19 Aprel 2024 08:00
2536
SİYASƏT
A- A+
Qətiyyətin təntənəsi

Qətiyyətin təntənəsi

 

Sülhməramlılar ərazilərimizi vaxtından əvvəl tərk edirlər

 

Ötən 20 il ərzində Azərbaycan hərtərəfli inkişaf mərhələsinə yüksələrək dünyanın sayılıb-seçilən ölkəsinə çevrilib, torpaqlarını işğaldan qurtararaq, suverenliyini tam təmin edərək onilliklərdir ki, milli hədəflərinə doğru gəldiyi çətin, sınaqlarla dolu, mübarizələrdən keçən yolunu zəfər zirvəsinə ucaldıb.
Xalqımız, dövlətimiz, ümumilikdə Azərbaycan adına qazanılan tariximizdəki bu ən möhtəşəm qələbələrin müəllifi isə Qalib Lider İlham Əliyevdir. Məhz Prezident İlham Əliyevin yürütdüyü müdrik siyasət, həyata keçirdiyi aktiv diplomatiya, atdığı məntiqli, əsaslandırılmış və düşünülmüş addımlar sayəsində milli maraqlarımız qətiyyətlə  təmin edilib. Azərbaycan işğal ölkəsindən zəfər ölkəsinə çevrilib, üçrəngli bayrağımız bütün torpaqlarımızda dalğalandırılıb, illər idi ki, Qarabağda qara yaraya çevrilmiş erməni separatizmi məhv edilib. 
2024-cü il fevralın 14-də keçirilən prezident seçkilərində Müzəffər Sərkərdə İlham Əliyev, öz təbirincə desək, Xankəndidə seçki qutusuna atdığı bülletenlə erməni separatçılarının tabutuna son mismarı vurub. Bütün bunlar isə, "Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik", - deyə bəyan edən Prezident İlham Əliyevin qarşısına qoyduğu milli məqsədlərə bir-bir çatmasının əyani təsdiqidir.  

 

Qətiyyətli siyasətin nəticəsi 

 

Prezident İlham Əliyevin ölkəmizlə bağlı əldə etdiyi bu misilsiz nailiyyətlər həm də Cənubi Qafqazda reallıqları tamamilə dəyişib, zamana uyğun yeni gerçəkliklər diktə edib. Bunlardan biri də Azərbaycan və Rusiya ali rəhbərliklərinin qərarı ilə Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizi zamanından əvvəl tərk etməsidir. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin tərəfindən üçtərəfli Bəyanat imzalanıb. Bəyanata əsasən bir vaxtlar erməni separatçılarının mövcud olduğu Qarabağda Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirilmişdi. Həmçinin bəyanatda sülhməramlı kontingentin qalma müddətinin 5 il olduğu öz əksini tapmışdı. 
2023-cü ilin sentyabrında Azərbaycanın həyata keçirdiyi 23 saatlıq antiterror tədbirləri nəticəsində Qarabağdakı erməni separatçılarının mövcudluğuna son qoyuldu,  suverenliyimiz tam təmin edildi. Bununla həm faktiki olaraq Ermənistan tərəf kimi bu prosesdən tamamilə kənarda qaldı, həm də Rusiya sülhməramlılarının fəaliyyətinə  bölgədə ehtiyac qalmadı. Bu, rəsmi şəkildə də təsdiqini tapdı və vaxtından əvvəl Rusiya sülhməramlı kontingenti Azərbaycan ərazilərini tərk etməyə başladı. 
Xüsusi qeyd edək ki, Rusiya sülhməramlılarının ərazilərimizdən çıxarılmasında Prezident İlham Əliyevin şəxsi səyləri var. Hətta 10 noyabr Bəyanatında sülhməramlıların 2025-ci ilə qədər müvəqqəti olaraq yerləşdirilməsi maddəsinin əksini tapmasını məhz Prezident İlham Əliyev israr etmişdi. 
Sözügedən bəyanatda "müvəqqəti" şərtinin qoyulması və prosesin məntiqi sonluğuna çatdırılması dövlət başçısı İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. 

 

Sülhməramlıların çıxarılması niyə ABŞ-ni qane etmir?!

 

