08 Dekabr 2025 18:11
318
DÜNYA
A- A+
ABŞ Konqresi rekord müdafiə büdcəsini nəzərdən keçirəcək  

ABŞ Konqresi rekord müdafiə büdcəsini nəzərdən keçirəcək  

 

ABŞ-nin 2006-cı il üçün müdafiə büdcəsinin qanun layihəsinin güzəştli versiyasına Prezident Donald Trampın tələbindən 8 milyard dollar çox olan 901 milyard dollarlıq təhlükəsizlik ayırmaları daxildir. Ukraynaya yardım üçün 800 milyon dollar ayrılacaq.

ABŞ Konqresi 2026 maliyyə ili üçün rekord qıran müdafiə büdcəsini nəzərdən keçirəcək. Bu büdcəyə Prezident Donald Trampın tələbindən 8 milyard dollar çox olan 901 milyard dollarlıq milli təhlükəsizlik ayırmaları daxildir. ABŞ qanunvericiləri tərəfindən 7 dekabr bazar günü dərc edilən sənədə, digər məsələlərlə yanaşı, özünü tammiqyaslı Rusiya işğalından müdafiə edən Ukraynaya hərbi yardım üçün 2026 və 2027-ci illərdə hər biri 400 milyon dollar daxildir. 

“Politico” xəbər verir ki, sənədin dərc olunmuş versiyası həmçinin D.Trampın Avropadakı ABŞ qüvvələrinin azaldılmasına yeni məhdudiyyətlər tətbiq etməklə Avropa ölkələrindən qoşunların çıxarılması planlarını da bloklayır. Hərbi texnikanın alınması, habelə Rusiya və Çin fəaliyyətləri qarşısında müdafiə qabiliyyətini artırmaq üçün tədbirlərə dair adi müddəalardan əlavə, hazırkı qanun layihəsi Trampın ixtisar etmək istədiyi proqramların azaldılmasına yönəlib. Buraya müxtəliflik, bərabərlik və inklüzivlik təşəbbüslərinin məhdudlaşdırılması, eləcə də qanunsuz immiqrantların tutulması və narkotik qaçaqmalçılığının qarşısının alınması üçün ABŞ-nin cənub-qərb sərhədinə qoşunların yerləşdirilməsi tədbirləri daxildir. 

Qanun layihəsi ABŞ Prezidentinin 10-dan çox icra sərəncamını, o cümlədən ABŞ-də hərbi dronların istehsalını sürətləndirmək, hava və raket hücumundan müdafiə sistemini “Qızıl Günbəz” raketəleyhinə qalxanına çevirmək və cənub sərhədində patrul xidməti üçün qoşunların  istifadəsinə icazə verən sərəncamları sistemləşdirir. Sənəd həmçinin 1991 və 2002-ci illərdə İraqda hərbi qüvvənin istifadəsinə icazə verən iki qətnaməni ləğv edir. Qanun layihəsinin son versiyası həm də ABŞ-nin Suriyaya qarşı sanksiyalarının qəti şəkildə ləğvini də təsbit edir.

Qanun layihəsi silahlı qüvvələrin bütün qolları üçün hərbi ödənişlərin 3,8 faiz artırılmasını nəzərdə tutur. Lakin qanunvericilər Müdafiə Nazirliyinin adını Donald Tramp və müdafiə naziri Pit Heqsetin dediyi kimi "Müharibə Nazirliyi" adlandırmayıblar. Mətn boyunca "Müdafiə Nazirliyi" və "müdafiə naziri" kimi müəyyən edilmiş terminlər saxlanılıb. 

Qanun layihəsi Pentaqonun silah tədarükü prosedurlarını dəyişdirir və silahlı qüvvələri müxtəlif materiallar, məhsullar və xidmətlərlə təmin edən dövlət və özəl təşkilatlar şəbəkəsini gücləndirməyi hədəfləyir. Mətndə ABŞ-nin Çində müəyyən texnologiyalara investisiya qoyuluşuna yeni məhdudiyyətlər daxildir. "The New York Times" qəzetinin qeyd etdiyi kimi, bu müddəa süni intellekt və hərbi texnologiya da daxil olmaqla, Çinin texnoloji inkişafına Amerika kapitalının axınını məhdudlaşdırmaq cəhdidir.

Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocersin sözlərinə görə, qanun layihəsi "mühüm müharibə qabiliyyətlərini inkişaf etdirməyi" hədəfləyir.

