08 Dekabr 2025 17:34
124
SİYASƏT
A- A+
Rusiyalı politoloq: Azərbaycanın çoxşaxəli nəqliyyat strategiyası Şimal-Cənub dəhlizinin geosiyasi çəkisini artırır  

Rusiyalı politoloq: Azərbaycanın çoxşaxəli nəqliyyat strategiyası Şimal-Cənub dəhlizinin geosiyasi çəkisini artırır  

Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafını digər regional layihələrdən təcrid edilmiş şəkildə qiymətləndirmək mümkün deyil. Bu dəhliz geniş nəqliyyat arxitekturasının ayrılmaz hissəsi olaraq müxtəlif marşrutlarla sinerji yaratmaqla vahid regional logistika şəbəkəsinin formalaşmasına xidmət edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında rusiyalı politoloq Darya Qrevsova söyləyib.

Onun sözlərinə görə, Şimal-Cənub xətti Zəngəzur istiqaməti və Orta Dəhlizlə paralel inkişaf edir, bu isə bütün marşrutların qarşılıqlı möhkəmlənməsinə gətirib çıxarır. Tikintisi davam edən Horadiz-Ağbənd dəmir yolu xətti, eləcə də planlaşdırılan Bakı-Naxçıvan-Qars marşrutu regionda daha qısa və daha çevik bağlantılar yaradır. Bu, həm Şimal-Cənub, həm də Orta Dəhlizin rəqabət qabiliyyətini gücləndirərək Türkiyə və Avropa istiqamətinə alternativ çıxış imkanı formalaşdırır.

Qrevsova bildirib ki, İranla sərhəddə yerləşən Astara terminalının genişləndirilməsi dəhlizin ən mühüm “dar boğazları”ndan birini aradan qaldırır. Astaradakı yeni terminallar marşrutun buraxıcılıq qabiliyyətini yüksəltməklə Şimal-Cənub dəhlizinin operativliyini əhəmiyyətli dərəcədə artırır.

Politoloqun sözlərinə görə, artan tranzit həcmləri fonunda Orta Dəhlizlə qarşılıqlı tamamlayıcı mexanizmlər formalaşır: “Trans-Xəzər marşrutunun dinamikası göstərir ki, Azərbaycan multimodal nəqliyyat qovşağına çevrilir. Şərqdən Qərbə yönələn yüklərin yalnız Avropaya deyil, həm də İrana və oradan Şimal-Cənub xətti üzrə cənuba yönləndirilməsi imkanları yaranır. Beləliklə, bu iki dəhliz rəqiblər kimi deyil, vahid inteqrasiya olunmuş şəbəkə kimi fəaliyyət göstərməyə başlayır”.

Darya Qrevsova qeyd edib ki, Azərbaycanın eyni vaxtda bir neçə nəqliyyat istiqamətini sinxron şəkildə idarə etmək bacarığı ölkənin geosiyasi rolunu xeyli artırır. Bakı bütün Avrasiya üzrə logistika axınlarının diversifikasiyasını təmin edən əsas qovşağa çevrilir. Alternativ marşrutların mövcudluğu nəqliyyat sisteminin sabitliyini, seçim imkanlarını və ümumi təhlükəsizliyini gücləndirir. Şimal-Cənub dəhlizi üzrə rəqəmsallaşdırma və vahid tarif siyasətinin tətbiqi artıq digər marşrutlar üçün də yeni standartlar müəyyən edir. Bu proses Azərbaycanı regionda səmərəlilik, koordinasiya və idarəetmə baxımından nümunəvi modelə çevirir.

“Ən mühüm nəticələrdən biri institutlaşma prosesinin real mərhələyə keçməsidir. Bu sənəd deklarativ mərhələdən çıxaraq faktiki işlək idarəetmə mexanizmləri yaradır. Azərbaycanın eyni anda Şimal-Cənub, Zəngəzur dəhlizi və Orta Dəhliz üzrə paralel strategiyalar həyata keçirməsi ölkəni daha elastik, daha dayanıqlı və yüksək dərəcədə şaxələndirilmiş Avrasiya nəqliyyat arxitekturasının başlıca aktoruna çevirir”, - deyə politoloq vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub  

18:26
08 Dekabr

Dmitri Pineviç: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır  

18:24
08 Dekabr

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb  

18:22
08 Dekabr

Misli Premyer Liqası: “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb - YENİLƏNİB

18:22
08 Dekabr

BMT-dən 135 milyon insana 33 milyard dollarlıq qlobal humanitar çağırış   

18:21
08 Dekabr

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunub  

18:19
08 Dekabr

Qədim nikah üzüyü tapılıb  

18:18
08 Dekabr

Dünyanın ən qara parçası istehsal olunub  

18:16
08 Dekabr

200 milyon illik dinozavr izləri tapılıb

18:15
08 Dekabr

ABŞ Konqresi rekord müdafiə büdcəsini nəzərdən keçirəcək  

18:11
08 Dekabr

Hindistanda gecə klubunda baş verən yanğında 25 nəfər həlak olub  

18:06
08 Dekabr

Ekspert: Banklara kiberhücumların qarşısını almaq üçün vahid koordinasiya sisteminin yaradılmasına ehtiyac var  

18:04
08 Dekabr

Azərbaycan bodibildinqçiləri dünya çempionatında fərqləniblər  

18:02
08 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya rəsmi səfərə gəlib  

18:01
08 Dekabr

Arabir yağış yağacaq, bəzi yerlərdə leysan olacaq- PROQNOZ  

18:00
08 Dekabr

Astarada çay yığımı yekunlaşıb – bu il 724,6 ton yaşıl yarpaq yığılıb

17:59
08 Dekabr

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri açıqlanıb  

17:56
08 Dekabr

Musa Qasımlı: Qarabağ Zəfəri millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı  

17:55
08 Dekabr

BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub  

17:52
08 Dekabr

DGK: Tranzit yükdaşımalar beynəlxalq ticarətin inkişafına imkan verir  

17:50
08 Dekabr

Deputat: Süni intellektin imkanları iqlim siyasətində strateji alət kimi önə çıxır  

17:39
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!