08 Dekabr 2025 16:20
207
SİYASƏT
A- A+
Azərbaycanın sülh təşəbbüsləri həm beynəlxalq səviyyədə, həm də region müstəvisində etimad qazanıb  

Azərbaycanın sülh təşəbbüsləri həm beynəlxalq səviyyədə, həm də region müstəvisində etimad qazanıb  

“Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit zəmin yaranıb. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. Vətən müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir”.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, hazırda Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad quruculuğu yönündə işlər davam edir. Çünki bu, dayanıqlı sülh üçün mühüm şərtdir.  Postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir. Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr,  onların xaricdəki havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan  Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş  Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb.

Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır. Hökümətlər bu yöndə müvafiq işlər görürlər. Təəssüf ki, Ermənistanda bəzi dairələr, xüsusilə revanşistlər iki ölkə arasında sülhə qarşı çıxışlar edirlər. Belə hallar qəbuledilməzdir. Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Doha Forumunda qarşı tərəfi sülhə əngəl olan yanaşmalardan çəkinməyə çağırıb.  Nəzərə alaq ki, dövlətimiz etimad quruculuğu üçün zəruri addımlar atır. Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Bu, o deməkdir ki, artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb. Bu yaxınlarda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri də sülh yolunda önəmli addımdır.

“Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində etimad qazanıb. Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi Yerevan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından  Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Digər tərəfdən, erməni cəmiyyətində sülhə qarşı çıxanlar anlamalıdır ki, onların revanşist çağırışları ilk növbədə özləri üçün zərərlidir. Ona görə də, regionda sülhün alternativi yoxdur”, - deyə deputat söyləyib.

Rəşad CƏFƏRLİ,

«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyevin Bratislavada rəsmi qarşılanma mərasimi olub  

18:26
08 Dekabr

Dmitri Pineviç: Azərbaycan-Belarus münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır  

18:24
08 Dekabr

Baş nazirin müavini Şahin Mustafayev İranın xarici işlər naziri ilə görüşüb  

18:22
08 Dekabr

Misli Premyer Liqası: “Qəbələ” – “Turan Tovuz” oyunu təxirə salınıb - YENİLƏNİB

18:22
08 Dekabr

BMT-dən 135 milyon insana 33 milyard dollarlıq qlobal humanitar çağırış   

18:21
08 Dekabr

Turizm şirkətlərinin Qarabağ və Şərqi Zəngəzura tanışlıq səfərləri təşkil olunub  

18:19
08 Dekabr

Qədim nikah üzüyü tapılıb  

18:18
08 Dekabr

Dünyanın ən qara parçası istehsal olunub  

18:16
08 Dekabr

200 milyon illik dinozavr izləri tapılıb

18:15
08 Dekabr

ABŞ Konqresi rekord müdafiə büdcəsini nəzərdən keçirəcək  

18:11
08 Dekabr

Hindistanda gecə klubunda baş verən yanğında 25 nəfər həlak olub  

18:06
08 Dekabr

Ekspert: Banklara kiberhücumların qarşısını almaq üçün vahid koordinasiya sisteminin yaradılmasına ehtiyac var  

18:04
08 Dekabr

Azərbaycan bodibildinqçiləri dünya çempionatında fərqləniblər  

18:02
08 Dekabr

Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyaya rəsmi səfərə gəlib  

18:01
08 Dekabr

Arabir yağış yağacaq, bəzi yerlərdə leysan olacaq- PROQNOZ  

18:00
08 Dekabr

Astarada çay yığımı yekunlaşıb – bu il 724,6 ton yaşıl yarpaq yığılıb

17:59
08 Dekabr

Xarici dillər üzrə fəlsəfə doktoru imtahanının nəticələri açıqlanıb  

17:56
08 Dekabr

Musa Qasımlı: Qarabağ Zəfəri millətimizin və dövlətimizin tarixində yeni bir səhifə açdı  

17:55
08 Dekabr

BƏƏ və Səudiyyə Ərəbistanından olan turizm şirkətlərinin iştirakı ilə tanışlıq səfəri təşkil olunub  

17:52
08 Dekabr

DGK: Tranzit yükdaşımalar beynəlxalq ticarətin inkişafına imkan verir  

17:50
08 Dekabr

Deputat: Süni intellektin imkanları iqlim siyasətində strateji alət kimi önə çıxır  

17:39
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!