24 Dekabr 2024 14:03
191
SİYASƏT
A- A+
Prezidentin məqsədyönlü siyasəti nəticəsində Naxçıvanın geosiyasi əhəmiyyəti daha da artır  

Prezidentin məqsədyönlü siyasəti nəticəsində Naxçıvanın geosiyasi əhəmiyyəti daha da artır  

“Azərbaycan Respublikası Prezidenti tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində Naxçıvan Muxtar Respublikası ölkəmiz, ümumilikdə müsəlman-türk dünyası üçün ciddi əhəmiyyət kəsb edərək geosiyasi əhəmiyyətini daha da artırır. 2024-cü ildə Muxtar Respublikada iqtisadiyyatın və idarəetmənin şəffaflaşması fonunda görülmüş işlər nəticə verməkdədir”.

Bu sözləri “Azərbaycan” qəzetinə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev bildirib. O bildirib ki, bütün bunlarla yanaşı, Prezident İlham Əliyev muxtar respublikanın sosial-iqtisadi inkişafının yüksəldilməsinə xüsusi diqqət göstərir. Son dövrlərdə  Naxçıvan Muxtar Respublikasının inkişafı ilə əlaqədar sosial-iqtisadi islahatlar həyata keçirilir.

Rəis müavini qeyd edib ki, Prezident İlham Əliyevin təsdiq etdiyi “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” bölgənin hərtərəfli inkişafını hədəfləyir: “Bu proqram infrastruktur, sənaye, kənd təsərrüfatı, turizm və sosial sahələrdə mühüm addımlar atılması üçün konkret addımların cəmidir. Bu dövlət proqramı ölkə tarixində əhatəsinə, nəzərdə tutulan büdcəsinə görə ən böyük dövlət proqramlarından biridir. Bu il də Dövlət Proqramı uğurla icra olunur”.

Tural Murtuzəliyev bildirib ki, Prezident İlham Əliyev tərəfindən Naxçıvana növbəti qayğı Naxçıvanda Sənaye Parkının yaradılması ilə əlaqədər Fərmandır. Yeni sənaye parkının yaradılması ilə bağlı Prezidentin Fərmanı bölgənin sənaye potensialını artırmaq və yeni iş yerlərinin açılmasını təmin etmək məqsədi daşıyır. Sənaye parkları, həmçinin yerli istehsalın artırılmasına və xarici investisiyaların cəlb edilməsinə şərait yaradacaq. Bu sənaye parkı, xüsusilə kiçik və orta biznesin inkişafını dəstəkləyəcək və bölgənin iqtisadiyyatının şaxələndirilməsini təmin edəcək.

Xidmət rəsmisi deyib ki, Naxçıvanın blokada şəraitində yerləşməsi təbii ki, müəyyən çətinliklər yaradıb, amma muxtar respublikanın İran və Türkiyə üzərindən beynəlxalq bazarlara çıxışı Sənaye Parkında yaradılacaq müəssisələri ciddi imkanlarla təmin edə bilər.

Naxçıvanda yeni İstilik Elektrik Stansiyasının tikintisinə dair Sərəncamın böyük əhəmiyyətə malik olduğunu vurğulayan rəis müavini bildirib ki, qiymətləndirməyə görə, bu, muxtar respublikada icra olunacaq ən irihəcmli layihədir: “İstilik Elektrik Stansiyasının iki əsas faydası olacaq. Birincisi, muxtar respublikanın enerji dayanıqlılığı tam təmin olunacaq, bütün hallarda enerji təminatının tam müstəqilliyi bərpa olunacaq. İkinci əsas məsələ isə muxtar respublikada alternativ və bərpaolunan enerji potensialının istifadə olunması üçün balans rolunu oynayacaq. Bu, Naxçıvanın enerji ixracını təmin etmək üçün birbaşa dəstəkdir. İxracı nəzərdə tutulan enerjinin çaylarda suyun az olduğu, günəşli saatların olmadığı dövrdə enerji təchizatında əvəzolunmaz rol oynayacaq”.

Tural Murtuzəliyev qeyd edib ki, Prezidentin “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında haqqında” Fərmanı da muxtar respublikada enerji təhlükəsizliyinin gücləndirilməsi, su təchizatının dayanıqlılığının artırılması, eyni zamanda, infrastrukturun modernləşdirilməsinə ciddi töhfə verəcək. Bu, həmçinin muxtar respublikanın ölkənin əsas enerji sisteminə qoşulmasının və ixracın təmin olunmasının ən əhəmiyyətli addımlarından biridir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə

02:39
25 Dekabr

"Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:38
25 Dekabr

Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında

02:38
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:37
25 Dekabr

Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:36
25 Dekabr

"Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 64-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:35
25 Dekabr

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 7 noyabr tarixli 63-VIIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 485-VIQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 955-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 yanvar tarixli 1794 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1639 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 

02:34
25 Dekabr

“Hökmran mövqedən sui-istifadənin obyektiv zəruriliyinin və səmərəliliyinin qiymətləndirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

02:33
25 Dekabr

“Maliyyə bazarlarında təmərküzləşmədə iştirak edən maliyyə institutları tərəfindən rəqabət orqanından razılıq alınmasını şərtləndirən meyarların (təmərküzləşmədə iştirak edən maliyyə institutlarının aktivlərinin ümumi dəyərinin, ümumi dövriyyəsinin həcmi)”nin təsdiq edilməsi haqqında

02:32
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:31
25 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

02:30
25 Dekabr

Specific Procurement Notice Request for Bids Goods

02:28
25 Dekabr

Təkliflər üçün Dəvət Mallar

02:25
25 Dekabr

Azərbaycan Ağırlıqqaldırma Federasiyası ilə yekun vurub, ən yaxşılar mükafatlandırılıb

22:22
24 Dekabr

Rusiyanın TASS İnformasiya Agentliyinin baş direktoru Andrey Kondraşovdan

21:58
24 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən

21:51
24 Dekabr

bp şirkəti tarixi Azərbaycan xalçalarının xüsusi sərgi üçün Vətənə qayıdışına dəstək olub  

21:36
24 Dekabr

Azərbaycanın tanınmış güləş hakimi karyerasını başa vurub

21:11
24 Dekabr

ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malikdən

20:57
24 Dekabr

Rusiyanın Rostov vilayətinin qubernatoru vəzifəsini müvəqqəti icra edən Yuri Slyusardan  

20:51
24 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!