27 Dekabr 2024 20:02
133
SİYASƏT
A- A+
İraq XİN sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb

İraq XİN sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb


İraq Respublikasının Xarici İşlər Nazirliyi (XİN) AZAL şirkətinə məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a Azərbaycanın İraqdakı səfirliyindən bildirilib. Bəyanatda deyilir: “İraq Respublikasının Xarici İşlər Nazirliyi dost Azərbaycan Respublikasının Hökuməti və xalqına “Azərbaycan Hava Yolları” şirkətinə məxsus sərnişin təyyarəsinin paytaxt Bakıdan Qroznı şəhərinə uçarkən qəzaya uğraması və nəticədə çoxsaylı qurbanların və yaralıların olması ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Bu ağrılı və faciəvi hadisə ilə əlaqədar nazirlik İraq Respublikasının bu çətin durumda Azərbaycana dəstəyini ifadə edərək, bütün yaralılara tezliklə şəfa arzu edir, qurbanların ailələri ilə bu çətin gündə həmrəy olduğunu bir daha bəyan edir”.

Dekabrın 26-da ölkəmizin İraqdakı səfirliyinin binasının üzərindən Azərbaycan Respublikasının Dövlət Bayrağı dirəyinin yarısına qədər endirilib və saat 11:00-dan etibarən başsağlığı kitabı açılıb. Həmin gün İraq Prezidentinin nümayəndəsi, Prezident Administrasiyası rəhbərinin müavini Xalid Alvan Əş-Şəlləl, Prezidentin Protokol Xidmətinin rəisi vəzifələrini icra edən xanım Şeyma Səfa Əl-Maşita, Birgə Komissiyanın həmsədrinin nümayəndəsi, Rabitə Nazirliyinin Əlaqələr və media departamentinin rəisi Amr Əbdürrəzzaq Musab, İraq XİN-in Asiya və Avstraliya Departamentinin rəisi Hamid Əl-Cuburi, İraq DİN-in Səfirliklərin və Diplomatik Nümayəndəliklərin Mühafizəsi Baş İdarəsinin rəis müavini General Məhəmməd Ammar Məhəmməd, İraq Parlamentinin İnsan haqları komitəsinin sədri, türkmən millət vəkili Ərşad Salihi, Türkiyənin İraqdakı səfiri Anıl Bora İnan və digər diplomatik nümayəndəliklərin rəhbərləri səfirliyə gələrək başsağlığı verib və matəm kitabında ürək sözlərini yazıblar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:42
28 Dekabr

Ombudsman Aparatı ilə Dövlət İdarəçilik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb

14:40
28 Dekabr

Azərbaycanda 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib SƏRƏNCAM

13:46
28 Dekabr

Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında

13:20
28 Dekabr

Qırmızı Qəsəbə-Quxuroba avtomobil yolu əsaslı şəkildə yenidən qurulub

13:13
28 Dekabr

Nazirlik: İşçilərin minimum əməkhaqqı gələn il yanvarın 1-dən 400 manatdan az ola bilməz  

13:08
28 Dekabr

Araz Vadisi İqtisadi Zonasında 13 sahibkara rezidentlik, 2 sahibkara isə qeyri-rezidentlik statusu verilib  

12:47
28 Dekabr

ABŞ Ukraynaya daha 1,25 milyard dollarlıq yardım edəcək

12:20
28 Dekabr

"ABB-İnvest" ilk dəfə Türkiyənin kapital bazarında tədavül edilən qiymətli kağızlara investisiya yatırıb

12:19
28 Dekabr

Milli Depozit Mərkəzi bazar iştirakçılarının innovativ xidmətlərə çıxışını əsas prioritet kimi müəyyənləşdirib  

12:17
28 Dekabr

Dövlətə məxsus xüsusilə külli miqdarda pul vəsaitini talayan mütəşəkkil dəstə üzvləri barəsində cinayət işi məhkəməyə göndərilib  

12:15
28 Dekabr

Süni intellekt sahəsinə aid dövlət standartları qəbul edilib

12:14
28 Dekabr

Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiedən

12:13
28 Dekabr

Prezident İlham Əliyev Bakıda kommunal xidmət göstərəcək müxtəlif xüsusi təyinatlı nəqliyyat vasitələri ilə tanış olub YENİLƏNİB

12:12
28 Dekabr

“BYD”nin növbəti məhsulu insanabənzər sənaye robotları olacaq

11:50
28 Dekabr

Gələn ilin Ay və Günəş tutulmalarının təqvimi açıqlanıb

11:46
28 Dekabr

“Samsung”un mobil cihazlarında boşluq aşkar olunub

11:45
28 Dekabr

Səhiyyə Nazirliyi bayram günləri ilə əlaqədar əhaliyə müraciət edib  

11:22
28 Dekabr

“Xiaomi”dən superkompüter

10:51
28 Dekabr

DİN: Ötən gün 55 cinayətin üstünün açılması təmin olunub

10:43
28 Dekabr

Azərbaycan neftinin qiyməti 76 dolları ötüb  

10:16
28 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!