzeydə qorunan eksponatlar bu çoxmədəniyyətli irsin bu günə çatdırılmasına xidmət edir.

Təəssüf ki, Böyük Vətən müharibəsi başlayandan sonra Şəmkirdəki almanların həyatında çətin dövr başlanıb. Onlar Moskvanın - Kreml rəhbərliyinin 15 oktyabr 1941-ci il tarixli qərarına əsasən, 3 gün ərzində Mərkəzi Asiyaya deportasiya ediliblər.


Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

01:48
24 İyul

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:47
24 İyul

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində,"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:47
24 İyul

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:46
24 İyul

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun tətbiqi və "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:46
24 İyul

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:44
24 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:43
24 İyul

“Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı”nın təsdiq edilməsi haqqında

01:42
24 İyul

“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında

01:41
24 İyul

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 yanvar tarixli 575 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:40
24 İyul

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 iyun tarixli 403 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:39
24 İyul

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:38
24 İyul

“Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası”nın və “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən investisiya qoyuluşunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
24 İyul

UEFA Avropa Liqası: “Qarabağ” - MOİK oyunu qolsuz heç-heçə ilə yekunlaşıb

22:05
23 İyul

Konfrans Liqası: “Zirə” Estoniya klubuna uduzub

21:57
23 İyul

Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb

20:58
23 İyul

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

19:27
23 İyul

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

19:17
23 İyul

“Brent” neftinin qiyməti 100 dolları ötüb

18:39
23 İyul

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

17:54
23 İyul

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

16:24
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!