Azərbaycan ilə Rusiya arasında olan münasibətlər sülhməramlıların ərazilərimizdən çıxarılmasından sonra daha da inkişaf edəcək. Artıq Qarabağ münaqişəsi həll olunub və bu vəziyyətdə həmin ərazidə qoşunlarını saxlamağın mənasız olduğunu Rusiya da anladığı üçün bu addım atıldı. Bu baxımdan artıq münasibətlərdən hərbi komponentin çıxarılması daha yaxşı əməkdaşlıq üçün imkanlar açır. İki ölkə liderinin şəxsi münasibətlərinin ölkələrarası əlaqələri gücləndirən xüsusi faktor olduğu da danılmaz gerçəklikdir. 
Ancaq Cənubi Qafqazda hadisələrin bu məcrada gedişi, sülhməramlıların ərazilərimizi tərk etməsi, konkret olaraq barış üçün bölgədə yaranan şərait başda ABŞ və Fransa olmaqla, Qərb dairələrini qane etmir. Bunu ABŞ Dövlət Departamentinin nümayəndəsinin sülhməramlıların çıxarılması ilə bağlı şərhində də aydın görmək mümkündür. Belə ki, Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Rusiya sülhməramlı kontingentinin "daha dinc və sabit Cənubi Qafqaz regionuna töhfə verdiyini göstərən heç nə görmədiklərini" deyərək, Rusiyanın "etibarsız müttəfiq olduğuna" vurğu edib. 
Gözlənildiyinin əksinə ABŞ-nin sülhməramlıların çıxarılmasını təqdir etmək əvəzinə, əks yöndə şərh etməsi Vaşinqtonun riyakarlığını bir daha ortaya qoyur. 
Təzada baxın, indiyədək dünyanın bütün bölgələrindən Rusiyanı sıxışdırmağa çalışan ABŞ Qarabağdakı sülhməramlıların Azərbaycandan çıxarılmasına əks mövqe ilə yanaşır. Məsələn: ABŞ dəfələrlə Rusiyanı Dnestryanı, Abxaziya və Cənubi Osetiyadan sülhməramlı kontingenti çıxarmağa çağırıb, 2022-ci ilin yanvarında KTMT qüvvələrinin Qazaxıstandan çıxarılmasını alqışlayıb, amma mövzu Azərbaycan olanda nədənsə ABŞ-dən eyni reaksiyanı görmürük... 
Hətta 2023-cü il sentyabrın 17-də İstanbulda Qarabağla bağlı gizli ABŞ-Rusiya-Aİ görüşünün timsalında ABŞ və Qərbin Azərbaycana qarşı hətta öz rəqibləri Rusiya ilə sövdələşməyə belə razı olduqları kimi riyakar və çirkin faktlar da var. 
Bütün bunlar onu göstərir ki, ABŞ, ümumilikdə isə qərəzli Qərb dairələri bölgədə münaqişənin başa çatmasını yox, əksinə, savaşın başlamasını istəyirlər. 
Lakin Azərbaycan öz milli maraqlarına təhdid olan bütün çirkin planları məhv etmək, məkrli ittifaqları darmadağın etmək gücündədir və bunu istər siyasi, istər diplomatik, istərsə də hərbi müstəvidə dəfələrlə sübut edib. 

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 12 aprel tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

02:15
27 Dekabr

“Sazişlərin rəqabət qanunvericiliyinə uyğunluğunun təsdiqlənməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:14
27 Dekabr

“Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin 39.3-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq, müraciət edilməsi və müraciətə baxılma Qaydası”nın təsdiq edilməsi haqqında

02:13
27 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 488 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət məktəbəqədər təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:12
27 Dekabr

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti tabeliyində olan struktur idarələrə müxtəlif növ kabellərin satın alınması məqsədilə müsabiqə elan edir 

02:11
27 Dekabr

Vyanada təyyarə qəzası qurbanlarının xatirəsi anılır  

23:16
26 Dekabr

Zalsburq Azərbaycan Evində təyyarə qəzası ilə əlaqədar xatirə guşəsi yaradılıb  

22:38
26 Dekabr

Azərbaycanın Küveytdəki səfirliyində matəm günü ilə bağlı xatirə kitabı açılıb  

21:36
26 Dekabr

Aktau yaxınlığında təyyarənin qəzaya uğradığı yerdə ikinci “qara qutu” tapılıb

21:33
26 Dekabr

“Embraer 190” təyyarə qəzasında həlak olanlardan dördünün nəşi Aktaudan Bakıya gətirilib VİDEO  

21:08
26 Dekabr

AZAL: Təyyarə qəzasında həlak olanların hər birinin ailəsinə 40 min manat kompensasiya ödəniləcək VİDEO  

21:05
26 Dekabr

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Rumıniyada ehtiramla anılır  

21:02
26 Dekabr

Azərbaycanın ABŞ-dakı səfirliyində xatirə kitabı açılıb  

20:58
26 Dekabr

Təyyarə qəzası nəticəsində həlak olanların xatirəsi Gürcüstanda ehtiramla anılıb  

20:44
26 Dekabr

Aktauda qəzaya uğramış təyyarədən sağ çıxan sərnişin stüardessanın şücaətindən danışıb  

20:38
26 Dekabr

Səhiyyə nazirinin müavini: Üç nəfər ağır vəziyyətdə olan yaralının müalicəsi Aktau şəhərində davam edir

20:27
26 Dekabr

Tacikistanın xarici işlər naziri Azərbaycan səfirliyinə gedərək başsağlığı verib  

20:16
26 Dekabr

Təyyarə qəzasında həlak olan 4 nəfərin nəşi bu gün Bakıya gətiriləcək 

20:05
26 Dekabr

Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalodan  

19:56
26 Dekabr

Təyyarə qəzası ilə əlaqədar Milli Məclisin ünvanına çoxsaylı başsağlıqları gəlib  

19:36
26 Dekabr

Azərbaycanın Batumidəki baş konsulluğunda xatirə kitabı açılıb  

19:35
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!