17 Mart 2026 08:50
128
İQTİSADİYYAT
A- A+
Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı



Ötən həftə iqtisadi həyat sürprizlərlə dolu oldu. Qiymətlər yüksəldi, bazarlarda gərginlik hiss olundu, amma bəzi sahələrdə ümidverici artımlar da qeydə alındı. Təbii ki, baş verən hər olay ölkə iqtisadiyyatının gələcəyinə təsir göstərir. Bu icmalda sizə həftənin əsas iqtisadi "səhnəarxası"nı çatdırmağa çalışacağıq.

Həftənin ilk günlərindən iqtisadi gündəmdə baş verən hadisələr  diqqət çəkməyə başladı. Martın 11-də Azərbaycan ərazisi vasitəsilə Ermənistana Rusiya taxılının növbəti tədarükü gerçəkləşdi. 11 vaqondan ibarət, ümumi çəkisi 1023 ton olan taxıl yükü Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salındı. Yükün daşınması əvvəlcədən müəyyən edilmiş marşrut üzrə, tranzit qaydalarına uyğun şəkildə həyata keçirildi. Qeyd etmək lazımdır ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi vasitəsilə 22 min tondan çox taxıl göndərilib ki, bu da təxminən 320 vaqona bərabərdir. Eyni marşrut üzrə həmçinin 610 ton gübrə də (9 vaqon) daşınıb. Regionda tranzit ticarət hələ də fəal şəkildə davam edir.

***

Həftəboyu regional və beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də irəliləyişlər davam edib. Özbəkistana səfər edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov və Özbəkistan Ali Audit Orqanının sədri vəzifəsini icra edən Mehriddin Abdullayev arasında rəsmi görüş keçirilib. Görüşdə hər iki qurum nümayəndələrinin təqdimatları və fikir mübadiləsi aparılıb. Azərbaycan tərəfi palatanın fəaliyyəti, beynəlxalq layihələri və maliyyə nəzarəti sahəsindəki təcrübəsini təqdim edib, Özbəkistan isə rəqəmsal transformasiya, məsafədən idarəetmə və ISSAI standartlarının tətbiqi sahəsindəki uğurlarını paylaşıb. Səfər çərçivəsində nümayəndə heyəti Özbəkistan Hesablama Palatasının Məsafədən İdarəetmə Mərkəzi ilə də tanış olub. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan və Özbəkistan Hesablama Palataları arasında əməkdaşlıq bir qədər də möhkəmləndirilib.

***

Həftə beynəlxalq iqtisadi gündəmlə də diqqət çəkib. Vaşinqtonda "ABŞ-Azərbaycan Ticarət Palatası"nın 30 illiyi münasibətilə önəmli bir konfrans keçirilib. "Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfransda işgüzar dairələr, dövlət nümayəndələri və ekspertlər bir araya gələrək iki ölkə arasında ticarət və investisiya əlaqələrini inkişaf etdirməyin yollarını müzakirə ediblər. Əsas məqsəd bazarların birləşdirilməsi və gələcək əməkdaşlığın strategiyasını müəyyənləşdirmək olub. Tərəflər iqtisadiyyatın rəqəmsal transformasiyası, innovativ texnologiyaların tətbiqi və süni intellektin (Sİ) inkişafı istiqamətində əməkdaşlığın perspektivlərini dəyərləndiriblər. 

***

Ölkədə texnologiya və dayanıqlı enerji sahəsində irəliləyişlər davam edir. Bu kontekstdə "Aztelekom" öz şəbəkələrini günəş enerjisi ilə gücləndirir. Ötən həftə şirkət Kürdəmir rayonunun Qarasaqqal və Mollakənd yaşayış məntəqələrində GPON OLT stansiyalarına 5 kVt-lıq günəş enerji sistemləri quraşdırıb. Qarasaqqal stansiyası iki AGM batareya, Mollakənd isə dörd litium batareya ilə təmin edilib. Layihə enerji sabitliyini gücləndirir, kəsintiləri azaldır və GPON şəbəkəsinin fasiləsiz fəaliyyətini təmin edir. "Aztelekom" bu təcrübəni ilboyu digər ərazilərdə də genişləndirməyi planlaşdırır. 

***

Həftə iqtisadi və beynəlxalq əməkdaşlıq xəbərləri ilə yanaşı, ölkədə qadın sahibkarlığının və liderliyinin təşviqi ilə diqqət mərkəzində olub. ABB-nin dəstəyi, "Facemark" şirkətinin təşkilatçılığı ilə Gülüstan sarayında II Qadın Liderləri Zirvəsi keçirilib. Tədbirdə "Zirvəyə gedən yol", "Zirvədəki baryerlər və maneələr", "Zirvədə davamlılıq və dayanıqlılıq" mövzularında 3 əsas panel üzrə müzakirələr aparılıb. II Qadın Liderləri Zirvəsi ölkəmizdə qadın liderliyinin gücləndirilməsi və gələcək nəsil liderlərin formalaşdırılmasına töhfə verən əhəmiyyətli platforma kimi yadda qalıb.

