Aprelin 2-də “Socar Tower”, “Alov qüllələri”, Qız qalası, “Hilton” otel, “Bakı Kristal Zal” kimi obyektlər və memarlıq abidələri Dünya Autizm Maarifləndirmə Günü ilə əlaqədar mavi rənglə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, aksiya ictimaiyyətin diqqətini autizmli şəxslər və onların problemlərinə yönəltmək, autizm haqqında kütləvi maarifləndirmə aparmaq məqsədilə həyata keçirilib.
Hər il aprelin 2-də Dünya Autizm Maarifləndirmə Günü, aprel ayının isə Dünya Autizm Maarifləndirmə Ayı kimi qeyd edildiyini bildirən "Birgə və Sağlam" İctimai Birliyinin təsisçisi və direktoru Aytən Eynalova fikirlərinə belə davam edib: "Autizm anadangəlmə olan və ömürboyu davam edən neyroinkişaf pozuntusudur. Son statistik məlumatlara görə, dünyada yeni doğulan hər 36 uşaqdan biri autizm riski daşıyır. Son bir neçə onillik ərzində autizm statistikasındakı dinamika həmin sayın artacağını proqnozlaşdırmağa əsas verir. Bu isə autizm məsələsinə ciddi yanaşmağı tələb edir. Aprel ayı ərzində autizmə, neyromüxtəlifliyə və inklüzivliyə diqqət çəkməyə çalışılır. Həmin tədbirlər çərçivəsində hər il aprelin 2-də dünya miqyasında mötəbər binaların mavi rənglə işıqlandırılması aksiyası keçirilir. Aprel ayında intensiv maarifləndirmə işləri aparan “Birgə və Sağlam” İctimai Birliyi həmin beynəlxalq aksiyaya qoşularaq Bakıda bir neçə mötəbər binanın mavi rəngdə işıqlandırılması üçün təşəbbüslə çıxıb edib. Bu gün paytaxtın bir çox tanınan abidələri mavi rənglə işıqlandırıldı. Çünki autizmli oğlanların sayı, qızların sayından daha çoxdur. Biz də bu günün çağırışını etmək üçün 10-a yaxın autizmli gənclə toplaşdıq və "Autizm - fərqli və bizdən biri" çağırışını etdik.
Ümumiyyətlə, on bir ildir ki, fəaliyyət göstərən “Birgə və Sağlam” İctimai Birliyi autizmli şəxslərin təhsili, sağlamlığı, sosial rifahı və məşğulluğu istiqamətində əhəmiyyətli layihələr icra edir. Təşkilat son illər ərzində Heydər Əliyev Fondu, həmçinin bir sıra dövlət və özəl qurumların dəstəyi ilə autizmli şəxslərin cəmiyyətə inteqrasiyası və rifah halının yüksəldilməsi üçün davamlı olaraq təşəbbüslər göstərir. Birlik autizm sahəsində də kütləvi maarifləndirmə işləri aparır, mütəxəssislərin peşəkar inkişafına dəstək verir.
Cəmiyyətin bizim övladlarımızı qəbul etməsi və onların yanında olması üçün autizmlə əlaqəli maariflənməsinə ehtiyac var. Mən 21 yaşlı autizmli gəncin anası olaraq cəmiyyətimizə çağırış edib demək istəyirəm ki, daha çox maariflənək, onları olduğu kimi sevək".
İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanidən
YAP Bərdə rayon təşkilatının kollektivi şəhid ailələri ilə birgə Şuşa, Xocalı və Xankəndiyə səfər ediblər
Maqnit qasırğası müşahidə edilir
Bəzi xarici şirkətlərdən ölkəmizə məhsul idxalına qadağa qoyulub
Ağdərə sakini: Ötən illər ərzində doğma yurdumuza qovuşacağımızı gözləmişik
Azərbaycanın xarici işlər naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
Özbəkistan Prezidenti Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında qlobal çağırışlardan danışıb
Britaniya parlamentarisi lord Con Man ilə Azərbaycan-Britaniya münasibətləri müzakirə olunub
EMTA fəaliyyət istiqamətlərinə dair 2025-ci ilin I rübü üzrə nəticələri açıqlayıb
Parlamentin növbəti iclasının gündəliyi bəlli olub
Azərbaycan və Böyük Britaniya parlament üzvləri ikitərəfli əməkdaşlıq imkanlarını müzakirə ediblər
Premyer Liqa: “Neftçi” səfərdə “Şamaxı”ya qalib gəlib
Azərbaycanın iki parabadmintonçusu Gimnaziadanın qızıl medalına layiq görülüb
Müstəqilliyimiz əbədidir: El gücünün qarşısında heç bir qüvvə dayana bilməz
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Yerin qütblərinə ilk kosmik uçuş həyata keçirilib
Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq paytaxt məktəblərinin siyahısı açıqlanıb
Britaniyada idarəçiliyin optimallaşdırılması məqsədilə dövlət orqanlarında yüzlərlə iş yeri bağlanılacaq
Gimnaziada: Azərbaycan qılıncoynadanı qızıl medal qazanıb
Abidələrin vahid formada pasportlaşdırılması üçün hüquqi baza yaradılır
İran XİN: Tehran heç vaxt nüvə silahı hazırlamayacaq
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
SÜLHSEVƏR DÜNYANIN FİKİR ÜNVANI03 Aprel 2025
Yenidən qurulan Ağdamda Böyük qayıdış təntənəsi02 Aprel 2025
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik28 Mart 2025
Son 5 ilin Novruzu20 Mart 2025
Mediasiyanın effektivliyinin artırılması məqsədilə bir sıra normalar təkmilləşdirilir19 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | 3 | 4 | 5 | 6 | |
7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
28 | 29 | 30 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!