23 İyul 2026 09:35
367
Mədəniyyət
A- A+
Şeir bayramı - Vaqif Poeziya Günləri 

Şeir bayramı - Vaqif Poeziya Günləri 


Azərbaycanın mədəniyyət paytaxtı Şuşada 1982-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan Vaqif Poeziya Günləri o vaxtdan ənənəyə çevrilib.

Həmin il Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı keçirilib. Ümummilli Liderin tapşırığı ilə Vaqif Poeziya Günlərinin təşkil olunmasına qərar verilib. Bu poeziya bayramı 1991-ci ilədək hər il düzənlənib. Tədbir ənənəvi olaraq Molla Pənah Vaqifin yurdu  Qazaxdan başlayıb, qədim Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşıb.

Təəssüf ki, 1992-ci ildən Şərqi Zəngəzur və Qarabağın digər əraziləri kimi, Şuşa şəhəri də 30 ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalı altında qaldı. 2020-ci ilin payızında isə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Şuşa da azadlığa qovuşdu.

Müharibə başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyev xalqımızı Qarabağda və Şərqi Zəngəzurda tezliklə yenidənqurma, tikinti-bərpa işlərinin həyata keçiriləcəyi ilə müjdələdi. Dövlət başçısının o zaman Şuşada işğal səbəbindən yarımçıq qalmış tədbirlərin bərpa olunacağını bildirməsi isə hər bir azərbaycanlının ürəyindən xəbər verdi. Uzun illik ayrılıqdan sonra 2021-ci ildə Qarabağın tacı Şuşa yenidən Vaqif Poeziya Günlərinə evsahibliyi etdi. Beləliklə, Vaqif Poeziya Günləri doğma yurduna - Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya döndü.

Bu günlər Vaqif Poeziya Günləri poeziyasevərləri növbəti dəfə bir araya gətirdi. Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən builki Vaqif Poeziya Günləri "Sözün hekayəsi" şüarı ilə düzənlənmişdi. Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Molla Pənah Vaqif irsinin yaşadılması, milli ədəbi dəyərlərin qorunması, eləcə də müasir ədəbi proseslərin inkişafına töhfə vermək məqsədi daşıyan poeziya bayramı şairin doğulduğu Qazaxdan başlamış, Şuşada davam etmişdir.

Əvvəlcə tədbir iştirakçıları Qazaxın mərkəzindəki Fəxri Qazaxlılar parkında Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin heykəli önünə gül dəstələri düzüb, görkəmli şairlərimizin əziz xatirəsini ehtiramla yad ediblər. Qazax Ədəbiyyat Muzeyinin akt zalında davam edən tədbirdə çıxış edənlər bu poeziya bayramının keçirilməsi tarixindən, ənənəyə çevrilməsindən, həmçinin Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi Molla Pənah Vaqifin zəngin yaradıcılığından söz açıblar.

Sonra Qarabağın döyünən ürəyi, Qafqazın incisi Şuşada davam edən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada "Sözün aşığı, sazın aşiqi" adlı musiqili-ədəbi tədbir təşkil olunub. Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin vəfatının 100-cü ildönümünə həsr olunan tədbirdə Aşıq Ələsgər nəslinin nümayəndələri çıxış ediblər. Sənətkarın kötükcəsi Aysel Zahidqızı belə bir zəngin irsin daşıyıcısı olmağın üzərinə böyük məsuliyyət qoyduğunu, ustad sənətkarın irsini layiqincə təqdim etməyə çalışdığını bildirib. Aşıq Ələsgərin nəticəsi Zahid Göyçəli isə çıxışında Molla Pənah Vaqifin həyat və yaradıcılığının iki mühüm dövrünü - Qazax və Qarabağ mərhələlərini vurğulayıb, eyni zamanda Aşıq Ələsgərin doğulduğu Göyçə mahalının Ağkilsə kəndinə etdiyi ziyarətlərdən danışıb. O, ustad aşığın zəngin irsinin gələcək nəsillərə ötürülməsinin əhəmiyyətini qeyd edib.