***

Ölkəmizin iqtisadi əlaqələri yalnız regionla məhdudlaşmır, beynəlxalq tərəfdaşlıqlar da genişlənərək inkişaf edir. Martın 12-də Pekində Ələt Azad İqtisadi Zonasının (ƏAİZ) Səlahiyyətli Qurumu tərəfindən Azərbaycanın Çindəki səfirliyinin dəstəyi və Çin Xarici İnkişaf Assosiasiyasının (CODA) əməkdaşlığı ilə ƏAİZ-ə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində CODA-nın üzv müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən xaricdə investisiya və sənaye əməkdaşlığı sahəsində fəal şəkildə fəaliyyət göstərən aparıcı Çin şirkətləri daxil olmaqla 200-dən çox iştirakçı bir araya gələrək ƏAİZ-də mövcud investisiya imkanlarını müzakirə ediblər. ƏAİZ-də rəsmi olaraq qeydiyyatdan keçmiş ilk Çin şirkəti "Sunsync" öz qabaqcıl texnologiyaları və innovasiya imkanlarını Azərbaycana gətirərək, Azad Zonada 23 hektarlıq günəş paneli istehsalı müəssisəsini qurmağı planlaşdırdığını diqqətə çatdırıb.

***

Həftənin ən yaddaqalan beynəlxalq hadisələrindən biri martın 12-də Bakıda Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə "Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması" mövzusunda XIII Qlobal Bakı Forumunun öz işinə başlaması olub. Forum dünyanın siyasi çevrələrinin və beynəlxalq institutların diqqətini yenidən Azərbaycana yönəltdi. Üç gün davam edən XIII Qlobal Bakı Forumunda "Qlobal təhlükəsizlik və güc tarazlığı: Beynəlxalq hüquqa hörmət. Yeni məsələlər, yeni çağırışlar", "Çoxtərəflilik böhran içində: Qlobal əməkdaşlığı yenidən düşünmək", "BMT 80+", "Çin və Qlobal İdarəetmə Təşəbbüsü", "Danışıqlardan kənarda: COP-u yaşatmaq uğrunda mübarizə", "Orta dəhliz və Avrasiya Bağlantısı Qapısı", "Afrika bu gün və sabah", "2030 gündəliyinin sürətləndirilməsi: İnklüziv inkişaf və davamlı əlaqəlilik", "Rəqəmsal gələcək: süni intellekt, idarəetmə və innovasiyanın etikası", "Mənzil üçün qlobal əməkdaşlıq: WUF13 üçün perspektivlər", "Beynəlxalq sisteminin yenidən qurulmasının axtarışında" mövzuları ayrı-ayrı panellərdə müzakirə olunub.

***

Ötən həftə dünya bazarında Azərbaycan nefti bahalaşıb. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 3,52 dollar və ya 3,3 faiz artaraq 109,1 dollar olub. Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.

Nyu Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 41,3 dollar azalaraq 5 020,4 dollar təşkil edib. Gümüş isə 0,97 dollar azalaraq 80,37 dollara bərabər olub. Bu göstəricilər dünya bazarında qiymətlərin həftə ərzində dalğalanmasının davam etdiyini göstərir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Doğma yurduna qayıdan keçmiş məcburi köçkün: Prezidentimizə təşəkkür edirik 

10:29
17 Mart

Fransada mer seçkiləri keçirilib

09:50
17 Mart

Keçmiş məcburi köçkün: Biz müstəqil dövlətin azad vətəndaşları kimi öz doğma yurdumuzda yaşayacağıq  

09:46
17 Mart

İran münaqişənin diplomatik həllini hazırda nəzərdən keçirmədiyini bildirib

09:45
17 Mart

Hirkan qəsəbəsində əmək yarmarkası: 20 vakansiya, 30 müraciət

09:45
17 Mart

Paytaxtın abad məhəllələrində Novruz şənlikləri davam edir

09:40
17 Mart

Sumqayıtda "Kənddən şəhərə" yarmarkası təşkil edilib

09:35
17 Mart

Novruz tonqallarının işığında...

09:30
17 Mart

İlaxır çərşənbə - bərəkət və bolluq rəmzi Torpaq

09:25
17 Mart

Gəncədə beynəlxalq konfrans keçirilib

09:20
17 Mart

Kartofun qiyməti bu sahəyə marağı artırıb

09:17
17 Mart

Ramazan süfrəsində xoş arzular səslənib

09:15
17 Mart

Suya həyat deyiriksə, onun qədrini bilməliyik

09:10
17 Mart

Ağstafalılar "Keşikçidağ"da Novruz şənliyinə toplaşdılar

09:05
17 Mart

SDU şəhid məzunu ilə qürur duyur

09:00
17 Mart

Səyyar qəbul-görüş bu dəfə də sakinlərdə razılıq doğurdu

08:55
17 Mart

Regional və beynəlxalq əməkdaşlığımız genişləndi, neft bahalaşdı, qızıl ucuzlaşdı

08:50
17 Mart

AƏSMA-da innovativ ideyaların reallaşdırılması üçün yeni imkanlar yaradılır

08:45
17 Mart

Yaxın Şərq böhranı Ermənistan iqtisadiyyatını çıxılmaz vəziyyətə salıb

08:40
17 Mart

Enerjinin İpək yolu

08:35
17 Mart

Avropa İttifaqı etiraf edir

08:30
17 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!