27 Dekabr 2024 09:37
136
SİYASƏT
A- A+
QAİ: Fransalı deputat Ermənistan mətbuatında sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib

QAİ: Fransalı deputat Ermənistan mətbuatında sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib

Avropa Parlamentinin Fransadan olan deputatı, Azərbaycana qarşı ənənəvi olaraq qərəzli münasibət sərgiləyən Natali Luazo Ermənistanın “Armenpress” mətbuat orqanına verdiyi müsahibəsində sülh prosesini pozmağa xidmət edən fikirlər səsləndirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında bildirilir. Müsahibəsində bir tərəfdən guya Ermənistanın suverenliyinin qeydinə qaldığını göstərməyə çalışan fransız siyasətçisi, digər tərəfdən suveren ölkə adlandırdığı Ermənistana Azərbaycanla danışıqlarda hansı mövqedə çıxış etməli olduğuna dair ağıl öyrədir. N. Luazo Ermənistanı Qərbi azərbaycanlıların qayıdış hüququ və regional kommunikasiyaların açılması məsələsini müzakirə etməməyə çağıraraq əsl niyyətinin iki ölkə arasında davamlı sülhün bərqərar olmasının qarşısını almaq olduğunu açıq şəkildə nümayiş etdirir.

N. Luazo, Xocalı soyqırımı daxil olmaqla çoxsaylı müharibə cinayətləri və insanlıq əleyhinə cinayətləri törətməkdə şübhəli bilinən şəxslərin azad edilməsi kimi əsassız tələb irəli sürməklə hüquqa zidd yanaşmasını bir daha ortaya qoyur.

Bütün bunlar Natali Luazonun irqi əsasda ayrı-seçkili yanaşmasını və sülhə qarşı olmasını bir daha sübut edir. Bu həmçinin, ona Avropa Parlamentinin Cənubi Qafqaz ölkələri üzrə əlaqələr heyətinin rəhbər müavini rolunun həvalə edilməsinin nə qədər yanlış olduğunu göstərir.

Qərbi Azərbaycan İcması, Natali Luazonun azərbaycanlıların qayıdış hüququna zidd və sülhə qarşı fikirlərini qınayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Qroznı reysi ilə uçan təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi Xorvatiyada ehtiramla anılıb  

00:08
28 Dekabr

Avstriya Parlamentinin üzvü təyyarə qəzası ilə əlaqədar Azərbaycan səfirliyinə baş çəkib  

00:08
28 Dekabr

Bosniya və Herseqovinada təyyarə qəzası qurbanlarının xatirəsi anılır

23:28
27 Dekabr

Qazaxıstanın ictimai xadimləri təyyarə qəzası ilə əlaqədar Azərbaycanın Astanadakı səfirliyinə baş çəkiblər  

23:27
27 Dekabr

Qazaxıstanda Aktauda qəzaya uğrayan təyyarə qurbanları üçün qanvermə aksiyaları keçirilib  

23:25
27 Dekabr

Azərbaycanın Polşadakı səfirliyində matəm günü ilə bağlı başsağlığı kitabı açılıb

23:23
27 Dekabr

Ceyhun Bayramov Hakan Fidanla beynəlxalq və regional məsələləri müzakirə edib

23:20
27 Dekabr

Pedaqoji Universitetdə Aktau faciəsinin qurbanları anılıb

23:19
27 Dekabr

Təyyarə qəzası qurbanlarının xatirəsi UNESCO-da anılır

23:16
27 Dekabr

“AZAL”ın təyyarəsinin qəzası ilə əlaqədar Seuldakı səfirliyimizdə başsağlığı kitabı açılıb

23:15
27 Dekabr

Vinisius “Globe Soccer Awards”a görə ilin ən yaxşı futbolçusu seçilib  

23:13
27 Dekabr

SN: Vyanada bazarda terror aktı planlaşdıran əfqan saxlanılıb  

22:21
27 Dekabr

Türkiyəli idman mütəxəssisləri ölkəmizdə səfərdədir  

22:10
27 Dekabr

"Suzuki"yə təxminən 50 il rəhbərlik edən Osamu Sudzuki 94 yaşında vəfat edib

21:17
27 Dekabr

Almaniya Prezidenti parlamenti buraxıb və yeni seçkilər təyin edib

21:16
27 Dekabr

Azərbaycan Güləş Federasiyası Gəncədə seçimlərə başlayacaq

21:15
27 Dekabr

“Olimpiya dünyası” qəzeti ilin ən yaxşılarını seçdi  

21:12
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Fələstində ehtiramla yad edilir

21:01
27 Dekabr

Təyyarə qəzasının qurbanları Tacikistanda anılıb

20:59
27 Dekabr

Azərbaycanın Batumidəki baş konsulu Acarıstan MR Ali Şurasının sədri ilə görüşüb

20:59
27 Dekabr

Təyyarə qəzasında həlak olanların xatirəsi Özbəkistanda anılıb

20:57
27 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!