Tədbirin bədii hissəsində aşıqların ifasında Dədə Ələsgərin yaradıcılığından qaynaqlanan, saz-söz sənətinin incilərini təcəssüm etdirən musiqi nümunələri səsləndirilib.

Builki Vaqif Poeziya Günləri çərçivəsində daha bir tədbir Şuşadakı Mehmandarovların malikanə kompleksində böyük Azərbaycan şairi Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunan elmi konfrans olub. Tədbirdə çıxış edən yazıçı-dramaturq, Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi "Sözün Xaqanı - Xəlqaniyəm, Xəlqani" mövzusunda təşkil edilən elmi konfrans barədə məlumat verib. Qeyd olunub ki, tədbir Azərbaycan Milli Elmlər Akademiyası və AYB-nin birgə təşkilatçılığı ilə baş tutub. Vurğulanıb ki, Qarabağ işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən öz doğma məkanına qayıdıb və artıq bu ənənə daha da zəngin məzmunda davam etdirilir.

Konfransda AMEA-nın əməkdaşları Xaqani Şirvaninin zəngin ədəbi irsi, Şərq fəlsəfəsinə və poeziyasına bəxş etdiyi dəyərli nümunələr barədə ətraflı məruzələrlə çıxış ediblər.

Vaqif Poeziya Günləri çərçivəsində Ağdam Muğam Mərkəzində TÜRKSOY-un tərəfdaşlığı ilə "Sözün sabahı - türk dünyasının gənc şairlər festivalı" keçirilib. Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov vurğulayıb ki, Vaqif Poeziya Günləri Azərbaycan mədəniyyətinin zəngin tarixinə malik mühüm ədəbi-mədəni hadisələrdən biridir: "İşğaldan azad olunan ərazilərdə hazırda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri milli mədəniyyətimizin dirçəlişini bütün dünyaya aydın şəkildə nümayiş etdirir. Beş il əvvəl doğma Şuşada yenidən bərpa olunan bu poeziya bayramı ildən-ilə daha da genişlənir və əhatə dairəsini artırır".

TÜRKSOY-un baş katibi Sultan Raev ortaq mədəniyyətin türk xalqlarını eyni dəyərlər ətrafında sıx şəkildə bir araya gətirdiyini vurğulayıb. Qeyd edib ki, xalqları bir-birinə bağlayan ən böyük qüvvə mədəniyyət, türk dünyasını birləşdirən ən güclü körpülərdən biri isə ədəbiyyatdır: "Bu cür tədbirlər türk dünyasının ortaq tarixinə, mədəniyyətinə və gələcəyinə olan inamı daha da gücləndirir. Festivalın hər il Türk dünyasının fərqli şəhərlərində təşkil olunaraq gözəl ənənəyə çevrilməsini arzu edirik".

Vaqif Poeziya Günləri çərçivəsində daha bir tədbir "Sözün hekayəsi" şüarı ilə reallaşıb. Tədbirdə Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov, mədəniyyət naziri Adil Kərimli, dövlət və hökumət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak ediblər.

Tədbir çərçivəsində TÜRKSOY-un tərəfdaşlığı ilə II Türk Dünyası Gənc Şairlər Festivalının mükafatlandırma mərasimi təşkil olunub. Bədii hissədə Xalq şairi Səməd Vurğunun 120 illiyinə həsr olunan "Sözün ovçusu - Könlüm keçir Qarabağdan" adlı səhnə kompozisiyası nümayiş edilib. Tədbir konsert proqramı ilə davam edib.

Vaqif Poeziya Günləri çərçivəsində "Şuşa gecələri - interaktiv poeziya saatı" da gerçəkləşib.

Şuşada Vaqif Poeziya Günlərində iştirak edən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti görkəmli dramaturq Əbdürrəhim bəy Haqverdiyevin "Mütrüb dəftəri", "Diş ağrısı", "Qiraət", "Bomba" hekayələri və "Yeyərsən qaz ətini, görərsən ləzzətini" əsərlərinin motivləri əsasında hazırlanan "Sözün gülüşü - Şuşa hekayələri" adlı interaktiv meydan tamaşası ilə səhnəyə çıxıb.

