15 May 2026 17:00
146
İQTİSADİYYAT
A- A+
Rumıniya mediası: Azərbaycan qazının Avropaya nəqli region ölkələrinin enerji diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır

Rumıniya mediası: Azərbaycan qazının Avropaya nəqli region ölkələrinin enerji diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır


Rumıniyanın “HotNews” nəşrində dərc olunan geniş təhlildə Balkan regionunda enerji təhlükəsizliyi, gələcəyin qaz kəmərləri və Avropa İttifaqı ilə enerji inteqrasiyası məsələləri müzakirə olunur. Məqalədə qeyd edilir ki, Balkan ölkələri enerji bazarlarının birləşdirilməsi və yeni qaz marşrutlarının inkişafı istiqamətində daha sürətli qərarlar gözləyirlər.

AZƏRTAC xəbər verir ki, məlumatda Yunanıstanın enerji naziri Stavros Papastavrounun Avropanın enerji təhlükəsizliyində təmiz enerji ilə yanaşı sabit baza enerjisinin də vacib olduğunu qeyd etdiyi bildirilib.

Onun sözlərinə görə, bərpaolunan enerji mənbələrinin artmasına baxmayaraq, region üçün təbii qaz hələ də strateji əhəmiyyət daşıyır.

Təhlildə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu xüsusi vurğulanır. Məqalədə qeyd edilir ki, Cənub Qaz Dəhlizi artıq Balkanlar və Mərkəzi Avropa üçün əsas alternativ enerji marşrutlarından birinə çevrilib. Azərbaycan qazının Trans-Anadolu və Trans-Adriatik boru kəmərləri vasitəsilə Avropaya nəqli region ölkələrinin enerji diversifikasiyası baxımından strateji əhəmiyyət daşıyır.

Məqalədə Şimali Makedoniyanın energetika naziri Sanja Bozinovskanın açıqlamalarına da yer verilir. O bildirib ki, Yunanıstan–Şimali Makedoniya qaz interkonnektorunun 2027-ci ilin yayında istifadəyə verilməsi planlaşdırılır. Layihənin ilkin ötürmə gücünün 1,2 milyard kubmetr olacağı, sonradan isə 2,8 milyard kubmetrə qədər artırılacağı qeyd olunur. Nazir, həmçinin yeni kəmərlərin gələcəkdə hidrogen nəqlinə uyğun şəkildə inşa edildiyini vurğulayıb.

Serbiyanın energetika naziri Dubravka Đedović Handanović isə Balkan ölkələrinin Avropa enerji bazarına inteqrasiyasının ləng getməsini tənqid edib. Onun sözlərinə görə, enerji bazarlarının parçalanmış vəziyyətdə qalması həm Balkan ölkələrinə, həm də Avropa İttifaqına zərər verir. Nazir bildirib ki, Serbiya 2035-ci ilə qədər enerji infrastrukturuna 14,4 milyard avro sərmayə yatırmağı planlaşdırır.

Məqalədə Albaniyanın infrastruktur və energetika naziri Enea Karakaçinin də açıqlamaları yer alır. O qeyd edib ki, Albaniya Avropa İttifaqının enerji və dekarbonizasiya siyasətinə uyğun addımlar atsa da, bunun real iqtisadi faydalarını hələ tam görmür. Nazir ABŞ mayeləşdirilmiş təbii qazının Albaniyaya tədarükü ilə bağlı imzalanmış uzunmüddətli müqavilənin ölkəsinin enerji təhlükəsizliyini gücləndirəcəyini bildirib.

Məqalədə vurğulanır ki, Balkan regionu Avropa enerji xəritəsində getdikcə daha mühüm tranzit və bağlantı mərkəzinə çevrilir. Xüsusilə Azərbaycan qazı, Şərqi Aralıq dənizi resursları və ABŞ LNG-si regionun enerji balansında əsas amillərdən biri kimi qiymətləndirilir. Balkan ölkələri hesab edir ki, enerji inteqrasiyası və yeni qaz kəmərləri Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

18:33
15 May

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib  

18:32
15 May

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!