04 Noyabr 2026 17:36
490
CƏMİYYƏT
A- A+
Quba Soyqrımı Memorial Kompleksinin yeni layihəsi  

Quba Soyqrımı Memorial Kompleksinin yeni layihəsi  


Kompleksin əməkdaşları Bakı məktəblərində həqiqəti nümayiş etdirir


Quba  Soyqırımı Memorial Kompleksi  “1918-ci il azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri” və “Mədəni irsimiz: dünən və bu gün” mövzusunda Bakının bir sıra təhsil müəssisələrində tədbirlər və sərgilər təşkil etməyə başlayıb. 

176 nömrəli, İlqar İbrahimov adına 167 və Məmməd Cuvarlinski adına 52 nömrəli tam orta məktəblərdə keçirilən tədbirlərdə kompleksin əməkdaşları Abutalib Turabov və Xəyal Nuhbalayev pedaqoji kollektiv  və şagirdlər qarşısında   çıxış edərək soyqırımı hadisələri barədə ətraflı söhbət açıblar.Tədbirdə  xalqımızın tarixi boyu məruz qaldığı soyqırımı və etnik təmizləmə siyasətinin kökləri, bu siyasətin törətdiyi faciələr, günahsız insanların kütləvi qətlə yetirilməsi, doğma yurdlardan didərgin salınması və maddi-mədəni irsimizin məhv edilməsindən geniş bəhs olunub. Qeyd olunub ki, Qubada aşkar edilmiş kütləvi məzarlıq həmin qanlı hadisələrin əyani  şahidi, şəksiz təsdiqidir və tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılmasında mühüm rol oynayır. Həmçinin mədəni irsimizin dünəni və bu günü barədə  söhbət açılıb. Vurğulanıb ki, erməni vandalları  tərəfindən işğal olunmuş ərazilərdə tarixi və dini abidələrimiz, məscidlərimiz, ziyarətgahlarımız, muzey və kitabxanalarımız dağıdılıb, talan edilib. Bununla yanaşı, indi həmin ərazilərdə  həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, dağıdılmış abidələrin yenidən qurulması, mədəni irsimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən tədbirlər haqqında iştirakçılara geniş məlumat verilib. 

Məktəblərdə təşkil edilən sərgilərdə isə soyqırımı hadisələrini əks etdirən arxiv materialları, fotoşəkillər və tarixi sənədlər nümayiş olunub. Sərgilər şagirdlərdə böyük  maraq oyadıb və onlar kompleksin əməkdaşlarına mövzu ilə bağlı  çoxsaylı suallar ünvanlayıblar. 

Tədbirlərin sonunda çıxış edən ümumtəhsil müəssisələrinin rəhbərləri gənc nəslin tarixi yaddaşının qorunmasının, milli-mənəvi dəyərlərə sayğının və vətənpərvərlik tərbiyəsinin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, tarixi həqiqətlərin təbliğ olunması, soyqırımı faciəsinin unudulmaması və mədəni irsimizin qorunması hər bir vətəndaşın borcudur. 

Soyqırımı Memorial Kompleksinin əməkdaşları paytaxtın Yasamal rayonundakı 20 nömrəli məktəb-liseydə də olublar. Məktəb-liseydə fəaliyyət göstərən Heydər Əliyev muzeyində təşkil olunan tədbirdə iştirakçılara muzeydəki sərgi ilə tanışlıq imkanı verilib. 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, Azərbaycan Ordusunun qəhrəmanlığından və Ali Baş Komandan  İlham Əliyevin rəhbərliyi ilə əldə olunan qələbədən geniş söz açılıb. Vurğulanıb ki, belə tədbirlərin gənclərdə vətənpərvərlik hislərinin aşılanmasında böyük polu var. 


Akif  ƏLİYEV,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Paytaxtda Zəfər Gününə həsr edilən mini futbol yarışları başa çatıb

09:30
05 Noyabr

Alternativ enerjidə Azərbaycanın yeri və rolu: mövcud imkanlar, strateji layihələr və gələcək perspektivlər

09:25
05 Noyabr

Şəhid məzarlarını ziyarət

09:20
05 Noyabr

Şəhidin bayraq arzusu

09:15
05 Noyabr

Gəncədə Milli Qəhrəman Natiq Qasımova həsr edilmiş filmin təqdimatı keçirilib

09:10
05 Noyabr

Polkovnikin döyüş xatirələri

09:05
05 Noyabr

ZƏFƏR gündəliyi

09:00
05 Noyabr

"Tərbiyənin məqsədi öz köklərini tanıyan, müstəqil düşünən, cəmiyyətə fayda verən və dünyaya açıq şəxsiyyət yetişdirmək olmalıdır"

08:55
05 Noyabr

Zamanı aşan düşüncə

08:50
05 Noyabr

Azərbaycanın iqtisadi nailiyyətləri beynəlxalq "Chandler Governance Group" təşkilatının hesabatında

08:45
05 Noyabr

Fransa sosial modelinin növbəti sınağı

08:40
05 Noyabr

Nadir təcrübə

08:35
05 Noyabr

Buxarestdə Azərbaycanın Zəfər Günü qeyd olunub

08:30
05 Noyabr

Qarabağ Zəfəri Azərbaycanın milli gücünün və strateji hazırlığının nəticəsidir

08:25
05 Noyabr

İş adamları üçün yeni biznes imkanı - "İşğaldan azad edilmiş ərazilər üzrə kredit"

08:20
05 Noyabr

BMT sammitinin iştirakçıları “ASAN xidmət”in fəaliyyəti ilə tanış olublar  

08:16
05 Noyabr

İkinci Tyanşan Forumunda Azərbaycan fəal iştirak edib

08:15
05 Noyabr

Çempionlar Liqası: "Sabah" səfərdə Norveç klubuna uduzub 

08:14
05 Noyabr

Dövlət büdcəsi layihəsi strateji prioritetlərə uyğun tərtib olunub

08:10
05 Noyabr

BP ilin 9 ayının yekunları barədə məlumat yayıb

08:05
05 Noyabr

Milli qürurumuzun rəmzinə çevrilən Zəfər Günü

08:00
05 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!