Builki Vaqif Poeziya Günləri çərçivəsində Mədəniyyət Nazirliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi, "Azercell Telekom" MMC və "Aztelekom" MMC-nin tərəfdaşlığı ilə Şuşanın mərkəzində "Kitab dayanacağı" - ilk açıq hava kitabxanası istifadəyə verilib. Layihənin məqsədi mədəniyyət paytaxtımız Şuşanın tarixi və ədəbi mühitinin təbliği, eləcə də şəhər sakinləri və qonaqları üçün mütaliə imkanlarının genişləndirilməsi idi.

Poeziya bayramında nümayiş olunan "Sözün həsrəti - Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilib. Kompozisiya Xan qızı Natəvanın evinin qarşısında təşkil olunub. 

Vaqif Poeziya Günləri Şuşada "Sözün Zəfəri - Zəfərin sədası" adlı konsert proqramı ilə başa çatıb. Xurşidbanu Natəvanın evinin qarşısında düzənlənən konsertdə Rauf Hacıyev, Cahangir Cahangirov, Vasif Adıgözəlov, Elza İbrahimova, Ələkbər Tağıyev, Oqtay Kazımi və başqa bəstəkarların əsərləri səsləndirilib. Proqramda həmçinin xalq mahnıları ifa olunub, Azərbaycan Dövlət Rəqs Ansamblı tərəfindən milli rəqslərimiz təqdim edilib.

Vaqif Poeziya Günləri bir daha Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin zənginliyini nümayiş etdirdi. Bu ənənəvi poeziya bayramının yenidən doğma Şuşada keçirilməsi isə xalqımızın tarixi qələbəsinin və milli iradəsinin parlaq ifadələrindən birinə çevrildi.


Zöhrə FƏRƏCOVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında

01:48
24 İyul

Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:47
24 İyul

"Azərbaycan Respublikasının Mənzil Məcəlləsində,"Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 30 iyun tarixli 432-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 27 avqust tarixli 153 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:47
24 İyul

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:46
24 İyul

"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 13 iyul tarixli 444-VIIQD nömrəli Qanununun tətbiqi və "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 574 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:46
24 İyul

"Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

01:44
24 İyul

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 20 avqust tarixli 235 nömrəli Qərarı ilə təsdiq edilmiş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:43
24 İyul

“Süni intellektin inkişafı üçün milli prioritet sektorların və müvafiq sektor üzrə məsul dövlət orqanlarının (qurumlarının) siyahısı”nın təsdiq edilməsi haqqında

01:42
24 İyul

“Dövlət uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nın təsdiq edilməsi haqqında

01:41
24 İyul

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Mənzil Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Gənclər siyasəti haqqında”, “Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında”, “İnsan alverinə qarşı mübarizə haqqında”, “Sosial müavinətlər haqqında”, “Əmək pensiyaları haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Ümumi təhsil haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2025-ci il 7 mart tarixli 151-VIIQD nömrəli Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 26 dekabr tarixli 324-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 9 yanvar tarixli 575 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:40
24 İyul

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 4 iyun tarixli 403 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:39
24 İyul

“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:38
24 İyul

“Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin güzəştli kreditlərlə maliyyələşdirilməsi Qaydası”nın və “Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən investisiya qoyuluşunun həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
24 İyul

UEFA Avropa Liqası: “Qarabağ” - MOİK oyunu qolsuz heç-heçə ilə yekunlaşıb

22:05
23 İyul

Konfrans Liqası: “Zirə” Estoniya klubuna uduzub

21:57
23 İyul

Cəbrayıl rayonunda mina partlayışı baş verib, traktorçu xəsarət alıb

20:58
23 İyul

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

19:27
23 İyul

Prezident İlham Əliyevin Almaniyaya səfəri Azərbaycanın xarici siyasətinin növbəti uğuru oldu

19:17
23 İyul

“Brent” neftinin qiyməti 100 dolları ötüb

18:39
23 İyul

Azərbaycan ilə Çin arasında yaşıl enerji sahəsində əməkdaşlığın prioritet istiqamətləri nəzərdən keçirilib

17:54
23 İyul

Azərbaycan-Çin strateji tərəfdaşlığında partiyalararası əlaqələrin rolu

16:24
23 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!