15 May 2026 15:10
176
İQTİSADİYYAT
A- A+
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişin tətbiqinə başlanılıb 


“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “AzInTelecom” MMC-nin birgə həyata keçirdiyi yeni layihə ilə sərnişindaşımada daha rahat, sürətli və innovativ xidmətlərin tətbiqi istiqamətində növbəti rəqəmsal mərhələyə başlanılıb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, bu gündən etibarən Azərbaycanın ictimai nəqliyyat sahəsində ilk dəfə dəmir yollarında “SİMA Pay” – üztanıma ilə ödəniş sistemi tətbiq olunub.

Üztanıma ilə ödəniş sistemindən ilkin mərhələdə Bakı Dəmiryol Vağzalı, Sumqayıt Dəmiryol Vağzalı və “Koroğlu” dayanacağındakı turniketlərdən keçərkən istifadə etmək mümkündür. Növbəti mərhələdə həm Abşeron dairəvi marşrutu boyunca bütün stansiya və dayanacaqlarda, həm də ölkə üzrə dəmir yolu şəbəkəsində bu müasir xidmətin göstərilməsi planlaşdırılır.

Bu innovativ addım sərnişinlərə heç bir fiziki karta və ya cihaza ehtiyac duymadan turniketlərdən sürətli və daha rahat keçid imkanı verir, səyahətin başladığı ilk saniyədən texnoloji rahatlığı hiss etdirir. Sərnişinlər “ADY Mobile” mobil tətbiqində “Üztanıma ilə keçin” bölməsinə daxil olaraq bu xidmətdən yararlana bilərlər.

Dünyanın qabaqcıl ölkələrinin “Face Pay” təcrübəsinin Azərbaycanda “SİMA Pay” rəqəmsal ekosistemi və “ADY Mobile”ın virtual kartının inteqrasiyası yolu ilə tətbiqi dəmir yollarında sərnişindaşımanın təhlükəsizliyini daha da yüksəldəcək, biometrik ödənişlər riskləri minimuma endirəcək, həmçinin kartın itirilməsi və ya balansın bitməsi kimi qayğıları aradan qaldıracaq.

Qeyd edək ki, son illərdə ADY sərnişin məmnuniyyətini təkcə yeni qatarlar və istiqamətlərlə deyil, həm də gündəlik həyatı asanlaşdıran rəqəmsal həllərlə təmin edir. Xüsusilə Abşeron dairəvi dəmir yolu marşrutu üzrə son üç ildə həyata keçirilən yeniliklər sayəsində sərnişindaşıma xidməti tamamilə yeni mərhələyə keçib. Artıq kassalarda növbədə dayanmaq və fiziki bilet alışına ehtiyac yoxdur. Sərnişinlər vaxt itirmədən ödənişlərini bank kartları, NFC və “ADY Mobile” tətbiqi vasitəsilə həyata keçirirlər.

Statistik nəticələr də göstərir ki, dəmir yollarının rəqəmsallaşması istiqamətində son illərdə həyata keçirilən yenilikləri sərnişinlər müsbət qarşılayır və rahat mənimsəyirlər. Belə ki, 2023-cü ildə istifadəyə verilən “ADY Mobile” istifadəçilərinin sayı artıq 400 mini ötüb. Qatarla bölgələrə səfər edən sərnişinlərin təxminən 80 faizi biletlərini onlayn şəkildə əldə edir. Eyni zamanda, 2024-cü ildən ölkədaxili marşrutlar üzrə səyahət üçün qeydiyyat zamanı şəxsiyyət vəsiqəsinin yalnız fiziki formada təqdim edilməsi tələbi aradan qaldırılıb, “my.gov.az” portalından şəxsiyyəti təsdiq edən məlumatları QR kod şəklində təqdim etmək kifayətdir.

Bundan başqa, sərnişinlər səyahət boyu həm işgüzar fəaliyyət, həm də asudə vaxtın səmərəli keçirilməsi üçün qatarlarda ödənişsiz “Wi-Fi” şəbəkəsinə qoşula bilərlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IDEA Kür çayı sahilində ənənəvi təmizlik aksiyası təşkil edib 

18:33
15 May

Tokayev türk dövlətlərinin Dövlətlərarası Terminologiya Komissiyasının yaradılmasını təklif edib  

18:32
15 May

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!