16 Avqust 2024 09:21
217
SİYASƏT
A- A+

Revanşistlər hazırlıqlara başlayırlar

 

Keçmiş qondarma rejimin separatçıları deputatlıq arzusundadırlar 

 

Bu günlərdə Hayastanda yenidən narazılıq və qarşıdurma hallarının daha da artması, müxalifətlə hakimiyyət arasında ziddiyyətlərin bir qədər də kəskinləşməsi müşahidə olunur. Müxalifət gələn aydan etibarən planlaşdırdığı aksiyalarla baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyir. Müxalifətçilər keçiriləcək etiraz mitinqlərinə səbəb kimi hakimiyyətin yürütdüyü uğursuz siyasəti göstərirlər.  

Proseslər göstərir ki, keçmiş hərbi xunta yaranmış vəziyyətdən istifadə edərək Qarabağdan köçən ermənilər vasitəsilə ölkədəki xaosu daha da dərinləşdirməyə çalışır. Elə siyasi proseslərdə də onlardan yararlanaraq fərqli atmosfer yaratmağı düşünürlər. Bunun nəticəsidir ki, keçmiş qondarma rejimin separatçılarından biri Samvel Babayan Hayastanda seçkiöncəsi hazırlıqlara başlayıb. 
"Hraparak" nəşrinin yazdığına görə, o, artıq Hayastandakı digər separatçılarla görüşlər keçirir. O, Qarabağdan köçən ermənilərlə ittifaq yaratmağı və 2026-cı ildə keçiriləcəyi deyilən parlament seçkilərinə birlikdə qatılmağı təklif edib. Babayanın son zamanlar bir neçə dəfə belə görüşlər keçirdiyi bildirilir. Məlumata görə, Samvel keçmiş qondarma rejimin "parlament üzvləri" ilə görüşdə seçkilərə ciddi şəkildə hazırlaşdığını, lakin vahid cəbhə halında iştiraka üstünlük verdiyini deyib. 
Digərləri bu təklifə müsbət yanaşmayıblar, bunun risk və təhlükə olduğunu bildiriblər. Bunlardan birinin isə Qarabağdan gələn ermənilərlə Hayastan vətəndaşları arasında ayrı-seçkiliyin olmasıdır. Separatçılar Babayana deyiblər ki, Qarabağ erməniləri birləşərək seçkiyə qatılsalar, bu, iki kəsim arasında daha ciddi bölünməyə səbəb olar, Qarabağdan gələnlərin İrəvanda hakimiyyətə iddia etməsi kimi anlaşıla bilər. Həmçinin Ermənistana köçənlərin əksəriyyəti bu ölkənin vətəndaşlığına sahib deyil. Bu səbəbdən səsvermə prosesində gözlənilən nəticə əldə edilməz.
Ermənistan parlament nümayəndələri də Babayanın Qarabağ erməniləri üçün xüsusi ittifaq yaratmaq fikri ilə razılaşmayıblar. Onlar "Hayastan" və "Pativ Tanut" kimi partiyaların bu istiqamətdə çalışdığını bildiriblər. Lakin S.Babayan geri çəkilməyib və yeni bir qurum yaratmağı təklif edib. Bu qurum vasitəsilə Qarabağ ermənilərinin problemlərinin aradan qaldırılması üçün hökumətlə əməkdaşlıq ediləcəyini deyib. Onun bu təklifləri Hayastanda Qarabağdan köçənlərə "liderlik" etmək cəhdi kimi qiymətləndirilib.
"Past" nəşri isə yazıb ki, Hayastanda yeni milli hökumətin formalaşdırılması anı çoxdan yetişib və bu məsələdə cəmiyyətin əksəriyyəti arasında konsensus formalaşıb. Nəşr qeyd edib ki, bunu həm müxtəlif mərkəzlər tərəfindən dərc edilən sorğular, aparılan araşdırmalar, həm də ictimai rəylər sübut edir. Müxtəlif sorğular göstərir ki, insanların 60 faizdən çoxu ölkəyə rəhbərlik edən yeni siyasi qüvvə görmək istəyir. Məlumata görə, son vaxtlar daxili siyasi sahədə diqqətəlayiq "sualtı" proseslər gedir: "Mənbələrimiz bildirir ki, müxtəlif siyasi qüvvələr və xadimlər arasında demək olar ki, hər gün müxtəlif platformalarda hələlik açıqlanmayan görüşlər keçirilir. Həmin görüşlərin əsas mövzusu, belə demək mümkündürsə, "üçüncü qüvvə"nin yaradılması yoluyla ölkəni məhvə aparan hazırkı hakimiyyətdən qurtulmaq məqsədilə resursların birləşdirilməsinin zəruriliyidir".

Elçin CƏFƏROV,
"Azərbaycan" 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video