Təxminən 3000 səhifəlik qanun layihəsi üzrə səsvermə bu həftə başlayacaq. Qanunvericilər sənədi bu ilin sonuna qədər imzalanması üçün Prezidentə təqdim etmək niyyətindədirlər. "The New York Times" qəzetinin yazdığı kimi, müdafiə xərclərinin artması Konqresin Respublikaçılar tərəfindən idarə olunan hər iki palatası arasında kiçik, lakin nadir hallarda baş verən fikir ayrılığı olub.

Bildirilir ki, dərc olunmuş sənəd əvvəllər Senat və Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş milli müdafiə qanun layihəsinin versiyaları arasında bir kompromisdir. Qanun layihəsinin son versiyası hər iki partiyanın Nümayəndələr Palatası və Senat rəhbərliyi, Silahlı Qüvvələr Komitələrinin rəhbərləri və Ağ Ev arasında bir neçə həftəlik danışıqların nəticəsidir.

Xatırladaq ki, may ayında Donald Tramp Konqresdən 2026-cı maliyyə ili (2025-ci ilin oktyabrından 2026-cı ilin sentyabrına qədər) üçün 892,6 milyard dollarlıq müdafiə büdcəsinin qəbul edilməsini istəyib. Nümayəndələr Palatası ilkin qanun layihəsində xərcləri bu səviyyədə müəyyən edib, lakin Senat mümkün xərc səviyyəsini 925 milyard dollar olaraq təsdiqləyib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında

01:54
13 Yanvar

Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı

01:53
13 Yanvar

bp Xəzər dənizinin Azərbaycan sektorunda Əşrəfi-Dan Ulduzu-Aypara sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişin əsasında fəaliyyət göstərən əməliyyat şirkəti kimi elan edir ki, Əşrəfi-Dan Ulduzu-Aypara (ADUA) layihəsi üçün seysmik tədqiqat proqramına aid Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi (ƏMTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə onlayn görüş keçirəcək

01:51
13 Yanvar

Azercell abunəçilərinin nəzərinə

01:50
13 Yanvar

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olunan boyaların (illik tələbat üzrə) satın alınması məqsədilə açıq tender elan edir

01:50
13 Yanvar

"Bank Respublika" ASC tərəfindən lombard müştəriləri arasında keçirilən "Qızıl Seçim" lotereyasının birinci tirajının qaliblərinin SİYAHISI

01:49
13 Yanvar

BİLDİRİŞ

01:47
13 Yanvar

Qrenlandiya NATO çərçivəsində müdafiə təhlükəsizliyini təmin etmək üçün səylərini artırır  

23:37
12 Yanvar

Türkiyənin hakim partiyası: Ankara qonşu İranda xaosun əleyhinədir  

23:28
12 Yanvar

Məsud Pezeşkian etirazçıların nümayəndələri ilə görüşüb  

22:14
12 Yanvar

ABŞ 2025-ci ildə yüz mindən çox vizanı ləğv edib  

21:47
12 Yanvar

Türkiyəli ekspert: “Bir millət, iki dövlət” konsepsiyası iqtisadi strategiyalarla birləşərək regional əməkdaşlıq üçün vacib model yaradıb  

21:13
12 Yanvar

Ekspert: Azərbaycanla Ermənistan arasında sülh Çinlə əməkdaşlığın genişləndirilməsinə şərait yaradır  

19:46
12 Yanvar

Türk ekspert: Azərbaycan beynəlxalq münasibətlər sisteminin əvəzolunmaz aktorudur  

19:16
12 Yanvar

Azərbaycan və İtaliya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək  

18:57
12 Yanvar

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib  

18:17
12 Yanvar

Azərbaycan zirvələrini fəth edən alpinist dünya rekordçusu olub  

17:49
12 Yanvar

Pakistanlı ekspert: Azərbaycan yaşıl enerjidə liderlik üçün bütün ilkin şərtlərə malikdir  

17:48
12 Yanvar

ANAMA yanında İctimai şura baş verən ardıcıl mina hadisələri ilə bağlı açıqlama yayıb  

17:36
12 Yanvar

IRENA Assambleyasının 17-ci sessiyasının vitse-prezidentliyinə Azərbaycanın namizədliyi təqdim olunub

17:18
12 Yanvar

Donald Tramp Kubanı hədələdi: " Gec olmamış razılaşma əldə edin!"

17:14
12 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!